İstanbuldakı terrordan son xəbər: 38 ölü, 155 yaralı
İstanbulun Beşiktaş rayonunda baş vermiş terror hadisəsi zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
Qadinsayti.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. S. Soylu deyib ki, şəhid olanlardan 31-i polis əməkdaşıdır. O, ölənlərdən birinin kimliyinin hələlik müəyyənləşmədiyini də qeyd edib.
Nazir qeyd edib ki, hazırda xəstəxanalarda 155 yaralı var, onlardan 14-nün vəziyyəti ağırdır.
S. Soylu hazırda 13 nəfərin şübhəli şəxs qismində saxlanıldığını da vurğulayıb: "İndiyə qədərki araşdırmalar hadisəni PKK terror təşkilatının törətdiyini göstərir".
Nazir bu gün şəhid polislərdən bir neçəsinin dəfn mərasiminin keçiriləcəyini də qeyd edib.
Qeyd edək ki, Türkiyədə 1 günlük matəm elan edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qazaxıstana planlaşdırılan səfərini təxirə salıb.(apa)
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ramal desə ki, sənəti at, ataram' - Rəqqasə Fatimə
Buna görə 20 kiloqram arıqladım' - Əməkdar artist
Bu əlamətlər bağırsaq probleminin göstəricisidir
Mən aparıcı deyiləm, xanəndəyəm' - Zaur Kamalın verilişini o aparacaq?
Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir
Süfrəyə qoymadığımız bu ət ən faydalısı imiş
Tərəf müqabili oldular