İsterik nevroz

İsterik nevrozOrta əsrlərdə isteriyalı xəstələr cin vurmuş hesab edilir və kilsə xadimləri onları qəddarcasına cəzalandırırdı. Xəstəliyin elmi əsasları XVIII əsrdə Şarko tərəfindən öyrənilməyə başlanılmışdır. Araşdırmalar xəstəliyin baş verməsində, irsi amillərin rolunu önə çəkmişdir. İsterik nevroz tipinə görə 2 növə ayrılır:
- emosional - affektiv
- funksional - nevroloji
İsteriya infantil konstitusional tip fonunda emosional-effektiv xəstələr zərif bədən quruluşu, yaxşı inkişaf etmiş ikincili cinsi əlamətlərlə, plastik zəriflik və qeyri-dəqiq hərəkətlərlə xarakterizə olunur. İsteriyalı xəstələrin davranışında ən mühüm cəhət ətrafdakıları müxtəlif vasitələrlə özünə cəlb etmək meylidir.
Xəstələrdə daha çox emosional pozulmalar müşahidə edilir. Utancaqlıq, məsuliyyət, ədəb, insanpərvərlik kimi sırf insani keyfiyyətlərin zəifləməsi və kifayət qədər inkişaf etməməsi nəzərə çarpır. Eqoizm ,özünə vurğunluq, cinsi həvəsin artması, qarınqululuq və digər xoşagəlməz xasiyyətlər ön plana keçir.
Belə xəstələrdə əhval ruhiyyə tez-tez dəyişir. İsterik nevrozun ağırlaşmalarında aşağıdakı nevroloji pozulmalar mühüm yer tutur:
- hərəki pozğunluqlar (iflic, parezlər, oriyentasiyanın pozulması, hiperkinezlər)
- nitq pozulmaları (afoniya, mutizm, pəltəklik)
Həyəcan zamanı səsin xırıldaması, eşitmənin və görmənin qəfil pisləşməsi isterik nevrozlara xas olan xüsusiyyətlərdir. Xəstəlik zamanı isterik yuxululuq xarakterik hesab edilir. Xəstələr bir neçə saat və ya gün ərzində yuxulu olurlar.
DİAQNOZ:  
Xəstəliyin əlamətlərinə, gedişatına toplanan anamnezə əsasən qoyulur.
MÜALİCƏSİ:
Müalicəsi zamanı psixoterapiya, ümumi möhkəmləndirici müalicə üsullarından- trankvilizatorlardan istifadə edilir. Xəstədə yuxusuzluq əlamətləri varsa yuxugətiricilər təyin edilir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1126   Tarix: 11 iyun 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Yaz aylarının sevilən meyvəsi olan əncir haqqında sosial mediada yayılan məlumatlar yenidən müzakirə mövzusuna çevrilib. Bir çox insanın sadə bir meyvə kimi yediyi əncirin əslində necə formalaşdığını bilirdinizmi?. xəbə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Xiyarın möcüzəvi faydaları

Yay mövsümünün ən çox istehlak olunan tərəvəzlərindən biri olan xiyar təkcə sərinləşdirici təsiri ilə deyil, həm də sağlamlığa verdiyi saysız-hesabsız faydalarla diqqət çəkir. Tərkibinin təxminən 95-97 faizi sudan ibarə

.

Məzuniyyətdə işdən uzaq qalmaq niyə vacibdir?

Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. xəbər verir ki, bunu rusiyalı psixoloq Pavel Javnerov bildirib. Onun sözlərinə görə, istirahət zaman

.

İşdə nə edək ki, daha az yorulaq

Günün böyük hissəsini oturaq vəziyyətdə keçirən insanlar həm sağlamlıq problemləri, həm də enerji çatışmazlığı ilə üzləşə bilər. Mütəxəssislər bildirirlər ki, iş günündə cəmi bir neçə dəqiqəlik hərəkət etmək yorğunluğu azaltmağ

.

Dərini zədələmədən qaralmanın sirləri: Günəşlənərkən diqqət olunmalıdır

Yay fəslində bir çox insan mümkün qədər tez qaralmağa çalışır. Lakin bərabər və qızılı dəri tonu yalnız xarici görünüş deyil, həm də sağlamlıq məsələsidir. Günəş yanıqlarından, piqmentasiyadan və dərinin vaxtından əvvəl qocalmasında

.

İnsan neçə dəqiqəyə yuxuya getməlidir?

Yuxuya getmək üçün sərf olunan vaxt insanın sağlamlıq vəziyyəti haqqında mühüm ipucları verə bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, sağlam insanın adətən 10-20 dəqiqə ərzində yuxuya getməsi normal hesab olunur

.

"Yağlı dəriyə yağ çəkilməz" mifinin sonu: Sebumu jojoba ilə ram edin

Son illərdə dəri baxımı dünyasında jojoba yağının möcüzəvi təsirləri geniş müzakirə olunur. Jojoba bitkisinin tərkibindəki maye mum efirləri insan sebumu (dərimizin təbii yağı) ilə 97% uyğunluq təşkil edir. Dəri baryerin

.

Uzun müddət oturmaq ölüm riskini artırır

Hər əlavə saat oturaq vəziyyətdə qalmaq onkoloji xəstəliklərdən ölüm riskini orta hesabla 10 faiz artırır. -a istinadən xəbər verir ki, bu barədə "PLoS Medicine" jurnalında dərc olunan araşdırmada bildirilib. Tədqiqa

turlar.az

gozel gorunmek qadın geyimi geyim və ayaqqabılar körpələrdə süni qidalar mətbəx qaydaları hamileliyin elametleri bayatilar xinayaxdi ucun kosmetika öpüşme xlor lekesi hüzeyir hacibəyov hakışta sevda