Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"

Tanınmış aparıcıdan qalmaqallı sözlər: "Əri ola-ola min oyundan çıxır"Tanınmış teleaparıcı Lalə Əlimuxtarovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Bir çox məşhurlar bu gün evlənir, sabah boşanır. Səncə, ailəni qorumaq üçün yük daha çox kimin üzərinə düşür-kişi, ya qadının?

– Düzdür, bəzən deyirlər müğənnidən ana olmaz. Ərə gedir, boşanır. İnsanlar min cür şərhlər yazıb, az qala topa tuturlar. Bunları oxuyub çox pis oluram. Mən də ailə qurmuşam və ailə quranda həyat yoldaşım bilirdi ki, aparıcıyam, üzdə olan insanam. İlk növbədə ailədə ərlə-arvad arasında böyük inam olmalıdır. O inam hisi varsa, qalanı boşdur. Bu inamı istər kişi və qadın tərəfindən insan özü qazanmalıdır. Ailə quranda həyat yoldaşım dedi ki, sənə inanıram.

– Geyimlərinə müdaxilə edirmi?

– Müdaxilə etmir. Əgər özümü çöldə qoysam, həyat yoldaşım əlbəttə ki, geyimimə müdaxilə edər.

– Qarderobda dekoltelər, mini ətəklər çoxdur?

– Mən qızlıq vaxtımda belə o tərbiyənin yiyəsi olmamışam. Geyimimə fikir vermişəm. Bəzi müğənnilər vardı, ailə qurublar, sonradan onların açıq-saçıq fotolarını ortaya çıxarıblar.

– Bəzi müğənnilər deyərkən?

– Xuraman Şuşalı, Elnarə Xəlilova. Əslində burada eyib heç nə də yoxdur e, insandır şəkil çəkdiriblər də, burada nə var ki… Yəni məndə elə şəkillər də olmayıb kimsə göstərsin ki, Lalə bədənini bayırda qoyub. Ata evimdə yaşadığım vaxtlardan belə şeylərə pis baxmışam.

– Heç qısqanıb, həyat yoldaşının telefonunu yoxlamısan?

– İnanırsınız, səmimi etiraf edirəm, nə mən onun telefonuna baxıram, nə də o mənim.

– Heçmi qısqanmamısan? Ola bilməz ki, telefonuna baxmayasan…

– Nə gizlədim, yeni ailə qurduğum vaxtlarda bir-iki dəfə xəlvət olub. Sonradan isə bu hal bir də təkrarlanmadı.

– Səbəb?

– İnandım. İndi yoldaşım yatanda, telefonu stolun üstündə saatlarla qalır, amma əl vurmuram.

– Hansısa xanımla fotosunu görsən, reaksiyan necə olar?

– Yubkamı çəkərəm başıma. Mən çox qısqancam.

– Bayaqdan inam hissindən danışırdın…

– Kişiyə inam yoxdur.

– Xəyanət etsə, reaksiyan necə olar?

– Hər şeyi bitirərəm. Əvvəldən həyat yoldaşımın qarşısında yeganə şərtim də bu olub ki, mənə xəyanət etsən, hər şey bitəcək.

– Bəzi qadınlar xəyanətə xəyanətlə cavab verməyin tərəfdarıdır…

– Bəzən deyirlər e, əri ola-ola min oyundan çıxır. Mən bunu qadına yaraşdırmıram. Ailə tərbiyəsi olan qadın xəyanət etməz.

– Həyat yoldaşını hansı qadınlara qısqanırsan?

– Heç birinə. Çünki həm vücudca gözələm, həm də məşhur biriyəm. Onu kimə qısqana bilərəm ki… Bir də mənə çatmır e, əgər kişinin normal, gözəl həyat yoldaşı varsa, onu niyə başqa birisinə dəyişməlidir, axı bu düşüncə, bu məntiq mənə çatmır.

– Kompleksli xanımsınız?

– Yox, komplekslərim yoxdur.

    Baxılıb: 2488   Tarix: 06 iyul 2018
f Paylaş

Oxşar xəbərlər

.

Oqtayla Dilarə cütlüyündən ŞAD XƏBƏR - qızı Aytənin toyu olacaq

Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production"ın rəhbəri Oktay Əliyev toya hazırlaşır. Axşam.az-ın məlumatına görə, cütlüyün qızı Aytən ailə qurmağa hazırlaşır. 21 yaşlı Aytənin nişanı avqustun 29-da olacaq

.

Siqaret tüstüsündən yaranan xəstəliklərə son deyin.! Vərərmə, xərçəngə, asmaya son!

MƏHSUL HAQQINDA ƏTRAFLI. Az yaşlıların yanında çəkdiyiniz siqaret tüstüsünün onlara nə qədər zərərli olduğunu bilirsinizmi?Həm ətrafınızı həm özünüzü zəhərləyirsiniz.Xərçəngə,vərəmə yol açan bu mənfi vərdişinizə son qoymağı

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

"Heç kimin altına uzanmamışam" - Təranə görün nəyini satışa çıxardı - FOTOLAR

Azərbaycanlı aktrisa Təranə Əliyeva ilginc qərarı ilə diqqətləri üzərinə çəkib. BİG.AZ xəbər verir ki, istedadlı aktrisa sosial şəbəkə hesabından ali təhsil diplomlarını satışa çıxarıb. Təranə bu qərarını onun istedadın

.

Hamı "Tarqovu"dakı bu qızdan danışır - VİDEO

Bakının mərkəzində qeydə alınan video böyük marağa səbəb olub. Doğum günündə vətənpərvər ifaya qulaq asan gənc qız göz yaşlarını saxlaya bilməyib

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

.

Birlikdə yaşamağa ev axtarırlar - FOTO

Məşhur aktyor Seçkin Özdemir və sevgilisi Demet Özdemir uzun zamandır kirayə ev axtarışına çıxıb. xəbər verir ki, cütlüyün bu axtarışı, "Eyni evdə yaşamaq qərarını aldılar" söz-söhbətinin yayılmasına şərait yaradı

.

Oğlu Brilliantı özündən çıxardı - "Tərbiyəsiz, gəlib o motosikileti yox edərəm"

Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyevin İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub. qafqazinfo-ya istinadən xəbər verir ki, o, motosiklet sürməyini lentə alaraq rəsmi səhifəsində paylaşıb. Caha

.

Könül Kərimovanın növbəti arxiv görüntüləri yayıldı - TANINMAZ HALDA - VİDEO

Əməkdar artist Könül Kərimovanın növbəti arxiv videosu yayılıb. xəbər verir ki, ifaçının əməliyyatsız görütüləri böyük müzakirələrə səbəb olub. Toyların birində lentə alınan video izləyicilər tərəfindən birmənalı qarşılanmayıb

turlar.az

aksessuarlar yemek reseptleri həkim məsləhəti seks hekayələri 2026 kesmikli banan qarın yağları soz ehtiyati artirmaq kosmetika qz eviyçun hakışta xlor lekesi vetene aid atalar sozu burclerin uyumu qizliq perdesi