"Kara sevda" nın ulduzu nişanlısına belə sürpriz hazırladı - FOTO
Aktrisa Neslihan Atagül nişanlısı Kadir Doğuluya sürpriz hazırlayıb.
Türkiyə mətbuatının məlumatına görə, aktyor yuxudan oyanarkən Neslihanın sürprizi ilə qarşılaşıb. Belə ki, aktrisa güzgüyə "Günaydın" yazıb.
Aynadakı yazının fotosunu çəkib İnstaqram hesabına yerləşdirən Kadir nişanlısının bu jestinə "Sənə də günaydın, yarım" yazaraq cavab verib.