İnstitut direktoru: Təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər...

İnstitut direktoru: Təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər...Azərbaycanda insanlar ürək-damar xəstəliklərində baş verə biləcək ağırlaşmaları əvvəlcədən müəyyən etməyə imkan verən tibbi müayinələrə maraq göstərmirlər.
Milli.Az bildirir ki, bunu Trend-ə Səhiyyə Nazirliyi Akademik C.M Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, tibb elmlər doktoru Gülnaz Dadaşova deyib.
Onun sözlərinə görə, əslində, mərkəzi aortal təzyiqi düzgün ölçməklə bu ağırlaşmaların baş verə biləcəyini əvvəlcədən proqnozlaşdırmaq olar. Bununla sonda ölümə səbəb olan həmin ağırlaşmaların qarşısını da vaxtında almaq mümkündür.
G.Dadaşova qeyd edib ki, ürək-damar xəstələrində aparılan medikamentoz müalicənin nə qədər effektli olduğunu, təzyiqin hansı formada nəzarətdə saxlanıldığını bilmək çox vacibdir. Lakin təəssüf ki, bu baxımdan mərkəzi aortal təzyiqə nəzarəti hər zaman həyata keçirmək mümkün olmur.
İnstitut direktoru əlavə edib ki, normal halda insanlar özlərinin arterial təzyiqlərini ölçürlər və bu ölçmə onların biləyində və ya bazu hissəsində aparılır:
"Təzyiqin ölçülməsi üçün fərqli aparatlardan istifadə edilir. Biləkdən və bazudan qoyulmaqla ölçülən aparatlar arasında fərqlər və müəyyən xətalar ortaya çıxır. Elektron aparatlarla xəstənin təzyiqinin müəyyən fasilələrlə 3 dəfə ölçülməsi, ondan sonra orta göstəricinin müəyyən edilməsi məsləhət görülür. Təzyiq köhnə qayda ilə (aparat dirsəyə bağlanmaqla) ölçüldükdə üçlü kontrol aparılmalıdır. Köhnə aparatlardan istifadə zamanı həm barmaq (təzyiq ölçülən yalnız iki orta barmağı nəbz üzərinə qoymaq olar) nəbzin üzərinə qoyularaq, nəbz döyüntülərinə nəzarət edilməli, həm qulaqla döyüntülərə qulaq asılmalı, həm də gözlə aparat üzərindəki göstəricilər izlənilməlidir. Əgər bu qayda ilə təzyiq ölçülərsə, onda təzyiqin müəyyən edilməsində xəta ehtimalı sıfıra bərabər olur. Ancaq təəssüf ki, bütün həkimlər təzyiqi bu qayda ilə ölçmürlər və üçlü kontrol həyata keçirmirlər".
G.Dadaşova deyib ki, bəzən mərkəzi aortadakı təzyiqlə periferiyada olan təzyiqlər arasında çox ciddi fərqlər olur. Lakin ürək-damar xəstələrinin müalicəsi ilə bağlı daha dəqiq qərarın qəbul edilməsi üçün mərkəzi aortal təzyiqin ölçülməsi düzgündür.
İnstitut direktorunun sözlərinə görə, 5-10 il əvvəl mərkəzi aortal təzyiq yalnız invaziv yolla (orqanizmə müdaxilə etməklə) ölçülürdü:
"Lakin indi institutda orqanizmə müdaxilə etmədən, adi qaydada, aparatı bazuya bağlamaqla mərkəzi aortal təzyiqin optimallaşması barədə dürüst məlumat vermək mümkündür. Azərbaycanda yalnız Kardiologiya İnstitutunda istifadə edilən "Agedio" aparatı vasitəsilə ürək-damar ağırlaşmalarının proznozunda vacib faktorlardan biri olan mərkəzi aortal təzyiqi dəqiq ölçmək olur. Mərkəzi aortal təzyiq koronar (ürək) və beyin damarlarında, həmçinin böyrəklərdə qan axınını daha real əks etdirir və bu səbəbdən ürək-damar ağırlaşmalarını daha dəqiq proqnozlaşdırır. Bu gün mərkəzi aortal təzyiqin qeyri-invaziv (orqanizmə müdaxilə etməməklə) ölçülməsi ürək-damar xəstəliklərinin müalicəsinin effektivliyinin qiymətləndirilməsində əvəzsiz rol oynayır. Bu, xəstələrin tez sağalmasında böyük əhəmiyyət kəsb edir. Bu aparatla aparılan müayinə vasitəsilə, aterosklerozun inkişaf səviyyəsini müəyyən etmək mümkündür".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1747   Tarix: 11 noyabr 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

turlar.az

kosmetika mehsullari həkim məsləhəti qadin dunyasi hicab bağlamaq hamiləlikdə qidalanma kokteyl paltarlari qara noqteler ucun uz maskalari kosmetika zencefil buga burcu eqreb cinsi elaqe novruz bayramina aid hakistalar