İtaliyan aktrisası Ornella Muti 60 yaşını qeyd etdi
Ornella Muti 9 mart 1955-ci ildə Romada anadan olub.
Əsl adı Françesko Romano Rivelli olan aktrisanın atası əslən Neapoldan, anası isə Estoniyalı emiqqrant olub. 15 yaşından filmlərdə rol alıb. İlk rolunu Damiano Damianinin "Ən gözəl arvad" (1970) filmində alıb. Birinci filmindən sonrа Ornella Muti ləqəbini götürür. Ornella Muti 2 dəfə ailə həyatı qurub. Filmdəki tərəf müqabili - aktyor Alessio Orano onun birinci əri olub.
Əsasən italyan filmlərində rol alan aktrisa, 1980-ci ildə Britaniya fantastik filmində "Flesh Gordon"-da rol alıb. Aktrisa 1984 –cü ildə "Swann in Love" adlı filmdə Alen Delonla tərəf müqabili olur.
İtalyan rejissorları Marko Ferreri və Dino Rizi ilə çalışıb.
Gözəlliyi ilə kişilərin ağlını başından alan Ornella 1998-ci ildən plastik cərrah Stefano Pikollo ilə faktiki nigahdadır. Aktrisanın iki qızı və bir oğlu var - qızları Nayke və Korolina, oğlu Andrea.
Aktrisa İtaliyada, Fransada və Monakoda daşınmaz əmlak sahibidir.
2008-ci ildə Muti Romada, Milanda, Riqada, Moskvada və Alma-Atada zərgərlik butiklərini açıb.
İtaliyan aktrisası ötən gün 60 yaşını qeyd edib.
















Bəzi muğam ifaçıları çox tənbəldirlər' - Ceyhundan sərt tənqid
Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?
Koreyalı aktyorun cəsədi tapıldı
Sənin üçün o qədər darıxmışam ki
1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı
Həkimdən qorxuducu XƏBƏRDARLIQ - Bu əlamətlər astmanın xəbərçisi İMİŞ
Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Limonlu çay içənlərin DİQQƏTİNƏ
Doğuş həyatından film çəkəcək
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan
Xalq artistinin oğlu evlənir
Röya ilə Əkbərin dueti əsassız şikayətlə silinib
Ödem atan bitki çayları hansılardır?
Bu içkilər infarkt riskini artıra bilər