İnsanı xərçəngə yaxınlaşdıran 10 gündəlik - ZƏRƏRLİ VƏRDİŞ

İnsanı xərçəngə yaxınlaşdıran 10 gündəlik - ZƏRƏRLİ VƏRDİŞİnsan ən ağır xəstəliklərə necə tutulur? Gündəlik həyatı ilə, addım-addım, asta-asta. Müasir həyatda hər gün məcburiyyətdən və ya lazım olduğundan artıq istifadə etdiyimiz bəzi əşyalar, işlər də insan orqanizmində şiş hüceyrələrini aktivləşdirə bilir.
Türkiyəli həkim Taner Akman müasir dövrdə xərçəng xəstəliyinin çox yayılmasının səbəbləri haqqında geniş araşdırma yazı ilə çıxış edib.
Milli.Az xəbər verir ki, məqalədə insanların istifadə etdiyi ziyanlı qidaların, əşiyaların təbii əvəzedicilərini də sadalayıb. Yəni insanların təhlükədən qaçmaq üçün kifayət qədər geniş imkanları var.
- Çoxumuz evdə istifadə etdiyimiz sobaları kondisioner və bu cür ziyanlı elektrik qızdırıcıları ilə əvəz etmişik.
- Demək olar ki, hər birimiz mobil telefonlardan istifadə edir, hətta saatlarla qulağımızda saxlayaraq danışırıq. Amma unuduruq ki, bu telefonlar yüksək radioaktiv şüa ilə zəngindir. Hətta onları yatarkən belə yatağımızın baş ucundan ayırmırıq.
- Həmçinin internetsiz həyat çoxlarımız üçün kabusa çevrilib. Lakin şüa yaymasına görə heç də mobil telefonlardan geri qalmayan Wi-Fi modem ötürücüsünü evlərimizə qədər gətirmişik. Radioaktiv şüa qəbuledicisi olan kompüterləri isə çəkinmədən dizlərimizin üzərindən yerə qoymuruq.
- Neylon, sintetik, naməlum mənşəli materiallı geyimlər, çantalar, sintetik ayaqqabıların istifadəsinə üstünlük veririk. Lakin daha sağlıqlı sayılan pambıq, təmiz lif, kətan kimi materiallardan istifadəni azaltmışıq.
- Yeməklərimizi şüşə və saxsı qablarda bişirmək və saxlamaq əvəzinə, onları polad və tanımadığımız zərərli maddə tərkibli qablarda bişirərək istifadə edirik. Mətbəximizdə insan sağlamlığı üçün zərərli olan plastik, teflon və alüminium kimi materiallardan olan əşyalara üstünlük veririk.
- Evimizin təmizliyi zamanı təbii yağ tərkibli sabunlardan istifadə etmək əvəzinə, zərərli sulu ağardıcı məhsulları seçirik. Daha sonra su buxarlanır və biz nəfəs aldıqca fərqində olmadan ciyərlərimizi xərçəng riski ilə qarşı-qarşıya qoyuruq.
- Qablarımızı yuduğumuz yuyucu vasitələri isə həmin qablardan istifadə zamanı daxilə qəbul etdiyimizdən xəbərsizik. Onların əvəzində təbii sirkə və ya natrium karbonatdan (çay sodası) istifadə etmək olar.
- Təmizlik zamanı diqqət etmədiyimiz hallar geyimlərimizin təmizliyi zamanı da baş verir. Yuyucu və yumşaldıcı maddələrin bədən istiliyi ilə dərimiz vasitəsilə daxilimizə keçir və dəri xərçənginin ən böyük səbəbi olur. Yumşaldıcı əvəzinə alma sirkəsindən istifadə edərək mükəmməl nəticə əldə etmək olar.
- Tərkibində minlərlə kimyəvi maddələr olan şampun və sabunlar alaraq üzümüzü, saçlarımızı və bədənimizi yuyuruq. Amma evdə Natrium Hidroksit (kaustik soda) və zeytun yağını qarışdıraraq öz sabunumuzu düzəldə biləcəyimizin fərqində deyilik.
- Həyatımızı şəkər tozu və şirniyyatsız təsəvvür edə bilmirik . Şəkərsiz çay içmərik. Lakin düyü və çörəyin də tərkibində şəkər olduğunu unuduruq.
- Tərkibində yüksək dozada fruktoza olan meyvələri də çox yeyirik. Amma içində qlükoza (şəkər) və aspartam (qidalarda - geniş istifadə olunan şirin dadlandırıcı) olan qidalar qəbul etmirik.
- Orqanizmə xeyli ziyanlı olan qazlı içkiləri gündəlik istifadə edirik. Onların şəkər və zəhər qarışığı olduğunu çoxumuz bilirik. Bu içkilərin qəbulunda əvvəlcə insulinə müqavimətiniz azladır, daha sonra diabet xəstəliyinə tutuluruq, xeylçəkidə arıqlayır, ancaq içmədən dayana bilmirik. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2008   Tarix: 08 aprel 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

turlar.az

reseptler qadın geyimi geyim necə seçməli qaynar qazan 2026 qadın ayaqqabı modelləri ayaqqabı və çanta qonaq otagi dizaynlari kosmetika arxadan olmag rus dili seksi novruz bayramı haxışta xlor lekesi