İşə gecikənlər üçün ən yaxşı bəhanələr

İşə gecikənlər üçün ən yaxşı bəhanələrSəhər vaxtı əksəriyyətimizin içində yuxudan durmamaq, işə, məktəbə, universitetə getməmək istəyi baş qaldırır. "Beş dəqiqə də yatım, duracağam" deyə-deyə bir də görürsən, iş vaxtına az qalıb. İşə daima gecikənlərə biz də bəhanə sarıdan kömək göstərməyə çalışacağıq. "Yox, mən punktual insanam" deyənlər də bu yazını oxuya bilər, axı heç kim sabah nə ilə qarşılaşacağını bilmir...

Özünüzü yaxşı vətəndaş kimi göstərin: "Elə işə gəlirdim ki, qarşımdakı iki maşın toqquşdu. Tək şahid də mənəm! Polis sənin, xəstəxana mənim, bir saatdır ki, ora-bura qaçıram". Bundan yaxşı bəhanə axtarırsınız?!

Saat vaxtında zəng çalmadı: Yeri gəlsə, heç birinci sinif şagirdi də bəyənib işlətməz bu köhnə bəhanəni, amma siz yenə də yoxlayın. İnandırıcı olsun deyə, uşağınızın saatın vaxtını dəyişdirdiyini deyin. Zəngli saatınız telefonunuzdadırsa, onun xarab olduğunu əsas gətirin.

Heç nə ağlınıza gəlmir: Nəhayət, heç nə ağlınıza gəlmirsə, müdirinizin qulağına əyilib: "Şəxsi məsələ ilə bağlı gecikmişəm, indi deyə bilməyəcəyəm. Ümid eləyirəm, bu dəfə keçərsiniz günahımdan" – desəniz, müdiriniz böyük ehtimalla yumşalacaq. Yox əgər, yuxarıdakı bu bəhanələrini işlədib onun səbir kasasını doldurmusunuzsa, bu bəhanənizin cavabı belə olacaq: "Nədi elə çox şəxsi məsələn? De bilək də".

Üç mühüm xəbərdarlıq:

1. Gecikəcəyinizi bilirsinizsə, müdirə zəng vurub bildirin. Ən azından "Mobil telefon bəs nə üçündür? Gecikəcəksənsə, zəng vur da" sözünü eşitməyəcəksiniz.

2. Zəng vuranda: "Alo, alo, Filankəs müəllim, alo, səsim gəlir? alo..." – deyib guya eşitmirmiş kimi aparın özünüzü.

3. Ən son variant da budur ki, iş yoldaşınıza zəng vurub: "Müdirə zəng vururam, amma nə isə düşə bilmirəm, bir problem var, gecikəcəyəm. "Sən de da", - deyə bilərsiniz. Amma nə badə işdən gələn hansısa zəngə cavab verəsiniz.

Ən gülməli 12 bəhanə:

"Careerbuilder" internet saytı, 3100 işçi və 2400 biznesmen arasında apardığı araşdırmada gecikənlərin gətirdiyi ən gülməli 5000 bəhanəni müəyyən edib. İlk 12 bəhanəni sizə təqdim edirik:

1. Anam toyuq hücumuna məruz qaldı.

2. Barmağım boulinq topuna ilişib zədələnmişdi.

3. Əkdirdiyim saçlarda infeksiya yaranıb.

4. İşi sabaha qədər görüb qurtarmaq üçün gecəyə qədər işlədim, yorğunluqdan boynum necə düşübsə, peysərim ağrıyır.

5. Alo, bu gün işə gələ bilməyəcəyəm. Çünki qonşunun inəyi bizim evə girib, sığorta işçilərinin gəlib dəymiş ziyanı hesablamalarını gözləyirəm.

6. Sevgilim evdə balıq ovlayanı fırladanda evin pəncərəsini qırıb, yeni şüşələrin gətirilməyini gözlədim.

7. Ayağım zibil presləyən maşına ilişmişdi.

8. Axşam saat 5-də bardan zəng vuran işçi: "Sabah xəstə olacağam və işə gəlməyəcəyəm!

9. Səhər müdirə sms yazan işçi: Özümü sabah işləyəcək qədər ağıllı hesab etmirəm.

10. Məhəlləmizi Gözəlləşdirmə Dərnəyi cəzalandırmasın deyə, səhər durub otları biçməli idim, ona görə işə gələ bilmədim.

11. Bayram səhəri müdirə zəng vurub, ağır səs tonunda danışan işçi: "Dünən ballı balqabaq yeyəndə ağzım yandı, ona görə işə gələ bilmədim".

12. Evimizin yanındakı göldə gəmiylə üzməyə çıxmışdıq, birdən benzinimiz qurtardı, qaldıq düz gölün ortasında. Xilasedicilər gəlib kömək etsələr də, bütün gecəni polis idarəsində keçirməli olduq...

Xəbərlər     Baxılıb: 2880   Tarix: 05 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Böyük sağlamlıq faydaları VAR

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz. .  xəbər verir ki, mütəxəssislər soğanı

.

Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb

Süni intellektlə işləyən FaceAge sistemi üz görüntülərindən bioloji yaşı və qocalma nisbətini təhlil edərək xərçəng xəstələrinin müalicənin gedişatını və sağ qalma şanslarını proqnozlaşdıra bilər. xəbər verir ki, səhiyy

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Səhər bu səhvi edənlər çoxdur - Acqarına nə içmək olar, nə olmaz?

Bir çox insan səhər yuxudan duran kimi müxtəlif içkilər qəbul edir. xəbər verir ki, məqsəd sağlamlıq qazandırmaq olsa da, yanlış seçimlər mədəni qıcıqlandıra, kortizol səviyyəsini artıra və gün boyu halsızlığa səbəb ola bilər

.

Keçmişdə saqqızı görün necə istifadə edirlərmiş

Bu gün saqqız adi və zərərsiz vərdiş kimi qəbul olunsa da, onun tarixi minilliklər əvvələ gedib çıxır. İnsanlar hələ qədim dövrlərdə müxtəlif bitki qatranlarını çeynəyərək həm ağızlarını təmizləməyə, həm də nəfəsi təravətləndirməy

turlar.az

qadin sayti qis geyimləri 2026 toy makiyajlari kələm salatı yemək resepti süfrə bəzədilməsi dosabin xeyri kosmetika hakışda terezi qz eviyçun hakışta baldiz arıqla