İnsanların bir qismində interferon çatışmazlığı var, onlar koronavirusu daha ağır keçirir

İnsanların bir qismində interferon çatışmazlığı var, onlar koronavirusu daha ağır keçirirQış mövsümünün olması xəstəliyin yayılmasında mühüm rol oynayır. Son dövrlərdə COVID-19-la bağlı yeni elmi biliklər də ortaya çıxdı. Məlum oldu ki, bu virus özünü yaşatmaq üçün bioloji xüsusiyyətini hər formada dəyişə bilir. Virusa qarşı bədənin immun sistemi tərəfindən interferon tip I deyilən və virusun öldürülməsində mühüm rol oynayan sitokin sintezlənmiş olur. Məlum oldu ki, xəstələnənlərin 10 faizində autoimmun xəstəlik meydana gəlir. Yəni, proteinin özünə qarşı vücud anticisim sintezləmiş olur. Anticisim proteinlə birləşib onu neytrallaşdırır, yəni virusu öldürəcək interferon proteinini aradan qaldırır. Beləcə virus özünü xilas edir. O da məlum oldu ki, əhalinin 4 faizində genetik olaraq həmin interferonun çatışmazlığı mövcuddur. Yəni, həmin şəxslərdə anadangəlmə interferon sintezlənmir. Onlar da koronavirusa yoluxanda xəstəliyi ağır keçirirlər. Bu, çox ciddi bir məsələdir. Çünki ən yaxşı vaksin hazırlansa belə həmin 14 faizə müsbət təsir göstərməyəcək. Son məlumatlara görə, vaksinasiya olunanlarda virusun olmayacağını demək düzgün deyil. Peyvənd olunacaq insanlar virusu daşıyacaqlar. Özlərinin sağlamlığı üçün təhlükə olmasa da, infeksiyanın yayılmasında rol oynayacaqlar.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, tibb elmləri doktoru Adil Allahverdiyev deyib.
Alim bildirib ki, dörd-altı aydan sonra insan bədənində virusa qarşı meydana gələn anticisimlərin miqdarı azalır, onlar ikinci, bəzən də üçüncü dəfə xəstələnə bilirlər: "Onların həqiqətən də təkrar xəstələnməsi sual altındadır. Bəlkə də anticisimlər virusu basdıraraq onun aktivliyinin qarşısını alır. Virus bu müddətdə vəziyyətdən çıxmağa çalışır. Şərait yaranan kimi aktivləşib xəstəliyin inkişafına səbəb ola bilər. Ona görə də ya təkrar xəstələnmə ola bilər, ya da vücudun immun sisteminin, qəbul edilən bəzi dərman preparatlarının təsirindən aktivliyini itirib şərait yarananda ortaya çıxa bilər.
Epidemioloji vəziyyət getdikcə ağırlaşır. Yaxın zamanlarda əlimizdə vaksin də olsa, bu xəstəliyin tamamilə yox olması demək deyil. Bu, onu göstərir ki, maskanı düzgün taxmalı, əl gigiyenasına və sosial məsafə prinsiplərinə mütləq əməl etməliyik".
Onun sözlərinə görə, indiyədək uşaqlar risk qrupuna daxil edilməyiblər. Belə ki, onlarda xəstəlik ya görülmürdü, ya da az rast gəlinirdi: "Genişmiqyaslı tədqiqatlar göstərir ki, genetik olaraq mutasiya varsa, uşaqların bədənində immun hüceyrələri tərəfindən interferon sintezlənmirsə, onların başqa xəstəlikləri olmasa belə, virusla xəstələnə bilirlər. Ona görə də hər zaman qorunma tədbirlərinə əməl olunmalıdır.
İnfeksion xəstəliklərə qarşı mübarizədə vaksinasiya əsas şərtlərdən biridir. Lakin vaksinlərin yaşlı qrupda nə nəticə verəcəyi bəlli deyil. Koronavirus nanovirusdur. Onun ölçüsü 100 nanometr və ondan kiçikdir. Onların bu ölçüləri hər an nəyisə dəyişmələrinə yol açır. Peyvəndləmədən sonra virusun özünü necə göstərəcəyi məlum deyil. Virus ya mutasiyaya uğraya, ya da yaranmış anticisimdən özünü qorumaq üçün başqa bir sistemini ortaya ata bilər.
Ölkəmizdə Səhiyyə Nazirliyi, TƏBİB çox aktiv şəkildə fəaliyyət göstərir. İndiki vəziyyət əvvəlkindən xeyli yaxşıdır. Yəni, bu müddət ərzində xeyli təcrübə qazanılıb. İndi əsas məsələ vətəndaşların bunu başa düşərək tövsiyələri yerinə yetirmələridir. Vaksin olsa belə, məsələ tam həll olmaya bilər. Ona görə də sosial məsafə saxlanılmasına, maska istifadəsinə və gigiyena qaydalarına əməl olunmasına diqqət yetirilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1498   Tarix: 12 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

kosmetika mehsullari geyim dəbləri adlarin menasi mütləq bilməlisiniz xəmir reseptləri marqarita pizza paxla cigirtmasi kosmetika sirniyatlar bahar burclər oğlaq suni mayalanma