İTV-nin aparıcısına sərt ittiham: İnsanlardan pul alıb, aldadıb

İTV-nin aparıcısına sərt ittiham: İnsanlardan pul alıb, aldadıbƏməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səidi fırıldaqçılıq ittiham edib.

Buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır. Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb.
Bu il isə hər il Türkiyədə Bonne Vie jurnalının təşkil etdiyi "Sinema güzeli" yarışmasının Bakıda seçim turu keçiriləcək və layihə rəhbəri aparıcı Aysel Nazimdir. Bakı seçimləri ilə bağlı münsif olan əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım edib. Onun statusuna əməkdar artist şərh yazaraq ötən il gənclərin aldadıldığını bildirib: "Mən Türkiyədə yaşayıram. Burada kifayət qədər yeni sima var. İnsanları niyə aldadırsınız? Ötən il də bu cür yarışma keçirildi. Orada birinci seçilənlər hardadır? Hər kəsdən pul alıblar. İndi isə onlar ortada yoxdur".

M. Abbasovanın sözlərindən sonra "Sinema güzeli" layihəsinin Azərbaycan üzrə rəhbəri Aysel Nazim qaranlıq qalan məqamlara saytımıza açıqlama verərək aydınlıq gətirib. O, bildirib ki, seçimlər ödənişsizdir və layihənin səlahiyyətləri ona məxsusdur: "Birinci tur yanvarın 27-si baş tutacaq. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban və başqalarıdır.

Daha sonra fevralın əvvəli Türkiyənin məşhur simaları Aleyna Solaker, Nesli Özsoy, Meral Konrat (Təhminə) , Nuri Alco( ilaç qazoz) , Şenol İpek , Engin Çağlar və layihə rəhbəri Hakan Solaker Bakıya seçim etmək üçün gələcək.

Yaxın günlərdə tədbirlə bağlı mətbuat konfransı keçiriləcək. Orada həm geniş məlumat veriləcək, həm də aparıcı Vüsalə Səidin oxşar adlı layihəsi ilə bağlı yaranan çaşqınlığa aydınlıq gətiriləcək. Kiməsə görə adımızın qaralanmasını istəmirəm. Hər kəs o aparıcının onları aldatmasından, pul almasından, yalan vədlər verməsindən danışır. Bu layihənin hüquqları məndədir və hər şey qanunladır. Bütün media dostlarımızı da konfransa dəvət edirəm ki, sənədləri təqdim edim, suallar da cavabsız qalmasın. İnsanların aldadılmasına və layihənin qaralanmasını göz yuma bilmərəm".
///Musavat.com

Xəbərlər     Baxılıb: 1351   Tarix: 21 yanvar 2019
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy gecesi kosmetik vasiteler gelinlikler geyimler cavanlaşdırıcı maskalar sağlamlıq haqqında hamilelikde qidalanma kosmetika baldıza aid hakışta narin faydasi opusme vetene aid atalar sozleri oğlan evine aid hakisda