İşini itirmisən?

İşini itirmisən?İşsiz və ya kiminsə əlinə baxan adamın vəziyyəti, əlbəttə ki, çoxları üçün ağırdır. Yəqin ki, siz də belə vəziyyətə öyrəşməmisiniz. Çalışın, özünüzü işsiz qalmış adamın yerində təsəvvür edəsiniz. Bugünkü vəziyyətinizi daha yaxşı dərk etmək üçün aşağıdakı suallara cavab verin:
1. Ağlınıza nə vaxtsa qaçırdığınız şanslar haqqında fikirlər gəlirmi?
2. Baş verən hadisədə kimin günahkar olduğunu başa düşməyə çalışırsınızmı?
3. Başqalarından pis olduğunuzu düşünürsünüzmü?
4. Öz imkanlarınıza və gücünüzə inanırsınızmı?
5. Gələcək qarşısında qorxunuz varmı?işsiz adam,işsizlərƏgər sadalanan hər hansı bir sualın cavabı "hə"dirsə, əgər həyatınızı yaxşılığa doğru dəyişdirmək fikrindəsinizsə, əgər bu günün özündə rahatlıq tapmaq, sabaha isə inamla baxmaq istəyirsinizsə, aşağıdakı məşqlərə bir neçə dəqiqə ayırın.

Bizim məsləhətlərimiz sizə bu işdə yardımçı olacaq:
1. Həyatımız keçmişdən, indiki zamandan və gələcəkdən ibarətdir.
Keçmişimizdə bir çox acınacaqlı, yaddaşımızda mənfi iz buraxan hadisələr baş vermişdi. Və hər birimiz üçün aydındır ki, keçmişi qaytarmaq mümkün deyil, lakin yol verdiyimiz bəzi səhvləri düzəltmək olar və lazımdır. Amma buna baxmayaraq, həyat boyu acı fikirlər qanımızı qaraldır, ovqatımızı pozur və bizi rahat buraxmır. Eləcə də işdə - biz tez-tez nəyi isə eləmədiyimizdən və ya hər hansı bir işi müxtəlif səbəblərə görə vaxtında yerinə yetirə bilmədiyimizdən təəssüflənirik.
İkivərəqli kağız götürün. Þaquli xətt çəkib onu tən ortadan iki yerə bölün. Birinci sütunda əldən qaçırdığınız bütün imkanları qeyd edib nömrələyin.
Qeyd: əgər həmin qeyd bir sətrə sığırsa, ondan sonra üç sətri boş qoyun. Sonra hər nömrənin qarşısında, ikinci sütunda qaçırılan fürsətləri yenidən gerçəkləşdirməyə imkan verəcək 3 üsulu təsvir edin. Hər sütun üçün bir başlıq düşünün.

2. Bu, bizim keçmişimizdir. Keçmiş sadəcə olaraq xatirələrdir. Çox vaxt keçmişdə uzaq gələcəyi planlaşdırırıq. Planlaşdırdığımız bir çox hadisələr sonralar gerçəkləşmir - bunu sizdən yaxşı heç kim bilmir. Deməli, gələcək - fərziyyədir. Bugünün gerçəkliyi - diqqətə layiq olan yeganə həqiqətdir. Olan oldu, ötdü-keçdi. Onu qaytarmaq mümkün deyil. Olacaq isə hələ olmayıb. Bu gün nə varsa - odur əsl həyat, sizin həyatınız. Məhz buna görə bu günlə yaşamaq və yalnız bu günü planlaşdırmaq lazımdır.
Qayçını götürüb vərəqi ortadan kəsin - elə ki, hər bir sütunu ayrılıqda oxumaq mümkün olsun. Birinci sütunda yazılanları oxuyun - bu, sizin keçmişinizdir. Həmin kağızı xırda-xırda parçalara cırın. Sonra kağızın ikinci yarısını götürüb, ikinci sütunu oxuyun. Burada yazılanları gerçəkləşdirmək - sizin öz əlinizdədir.

3. İnsanın boş vaxtı çoxdursa, o, keçmişdə baş verən acı xatirələri xəyalında canlandırır. Məhz buna görə çalışın, lazımsız xatirələr və boş narahatçılıq üçün asudə vaxtınız qalmasın. Özünüz üçün münasib gün rejimi qurub, ona riayət edin. Öalışın qəbul etdiyiniz həyat tərzini pozmayasınız. Həmin qaydada iş rejiminizi də müəyyənləşdirin.
Gələcək planlarınızı, ikinci sütunda qeyd etdiyinizlərə uyğun şəkildə mərhələlərə bölün. Gündəlik planınızı tərtib edin.

4. Təbii ki, psixoloji gərginlikdə son həddə çatmış insan öz işini yaxşı yerinə yetirə bilməyəcək. Beləliklə, işi itirmək ehtimalı artır və ya işə düzəlmək şansları azalır. Problemləri həll etmək və ya iş tapmaq üçün, şübhəsiz ki, sağlam insanın imkanı daha çoxdur. Əgər bu vaxta qədər idmanla məşğul olmamısınızsa, hələ də gec deyil, elə bu gündən başlayın, çünki idmanla məşğul olan insan, bununla stress və ürək xəstəliklərinə səbəb olan gərginliyi aradan qaldırır. Eyni zamanda özünüzü həddindən artıq yormayın, yorğunluq hiss etdikdə isə dərhal dincəlin. Təbiəti seyr edin, açıq havada gəzin. Sağlamlığınızı möhkəmlətməklə, öz iş qabiliyyətinizi də qaldıracaqsınız və beləliklə, işə düzəlmək şanslarınız da artacaq. Gün rejiminizdə fiziki məşğələlər üçün 15 dəqiqəlik vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).

5. İnsan nə qədər çox mütaliə edirsə, bir o qədər iş itirmək ehtimalını azaldır, çünki nə qədər çox bilik əldə etsəniz və təcrübənizi artırsanız, bir o qədər də professional imkanlarınız və bununla bərabər işə düzəlmək şanslarınız artar. Hər zaman mütaliə edərkən əlinizin altında qələm və kağız saxlayın. Müxtəlif kitablardan sizə lazım ola biləcək hər hansı bir informasiyanı, eləcə də ünvan və telefonları köçürün. Ətrafda baş verən hadisələr və ya sizi əhatə edən insanlar barəsində, eləcə də öz haqqınzdakı fikir və düşüncələrinizi qələmə alın. Hər hansı bir problemlə toqquşduqda, onu araşdırın (səbəbini və problemin mümkün olan həllini tapın) və mütləq düşüncələrinizin nəticələrini, eləcə də bu anda keçirdiyiniz emosiyaları kağızda (və ya dəftərdə) qeyd edin. Qarşınıza qoyduğunuz həyati məqsədləri müəyyənləşdirin, müxtəlif planlar tərtib edib yeri gəldikdə onları korreksiya edin, icrasını nəzarətə alın. Bütün bunlar sizin gündəliyinizdə əks olunmalıdır.
Kvalifikasiyanızı artırın. Lazım olarsa, yeni ixtisasa yiyələnin.
Gün rejiminizdə mütaliə üçün 30 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).

6. İnsan təklikdə bütün problemləri aradan qaldırmağa qadir deyil. Problemləriniz haqqında dost və yaxınlarınıza danışın. Nə vaxtsa oxşar vəziyyətə düşənlərdən məsləhət alın. Əhatə dairənizi genişləndirin, köhnə əlaqələrinizi bərpa edib, təzələrini yaradın. Öalışın, mümkün qədər çox adam iş axtardığınızı bilsin.
Gün rejiminizdə dost-tanışlarla ünsiyyət üçün 15 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).

Xəbərlər     Baxılıb: 2066   Tarix: 03 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Demans riskini azaltmaq üçün ideal yuxu müddəti

Alimlərin fikrincə, demans riskini azaltmaq üçün ideal yuxu müddəti gecə yeddi-səkkiz saatdır. xəbər verir ki, yuxu çatışmazlığı uzun müddətdir ki, demensiya riskini artırır. Yeni tədqiqatlar göstərir ki, bu, sonrakı həyatd

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Limonlu çay içənlərin DİQQƏTİNƏ

Limonlu çay bəzi hallarda sağlamlığa müsbət təsir göstərsə də, hər kəs üçün eyni dərəcədə faydalı deyil. xəbər verir ki, həkim Yekaterina Antipova bildirib ki, limon həzmi stimullaşdırır, orqanizmin tonusunu və enerjisin

.

Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb

Süni intellektlə işləyən FaceAge sistemi üz görüntülərindən bioloji yaşı və qocalma nisbətini təhlil edərək xərçəng xəstələrinin müalicənin gedişatını və sağ qalma şanslarını proqnozlaşdıra bilər. xəbər verir ki, səhiyy

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

turlar.az

adlarin menasi maskalar kosmetik vasiteler duzlu xəmir işləri tecavuze ugrayan qadinlar qışa hazırlıq boyuk qadin dosleri kosmetika zehmet ve zinet sağlamlığın sirleri rus dilin nece orenek qz eviyçun hakışta vətən