İşlənmiş batareyalar xəstəlik yayır - Xərçəng, karlıq, göz zəifliyi

İşlənmiş batareyalar xəstəlik yayır - Xərçəng, karlıq, göz zəifliyiBatareyaların ziyanı zibil qutusuna düşdükdən və ya sadəcə küçəyə atıldıqdan sonra başlayır.
Köhnə batareyaları hara gəldi atmaq, xüsusilə də uşaqlara oynamağa vermək olmaz. Belə batareyalar istifadədən sonra xüsusi qutulara atılmalıdır. Xarici ölkələrdə bu üsul geniş tətbiq olunur.
Milli.Az xəbər verir ki, batareyaların tərkibindəki kimyəvi maddələr torpağa, suya, havaya qarışaraq, canlıların xəstələnməsi və zəhərlənməsi ilə nəticələnir.
Tullantı batareyaların səbəb olduğu xəstəliklərdən başlıcaları, nevroloji pozğunluqlar, mərkəzi sinir sistemi xəstəlikləri, xərçəng, böyrək və qaraciyər xəstəlikləridir. Batareyaların içindəki bütün maddələrin zərəri bəzən öldürücü dərəcəyə çata bilir. Maddələr torpağa qarışaraq heyvanların yediklərindən, ya da sulardan insan bədəninə qarışır. Batareyalar torpağı istifadəsi mümkünsüz hala gətirir.
İşlənmiş batareyanın evdə, torpaqda, boş ərazidə, suda qalması ilə toksiki maddələrin insan orqanizminə keçməsi nəticəsində mənşəyi bilinməyən şişlər, görmənin zəifləməsi, dəri xəstəlikləri, dermatit, eczema, sümük əriməsi, böyrəklərdə duzlar, daşlar, şişlər, ağciyər xəstəlikləri, allergik bronxit, uşaqların qüsurlu doğulması və gec inkişafı kimi xəstəliklər yaranır.
Civə və civə birləşmələri insan və ətraf sağlamlığı baxımından çox təhlükəlidir. Batareyadakı civə sürətlə dəri və ya tənəffüs yolu ilə bədənə girə bilər. Sinir sisteminin civə birləşmələrinə qarşı çox yüksək həssaslığı vardır. Bundan başqa, bədənə alınan civənin beyin və böyrəklər üzərində də ağır yaralar yaratdığı aparılan tədqiqatlarla müəyyən edilib. Civə konsentrasiyasının bədəndə yüksəlməsi təzyiq yüksəlməsinə, infarkta, dəridə qızarma və yaralara, gözlərin zərər görməsinə səbəb olur.
İçməli su və ya qida yolu ilə insan bədəninə girən civə eşitmə pozğunluğu, mərkəzi sinir sisteminin pozulması və xərçəngə, böyrək, qaraciyər, beyin toxumalarının pozulmasına gətirib çıxarır.
Cəmiyyətimiz batareyaların təkrar istifadəsi probleminə az diqqət yetirir. Hər birimiz gələcək nəslin sağlamlığına diqqət yetirməli və istifadədən sonra batareyaların təkrar emalını təşviq etməliyik. /aztibb.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1277   Tarix: 13 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

turlar.az

geyim seçimi maskalar sac duzumleri yay paltarlari veten haqqinda atalar sozu ana və uşağın ev məktəbi qripdə nə etməli kosmetika lakonizm usaq geyimleri babasil sanamalar yuxuda qara ilan gormek