Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olar

Insanda cadu (sehr) olduğunu yalnız BU ÜSULLA DƏQİQ öyrənmək olarInsana cadu (sehr) olunduğunu necə bilmək olar və bunun acıqca görülən əlamətləri varmı?

08 Kasım 2010 Pazartesi - 06:36

Cin və insan olan şeytanlardan Allaha sığınırıq. Ondan başqa sığınacaq varlığ yoxdur. Sualınıza cavabı bir məsələni xatırlamaqla başlamaq istərdik. O da heç bir cadu və sehrin Allahın izni olmadan baş verə bilməyəcəyi həqiqətidir. "(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına uydular. Süleyman kafir olmadı, lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!" (əl-Bəqərə 102).Ayədəndə aydın olduğu kimi ("Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər") hər şey Allahın əlindədir.
İnsanların bəziləri sehri inkar edir. Bəziləri isə ifrat dərəcədə onun gücünü şişirdir. Əslində sehrin varlığı sabitdir. Təsir gücünə gəldikdə isə Allahın izninə bağlıdır.Bundan sonra sehrin bəzi növlərini qeyd etmək istərdik.

1. Ara vurma sehri.
Bu ər-arvad, oğul-ata, dostlar, ortaqlar və sair biri-biri ilə yaxın münasibətdə olanlar arasında baş verir.Əlamətləri. Gözlənilmədən məhəbbətin nifrətə çevrilməsi. Şübhələrin artması, qarşılıqlı etimadsızlıq, gərgin vəziyyəti dahada gərginləşdirməyə meyl, qarşı tərəfin hər hərəkətlərini çirkin görmək. Əks tərəfin olduğu məkanda (məsələn evdə) özünü narahat hiss edib ordan ayrıldıqda hüzur tapmaq. Ər-arvad arasındakı sehr nətıcəsində əks tərəfin irgənc və dəhşətli görsənməsi (qulisinasiyada olduğu kimi). Bir məsələ var ki hər söz-söhbət və ara dəymədə cadu əlaməti görməkdə doğru deyil. Bütün yuxarıda qeyd edilənlər adi narazıçılıq, nifrət, kindədə özünü biruzə verməkdədir. Hər halda bu təbii və adi hallar sehirdən öz qeyri adiliyi və gözlənilmədən baş verməsi ilə secilir.
2. Məhəbbət sehri.
Əlamətləri. Bu qadını öz ərinə sevdirən sehrdir. Adama xanımına qarşı həddən artıq məhəbbət, ehtiras, onsuz ayrı qalmağın mümkünsüzlüyü, onu görmə arzusu ilə aşıb daşmaq, ona həddən artiq itaət göstərmək.
3. Xəyal gətirmə sehri.
Əlamətləri. Bu əsasən göz bağlayıcılıqla (gipnoz) olur. Əşyaları həqiqətdən fərqli şəkildə görməsi. Məsələn böyüyü kiçik, sabit olanı hərəkətli və sair.
4. Dəlilik sehri.
Əlamətləri. Diqqətsizlik, keylik, güclü unutqanlıq, baxanda gözlərini bərəltmək, bir yerdə sakit durmamaq, öz xarici görkəminə fikir verməmək. Xəstəlik şiddətləndikdə evdən çıxıb nə üçün, hara getdiyini, nə etdiyini bilmir.
5. Taqətsizləşdirmə sehri.
Əlamətləri.Təkliyi sevməyə başlaması. Təcrid özünə qapanma, daimi susqunluq və baş ağrısı.
6. Qeybdən səs eşitmə sehri.
Əlamətləri. Yuxuda kiminsə onu çağırdığını eşitmək hündür yerdən düşdüyünü, vəhşi heyvanın onu qovduğunu və bənzəri dəhşətli yuxular görmək. və görmək. Oyaq ikən qulağına səs gəlməsi, kiminsə onu çağırdığını zənn edib bu səbəbdən ora bura baxması. Dost və yaxınlarından şübhələnmək.
7. Xəstələndirmə sehri.
Əlamətləri. Bədən üzvündən birinin daima ağrıması, özündən getmə. Bədən üzvlərindən birinin iflic olması, hissiyyat üzvlərindən birinin sıradan çıxması.
8. Qadınlarda ay halının uzanması sehri.
Əlamətləri. Bu qadınlarda ay halından başqa olan tibbi olmayıb şeytanın qadının uşaqlığındakı damarlardan birini partlatması ilə olur. Bu aylarla davam edə bilir. Qanın miqdarı azda ola bilir çoxda.
9. Bağlama (evlənməyə mane olma) sehri.
Bu məsələdə şeytanlar iki yoldan istifadə edir. Birincisi qız onu istəyən hər kəsi rədd edir. Digəri isə qızı görən hər kəsə onu eybəcər göstərib çəkindirdiyi kimi.
Əlamətləri. Tibbi dərmanlarla getməyən gah tutub, gah buraxan baş ağrıları. Axşam çağından gecə yarısına qədər davam edən güclü təngə nəfəslik. Nişanlısını çirkin görkəmli görmək. Yuxuda narahatlıq. Bəzən mədədə kəskin ağrı hiss etmək. Fəqərə sütununun aşağı hissəsində ağrı hiss etmək.

(Bu məlumat Vahid Əbdis-Salam Balinin "Cadu açmalar" əsərindən götürülmüşdür)
Bir məsələnidə qeyd edək ki yuxarıdakı əlamətlərin əksəriyyəti sehirlənməmiş insanlarda ya tibbi yada psixoloji yöndən baş verən hallardır. Buna görə hər əlaməti cadu sehirlə bağlamağa ehtiyac yoxdur. Bu qədər. Doğrusunu bilən Allahdır.
timeturk

Maraqlı     Baxılıb: 52096   Tarix: 24 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

kosmetika mehsullari yay geyimləri 2026 qadın geyimi könül kerimova suni mayalanma hicab baglama qaydasi ariqlama kosmetika həsən bəy zərdabi 8 mart usaq seirleri hakiwda dovsan