Jasminin lüks avtomobili görənləri heyrətə saldı - FOTO
Jasminin lüks avtomobili görənləri heyrətə saldı - FOTO
Rusiyanın məşhur pop ifaçısı Jasmin özünə dəbdəbəli, lüks avtomobil alıb.
Oxu.Az xəbər verir ki, sənətçinin sahibləndiyi avtomobil sadəcə bahalı olması ilə deyil, həm də rəngi və salonun yüksək peşəkarlıqla hazırlanması ilə fərqlənir.
Dəyəri 33,5 milyon rubl (təxminən 884 400 manat) olan "Bentley Mulsanne" nadir gümüş- qızılı rəng çalarlarındadır.
Jasmin həmkarları arasında öyünə bilər. Çünki, sahib olduğu avtomobil "Bentley"in ən bahalı modelidir. Avtomobilin nömrəsi də təmtərağı ilə diqqət çəkir - 777.
Jasmin bu avtomobillə bir neçə gün öncə həmkarı Yuliya Naçalovanın yas mərasiminə gəlib. Hər kəsin gözü onun yeni lüks avtomobilində olub.
Qeyd edək ki, dəb blogerləri məşhur ulduzun lüks həyat tərzi yaşadığına dair bir neçə il öncə mediaya məlumatlar sızdırıb. Onlar xanım sənətçinin "Hermes" brendinin ən bahalı çanta kolleksiyasına sahibləndiyini vurğulayıblar. Jasmin bu çantaları üçün dəbdəbəli evində bir otaq da ayırıb.
2011-ci ildə Jasmin iş adamı İlan Şor ilə ailə həyatı qurub. 21 iyun 2017-ci ildə Jasminin həyat yoldaşına 7.5 il müddətinə azadlıqdan mərhum edilmə cəzası verilsə də, o bu günə kimi həbsə göndərilməyib və hazırda Orqeev şəhərinin meridir.




Rəşad Əliyev









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Məşhur aktyor 46 yaşında vəfat etdi
İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)