DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEO

DİQQƏT! Kondisioner xəstəlik mənbəyi ola bilər – VİDEOYay fəslində havalar isti keçdiyindən kondisionerə tələbat artır.

ARB 24 xəbər verir ki, kondisionerdən istifadə edərkən normalara riayət etmədikdə orqanizmdə ağır fəsadlarla nəticələnən xəstəliklər meydana gələ bilər

Ağababa Hüseynov – Sakin: "Kondisioner altında yatdım, ayıldım gördüm ki, belimdə ağrılar var. Əyilmək olmur. Bir az masaj elədim, keçdi getdi. Çox işlətmək zərərlidir. Otağın temperaturu normallaşdı, söndürmək lazımdır".

Ağababa Hüseynov da yayın istisində sərinləməyin yolunu kondisionerdən istifadədə görənlərdəndir. Amma bu, ona baha başa gəlib. Düzgün yararlanmamaq sağlamlığına zərər vurub. Belə hallarla rastlaşmamaq üçün mütəxəssislər kondisioner istifadə edənlərin bəzi nüanslara diqqət yetirməsinin vacib olduğunu deyirlər.

Maarif Mürsəlov – Mütəxəssis: "Əsasən otaqda olan adamların sayına və pəncərələrin kvadratlarına görə kondisioner seçilməlidir. Sərfəli olan "İnventor" tipi kondisionerlərdi. Enerjiyə 70 faizədək qənaət edir".

Ekspertlər bildirirlər ki, optimal otaq temperaturu 24-26 dərəcə hesab edilir. Tez bir zamanda sərinləmək istəyən insanın üzərinə soyuq havanı yönəltməsi yanlışdır. Əksinə hava axınını istiqamətləndirən yelpiyi tavana tərəf qaldırmaq lazımdır.

Maarif Mürsəlov – Mütəxəssis: "Mənfi cəhət odur ki, bəziləri bilərəkdən, ya da bilməyib temperaturu salır 18 dərəcəyə kimi. Bu da düz deyil. Çöllə ev temperaturu arasında 8-10 dərəcə fərq olmalıdır. Yəni çöldə temperatur 40 dərəcədirsə, evdə olmalıdır 28 dərəcə".

Həkimlər sərinləmək istəyənlər üçün kondisionerlərin faydası ilə yanaşı, zərərlərinin də olduğunu bildirirlər. Xüsusilə xroniki xəstəlikləri, boyun və baş ağrıları olanlar diqqətli olmalıdırlar. Çünki soyuq hava kütləsi həmin əzələlərin ağrımasına səbəb olur.

Röyanə Quluzadə - Həkim: "Xüsusilə böyrəklərin iltihabi xəstəlikləri olan, ağciyərin iltihabi xəstəlikləri olan, bronxit, bronxial astma olan insanlar kondisioner altında yatanda və ya uzun müddət vaxt keçirdikdə bu xəstəliklərdə ağırlaşmalar görürük. Bu insanlar kondisionerlərdən qaçmalıdırlar. Tənəffüs sistemi xəstəlikləri olanlar ehtiyatlı olmalıdırlar".

Mütəxəssislərin sözlərinə görə, yaşlı və ya gənc olmasından asılı olmayaraq, kondisioner bütün insanlarda fəsadlara səbəb ola bilər. Odur ki, tövsiyələrə əməl etmək lazımdır.

Ağababa Hüseynov – Sakin: "Cavanlara tövsiyə edirəm ki, ehtiyatlı olsunlar. Cavanam, heç nə olmaz deməyin, qocalanda üzə çıxır".

Ekspertlər insanlara kondisioneri işlədərkən saata uyğun olaraq özlərinə müəyyən cədvəl hazırlamağı məsləhət görürlər. Yəni, fasilələrlə otağı sərinlətmək məqsədə uyğun hesab edilir. Belə olan halda həm cibinizin, həm də sağlamlığınızın qayğısına qala bilərsiniz.

    Baxılıb: 2214   Tarix: 03 iyul 2018
f Paylaş

Oxşar xəbərlər

.

Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"

Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın -a müsahibəsini təqdim edirik. – Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?. – Düzdür, bəzən deyirlə

.

Oqtayla Dilarə cütlüyündən ŞAD XƏBƏR - qızı Aytənin toyu olacaq

Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production"ın rəhbəri Oktay Əliyev toya hazırlaşır. Axşam.az-ın məlumatına görə, cütlüyün qızı Aytən ailə qurmağa hazırlaşır. 21 yaşlı Aytənin nişanı avqustun 29-da olacaq

.

Aygün Kazımova gizli eşq yaşayır: "Məni yaşadan bu sevgidir"

İllərə meydan oxuyan sənətçi -ın fotokamerasına poz verib. O, eyni zamanda, gözəllik sirrini də açıqlayıb:. "Mənim gözəllik sirrim sevgidir. Qəlbim məhəbbətlə doludur. Sənətə olan eşqimdən böyük heç nə yoxdur, məni yaşada

.

Azərbaycanlı aktyorun heç yerdə görmədiyiniz qızları - FOTOLAR

Aktyor Vüsal Murtuzəliyev istirahətə yollanıb. İsmayıllıda ailəsi ilə bərabər xoş vaxt keçirən aktyor sosial şəbəkə izləyicilərini də unutmur. V. Murtuzəliyev qızları ilə çəkdirdiyi şəkilləri həm "Facebook", hə

.

Oğlu Brilliantı özündən çıxardı - "Tərbiyəsiz, gəlib o motosikileti yox edərəm"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub. qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. Caha

.

Səidə ilə Kərim barışdı - video

Bir müddətdir küsülü olan müğənnilər Səidə Sultan və Kərim Abbasov barışıb. Onlar aparıcı Çinarənin ad günündə bir araya gəliblər. Sənətçilərin birlikdə rəqs edərkən çəkilən videosu sosial şəbəkədə paylaşılıb. Qeyd edək ki

.

Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara - 2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə də ulduzlarla birlikdə qırmızı xalı üzərindən keçib. -ə istinadən xəbər verir ki, "Jaranın ilha

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

İstirahət günlərinin hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda günün əksə

turlar.az

həkim məsləhəti gözəllik məhsulları geyim necə seçməli atalar sözləri veten haqqinda ədəbiyyat testləri suni mayalanma ziyani i̇mtahana hazırlıq kosmetika veten haqqinda bayati gözellik qoğalın nağlı seksual usaq seirleri