"İnsanlar var ki, ancaq modellərlə oturub-durur, amma..."
"İnsanlar var ki, ancaq modellərlə oturub-durur. Amma baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir".
Open.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "MTV"-yə müsahibəsi zamanı deyib. Tərzini bəyəndiyi qadın həmkarlarının adını çəkən sənətçi kişi həmkarlarına iradını bildirib:
"Röya bəyəndiklərimdəndir. Dostum olduğuna görə demirəm. Çox zövqlü geyinir. Onun ətrafında zövqlü insanlar var. Bu nüans böyük rol oynamır. İnsanlar var ki, ancaq modellərlə oturub-durur, baxırsan ki, öz zövqü yoxdur. Geyinə bilmir. Bunun üçün istedad lazımdır. Aygün Kazımovanın da geyimi, tərzi çox xoşuma gəlir. Amma bəylərdən tam məni qane edən yoxdur. Bəli, rahat danışmaq istəyirəm. Demirəm ki, pis geyinirlər, yox! Varsa da, baxırsan ki, o geyim vacibdir, amma onu daşımaq da lazımdır. Daşıya bilənlər isə çox azdır. Bəzən çəki ona imkan vermir. İdman etməlidilər... Çiyinlə baş, çiyinlə bədən düz gəlmir. Baxırsan ki, nəsə çatmır!".
Zamiq türkiyəli ulduzların əlçatmaz olmadığını da qeyd edib:
"Türkiyədə də o qədər bəyəndiklərim yoxdur. Buna görə məni qınayarlar, amma qoy qınasınlar. Bəzi adamlar var, elə bilirlər ki, onlar əlçatmazdır. Amma elə deyil!".
İfaçı "bizim məşhurlarımız dünya ulduzlarından tərz öyrənirlər" fikirlərinə belə cavab verib:
"Onlar da baxıb kimlərdənsə, götürürlər də, düzdürmü? Gör-götür dünyasıdır. Sadəcə, olaraq onların bazarı çox böyük olduğundan bir mahnı da oxuyanda deyirlər ki, o "sound"u oğurladılar. O "sound" onlara məxsusdur. Belə bir şey yoxdur. Onlar da bizim kimi insandılar. İnstaqramda hansısa videonu götürüb bəzi əlavələr edirlər".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür