Jerar Depardye "Praqa baharı" haqqında filmdə Leonid Brejnevi canlandıracaq
Fransanın məşhur aktyoru Jerar Depardye 1968-ci ildə Praqada baş verən hadisələr haqqında çəkiləcək filmdə SSRİ-in keçmiş rəhbəri Leonid İliç Brejnev rolunu oynayacaq.
Bu barədə "Open.az" "Report"a istinadən xəbər verir.
"Praqa baharı" haqqında filminin prodüsseri bununla bağlı danışıqların aparıldığını bildirib: "Biz cənab Depardye ilə müqavilə imzaladıq. Sentyabrda onunla görüşəcəyik və Parisdə aktyorun komandası ilə filmin çəkilişlərinin təfərrüatlarını müzakirə edəcəyik. Aleksandr Dubçek rolunun ifaçısına gəlincə, bu rolu dünyanın məşhur aktyoru oynamalıdır, onunla danışıqlar hələ davam edir".
Keçmiş Çexoslovakiyada baş verən hadisələr haqqında filmi xorvat rejissoru Lordan Zafranoviç çəkəcək. O, hadisələr zamanı - 1968-ci ildə Praqanın Kinematoqrafiya İnstitutunda oxuyub. Filmin ssenari müəllifi slovak Karol Qlavkadır. O, hələ ki yalnız ssenarinin birinci hissəsini yazıb və indi Praqada ikinci hissənin üzərində işləyir.
Filmi Slovakiyanın "Leca Production" kinostudiyası çəkəcək və ekran əsərinin büdcəsi 10 milyon avrodan çox olacaq.
Film 2021-ci ilin sonunda Aleksandr Dubçekin anadan olmasının 100 illiyi zamanı hazır olacaq. Ekran əsərinin dünya premyerası 2022-ci ilin başlanğıcında baş tutacaq. /open.az









Hakışta
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir
Kivini qabığı ilə yeməyin bu faydaları varmış
Ən zərərli meyvə və giləmeyvələrin adları açıqlandı
Təbii üsullarla dodaqları daha dolğun və baxımlı göstərmək mümkündürmü?
Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun
Gündəlik qəhvə içirsinizsə, bu məlumat sizi sevindirəcək
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
"Uzak Şehir" bu tarixdən başlayır