İntim gigiyena qaydaları

İntim gigiyena qaydalarıİntim gigiyena qaydalarına əməl edilməməsi qadınlarda cinsiyyət üzvlərinin bir çox təhlükəli xəstəliklərinin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, uşaqlıq yolu öz-özünü təmizləyən orqandır. Heç bir halda uşaqlıq yolunu yumaq üçün adi sabunlardandan istifadə etmək olmaz. Bu olduqca təhlükəlidir!
Belə təmizlik uşaqlıq yolunun disbakteriozuna və digər ginekoloji xəstəliklərə yol aça bilər.İntim gigiyena üçün adi sabun və gellərdən istifadə etməyin. Onlar dərini qurutmaqla yanaşı, bədənin zərif yerlərini qıcıqlandırır. İntim gigiyena üçün xüsusi gellər var ki, onlar dərini yumşaqcasına təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı isə aradan götürür.

Əgər hər dəfə bu gellərdən istifadə edə bilmirsinizsə onda intim gigiyena üçün salfetlərdən istifadə edin. Onları heç bir zaman adi nəm salfetlərlə qarışdırmayın. İntim salfetlərin tərkibində spirt olmur. Onlarda dərini qıcıqlandırmayan antiseptik mayelər hopdurulur ki, bu da intim yerlərin qıcıqlanması və qızarmasının qarşısını alır.

Qadın bezlərini hər 4 saatdan bir dəyişmək məsləhət görülür. Qey olunan müddətdən artıq saxlandıqda bezlər cinsiyyət orqanlarından axan ifrazatı özünə hopdurur ki, bu da pataloji bakteriyaların yaranmasına səbəb olur. Allergiyası olan qadınalar ətirli bezlərdən deyil, adi bezlərdən istifadə etməlidirlər.

Mensturasiya zamanı qadınlar intim sahələrin gigiyenasına xüsusi diqqət yetirməlidirlər.
Bu zaman adi günlərdən fərqli olaraq uşaqlıq boynunun xarici dəliyi açılır ki, bu da infeksiyaların yuxarı cinsi orqanlara doğru hərəkət etməsinə şərait yaradır. Buna görə də menstruasiya zamanı cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək olmaz. Onu duşla əvəz edə bilərsiniz.

Alt geyimləri təbii materialdan olmalıdır. Təbii materialdan olan geyimlər dərinin nəfəs almasına şərait yaradır. Sintetik alt geyimlərindən ümumiyyətlə istifadə edilməməlidir. Belə materialdan olan geyimlər dəridə qıcıqlanma yaradır.

Bədənə kip yapışan alt geyimləri də dəriyə oksigen daxil olmasının qarşısını alır.

Sağlamlıq     Baxılıb: 3837   Tarix: 09 may 2015
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Cinsi zəifliyi aradan qaldıran möcüzəvi QARIŞIQ

Son dövrlər stres, əsəb və digər səbəblər kişilərdə cavan yaşlardan cinsi zəifliyi və impotensiyaya səbəb olur. Ölkə.az bildirir ki, bu yaxınlarda alimlər cinsi zəifliyi aradan qaldıran maraqlı qarışıq barədə məlumat yayıblar

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Qadınların intim gigiyenası. 4 VACİB QAYDA

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər.  bildirir ki, intim gigiyena qaydalarını bilməmək və ya onlar

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Balqabağın UNİKAL MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ

Balqabaq ən faydalı tərəvəzlərdən biridir. Azkalorili, dadlı, vitamin və minerallarla zəngin olan bu tərəvəzin sağlamlıq üçün xeyirli xüsusiyyətləri saymaqla bitməz.  sizi balqabağın faydaları ilə tanış edir. 1. Karotinlərl

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

turlar.az

aksessuarlar geyim necə seçməli qis geyimləri 2026 cadudan qorunma yay paltarlari 2026 pnevmoniya xesteliyi estetik gözəllik kosmetika vətənə aid bayatı nizami gəncəvi qaynana hakista birlik bayatı