İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərir

İqlim dəyişikliyi bu xəstələrə mənfi təsir göstərirİqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, bu barədə Los-Ancelesdəki Kaliforniya Universitetinin himayəsi altında fəaliyyət göstərən bir qrup alimin apardığı tədqiqatın nəticələrində bildirilir.
"The Lancet Neurology" jurnalında qeyd olunur ki, 1968-ci ildən 2023-cü ilə qədər dünyada nəşr olunan 332 məqaləni təhlil etdikdən sonra nevroloq Sanjay Sisodiyanın başçılığı ilə tədqiqatçılar iqlim dəyişikliyinin nevroloji xəstəliklərə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə biləcəyini vurğulayırlar.
Komanda iqlim dəyişikliyinin narahatlıq, depressiya və şizofreniya da daxil olmaqla, bir neçə ciddi, lakin ümumi zehni xəstəliklərə təsirini təhlil edib.
"İqlimin bəzi beyin xəstəliklərinə, xüsusən də insult və sinir sistemi infeksiyalarına təsiri barədə açıq dəlillər mövcuddur. Göstərilib ki, beyin xəstəliklərinə təsir edən iqlim dəyişikliklərinə ekstremal temperaturlar, eləcə də gün ərzində daha əhəmiyyətli temperatur tərəddüdləri daxildir, xüsusən də bu nisbətlər mövsümdən asılı olaraq qeyri-adi olduqda", - Sisodiya bildirib.
O əlavə edib ki, gecə temperaturları xüsusilə vacibdir, çünki gecə boyunca daha yüksək temperatur yuxunu poza bilər və bu da beyin sağlamlığını pisləşdirir.
Tədqiqatçılar müəyyən ediblər ki, daha yüksək temperaturlarda və ya güclü istilərdə xəstəxanaya yerləşdirmə, əlillik və ya insult nəticəsində ölüm hallarının sayı artır.
Bu arada, komanda iddia edir ki, demensiya (unutqanlıqla bağlı xəstəlik - red.) diaqnozu qoyulan insanlar ekstremal temperaturlar və hava hadisələrindən zərərçəkməyə meyillidirlər, çünki idrak pozğunluğu davranışı ətraf mühitdəki dəyişikliklərə uyğunlaşdırmaq qabiliyyətini məhdudlaşdıra bilər.
Milli.Az
​

Xəbərlər     Baxılıb: 1390   Tarix: 20 may 2024
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

yemek reseptleri qadin sayti aksessuarlar psixoloji məsləhətlər salatlarin dizayni cəlil məmmədquluzadə soda maskasi kosmetika qurd ve quzu pomidor zencefil badambura haxisdalar