İshal, arıqlama, qızdırma... KRON xəstəliyinin simptomları və müalicəsi

İshal, arıqlama, qızdırma... KRON xəstəliyinin simptomları və müalicəsiKron xəstəliyi əsasən həzm yolunu zədələyən xroniki iltihabi xəstəlikdir. Bir çox hallarda bu xəstəlik zamanı həzm yolunun sonuncu hissələri zədələnir.
Kron xəstəliyinin əsas simptomları arasında:
- Qarında ağrılar
- İshal
- Qızdırma
- Arıqlama
- Defekasiya zamanı anusda ağrılar
- Köp
- Düz bağırsağın absesləri
- Anal çat
- Oynaqlarda ağrılar
- Dəridə səpgilər
Kron xəstəliyi həzm yolunun istənilən hissəsində inkişaf edə bilər və bu səbəbdən müxtəlif xəstələrdə bu xəstəliyin simptomları müxtəlif ola bilər.
Xəstəlik istənilən yaş qrupuna aid olan insanlarda inkişaf edə bilər. Lakin xəstəlik daha tez-tez 20-50  yaşlarda olan insanlarda təsadüf edilir.
Xəstəliyin əsas səbəbi məlum deyil. Belə hesab olunur ki, bunun səbəbi autoimmun proseslər və ya bakteriyalar ola bilər.
Kron xəstəliyi keçici deyil. Xəstəliyin diaqnostikası zamanı kolonoskopiya, rentgenoloji müayinə, biopsiya, qan analizləri, kompüter tomoqrafiyası istifadə olunur.
Kron xəstəliyinin müalicəsi əsasən konservativdir (dərmanlar vasitəsilə aparılır). Müalicə zamanı hormonlar (kortosteroidlər), müxtəlif iltihabəleyhinə preparatlar və immun sisteminin fəaliyyətini zəiflədən xüsusi preparatlar istifadə olunur.
Kron xəstəliyinin əsas təhlükəsi ondan ibarətdir ki, bu xəstəliyin fonunda xərçəng inkişaf edə bilər. Bu səbəbdən xəstəlik mütləq vaxtında aşkar olunmalı və müalicə olunmalıdır.
Konservativ müalicə lazım olan effekt vermədikdə, xəstədə ağır fəsadlar (qanaxma, kəskin bağırsaq keçirilməzliyi, bağırsağın deşilməsi) inkişaf etdikdə cərrahi müalicə tətbiq oluna bilər. Cərrahi əməliyyat zamanı bağırsağın zədələnmiş hissəsi xaric olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 986   Tarix: 11 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

Xroniki yorğunluq sindromu: Səbəbləri, əlamətləri və müalicə yanaşmaları

Xroniki yorğunluq sindromu (həmçinin "Mialgik Ensefalomielit" adlanır) istirahətlə keçməyən, gündəlik fəaliyyətləri ciddi şəkildə məhdudlaşdıran dərin fiziki və zehni yorğunluğa səbəb olan mürəkkəb və uzunmüddətl

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Köp niyə yaranır və ondan necə xilas olmaq olar?

Hər yeməkdən sonra qarnınızda narahatlıq və doluluq hiss edirsinizsə, bu, bədəninizin həzm prosesində çətinlik çəkdiyinin siqnalıdır. Şişkinlik qaçılmaz bir hal deyil, düzgün vərdişlərlə idarə oluna bilən bir prosesdir. xəbə

.

İsti havada çimərliyə bu qidaları aparmaq olmaz

Yay aylarında çimərlikdə istirahət zamanı düzgün seçilməyən qidalar qida zəhərlənməsi ilə nəticələnə bilər. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-diyetoloq Yelena Solomatina saytına müsahibəsində xəbərdarlı

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi

Akromeqaliya bədəninizin həddindən artıq böyümə hormonu (GH) istehsal etməsi nəticəsində yaranan bir endokrin xəstəliyidir. Böyümə hormonu artıqlığı qaraciyərdən ifraz olunan "insulin bənzəri böyümə faktoru 1" (IGF-1

.

Səyahət edənlər daha çox yaşayırlar

Yeni elmi araşdırma göstərib ki, səyahətlər insana yalnız xoş emosiyalar və yeni təəssüratlar qazandırmır, həm də fiziki sağlamlığa, beyin fəaliyyətinə və sağlam qocalma prosesinə müsbət təsir göstərə bilər. Mütəxəssislə

turlar.az

qadın geyimi qis geyimləri 2026 geyim dəbləri boyuk qadin dosleri zirincin faydaları arıqlama sirləri bal şəfadı kosmetika cinsi rus dili novruz bayramı rus dilini oyrenek 2ci ders oxatan