İşdən gələn kimi etməlisiz - Bədənə yığılan neqativi necə təmizləməli?

İşdən gələn kimi etməlisiz - Bədənə yığılan neqativi necə təmizləməli?İstənilən işdə çalışan, xüsusən çox insanla ünsiyyətdə olan, hətta bir iş görməyib, ictimai nəqliyyatda gedib gələn, küçədə gəzən insan belə axşam evə gələndə özünə aid olmayan kifayət qədər ağır neqativ hiss, qəribə bir ağırlıqla qayıdır.
Milli.Az xəbər verir ki, mütəxəssislər bildirir ki, bu yük adətən insanın çiyinləri, boynunun arxasında və dabanlarında toplanır. Ona görə də yorğun insanın çiyinləri əyilmiş, beli irəli əyilmiş, boynu sanki ağıqlıqdan önə əyilmiş şəkildə olur.
Çox insanlar yorğunluğu çıxarmağın yolunu səhv bilir: evə gəlib yemək yeyib, çay içib, divanda uzanmaq və ya yatmaq. Elə hesab edirik ki, uzansaq beynimiz də, bədənimiz də dincələcək. Və çox işləyən insanlar səhər duş alıb, təmiz geyinib işə gedir.
Halbuki tam tərsini etməliyik. Psixoloq və fizioterapevtlər küçədən, işdən, hər hansı tədbirdən, məclisdən qayıtdıqdan sonra bir az dincinizi alan kimi çiyin və dabanlara yığışmış neqativi təmizləməyi tövsiyə edir. Bəli, gecəylə, yatmazdan öncə.
Necə? Bunun üçün həmin gün geyindiyiniz bütün geyimləri, alt paltara kimi soyunub, yumağa qoyursuz. Özünüz isə isti duş alırsız. Çiyinləri və boynun arxasına gur su şırnağını tutub, onları yüngülcə döyəcləyirsiz. Daha sonra bir az duz götürüb həmin nahiyələrə, dabanlara çəkirsiz. Duzu yuyub, ən sonda ayaqlara soyuq su tökürsüz.
Beləcə günün neqativ təsirindən azad olursuz. Bu şəkildə yataq geyimi geyib yatırsız.
Əgər siz bu enerjini günlərlə yumadan yatsaz, neqativ bədənin mental sərhədlərini keçəcək və dərinləşəcək. Növbəti günün enerjisi onun üzərinə gələcək.
Eləcə də işdə hər hansı neqativ gərginlik hiss etsəniz, bir kənara çəkilib, çiyinləri, boynu ovxalamaq, döyəcləmək lazımdır.
Diqqət yetirin, Yaponiyada işçilər fasilədə bir-birinin boynunu, çiynini masaj edir, sıxır. Buna görə onlar bir-birinə təşəkkür edirlər və bu orda böyük yaxşılıq hesab edilir. Çünki yaponlar gərginliyin hara yığıldığını yaxşı bilir. Ona görə masaj zamanı çiyinlərə və boyun arxasına toxunanda daha çox ağrı hiss edilir.
Bu metodu vərdiş halına çevirsəz, neqativin gətirdiyi psixoloji problemlərdən, təşvişdən, nevrozdan da uzaq olarsız və gücünüz azalmaz.
Qeyd edək ki, kənar insanların neqativ fikri, qarğış və bəd gözlərinin təsiri də məhz insanın boyun hissəsinə toplanır. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1274   Tarix: 12 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetoloq maskalar necə tez arıqlayım pirojna reseptləri qadın müdafiəsi xiyar tursusu kosmetika badambura sağlamlığa aid atalar sözləri burclerin uyumu kahfe kali maya maskasi