Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı? - DİQQƏT

Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı? - DİQQƏTKalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabil hala keçir, yaşa dolduqca isə bədəndə miqdarı azalır. Qanda kalsium səviyyəsinin nəinki çatışmazlığı, artıqlığı zamanı da bir sıra problemlər yarana bilər. Kalsium çatışmazlığının hiss edilməyən, yüngül, şiddətli, hətta həyatı təhdid edəcək ölçüdə məlum olan əlamətləri var. Erkən diaqnoz qoyularsa, orqanizmdə kalsium çatışmazlığından yaranan problemlərin baş verməsinin qarşısı alına bilər.
Bəs, kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı?
Bu barədə AQTA-dan Milli.Az-a məlumat verilib.
Kalsium çatışmazlığı zamanı əzələ spazmları, ürək ritminin pozulması, üz, əl və ayaqlarda uyuşma, hafizə zəifləməsi, depressiya, əzələ ağrıları, dəridə quruma, dırnaq qırılmaları kimi əlamətlər ortaya çıxır. Bu elementin orqanizmdə kəskin defisiti zamanı ürək çatışmazlığı, udmada çətinlik, səsin dəyişməsi, sümüklərdə kövrəklik, dəmrov xəstəliyi, katarakt, əzələ gücsüzlüyü kimi simptomlar yaranır. Orqanizmdə kalsium elementinin artıq miqdarı ürək və nəfəs çatışmazlığına səbəb olur. Uşaqlarda raxitlik də kalsium və D vitamini çatışmazlığının əlamətlərindəndir.
Nəinki kalsiumun, ümumiyyətlə bütün mineral və vitaminlərin orqanizmdə çatışmazlığının qarşısını almaq üçün balanslaşdırılmış qidalanmaya üstünlük vermək lazımdır. Gün ərzində tərkibində kalsiumla zəngin qidalar qəbul etməklə orqanizm üçün zəruri olan kalsium həcmini qəbul etmiş olarıq. Belə ki, qida rasionuna mütləq süd, qatıq, kəsmik, pendir, brokkoli, kahı, kələm, paxla, mərcimək, lobya, yaşıl noxud, badam, fındıq, çia və balqabaq toxumu, küncüt kimi qidaları daxil etmək lazımdır.
Kalsiumun orqanizmdə normal mənimsənilməsi üçün müəyyən şərait lazımdır. Belə ki, D vitamini çatışmazlığı olan şəxslərin orqanizmi tərəfindən kalsium da effektli şəkildə mənimsənilmir. Buna görə kalsiumla bərabər D vitamininin də qandakı səviyyəsi nəzarətdə saxlanılmalıdır. Bundan başqa qida rasionunda normadan artıq liflə zəngin qidalara üstünlük verildikdə, həzm sistemi pozğunluqları, artıq sink və alüminium qəbulu kalsiumun orqanizmdə sovrulmasına mane olur. Yaşıl yarpaqlı tərəvəzlər və taxılın tərkibindəki oksalat və fitin turşuları kalsiumun sovrulmasına mane olduğundan, adətən, vegeterianlarda da bu elementin mənimsənilməsinə mənfi təsir edir.
Qeyd edək ki, həkim məsləhəti olmadan qida əlavəsi kimi kalsium preparatının qəbulu rasional üsul deyildir. Çünki bu məhsulların tərkibindəki kalsium duzlarının hamısı insan orqanizmi üçün eyni dərəcədə faydalı deyildir. Belə ki, kalsiumun sitrat və qlisinat duzları daha faydalıdır, həm də gündəlik normanın təyin edilməsi zamanı qida rasionu da nəzərə alınmalıdır. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1164   Tarix: 14 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

adlarin menasi kosmetoloq maskalar necə tez arıqlayım pirojna reseptləri qadın müdafiəsi xiyar tursusu kosmetika badambura sağlamlığa aid atalar sözləri burclerin uyumu kahfe kali maya maskasi