Karantin dövründə göz xəstəliklərindən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ehtiyatlı olun!

Karantin dövründə göz xəstəliklərindən əziyyət çəkənlərin DİQQƏTİNƏ: Ehtiyatlı olun!Göz xəstəliklərində ən çox əziyyət çəkənlər şəkər xəstələridir.
Milli.Az xəbər verir ki, xüsusilə yaşlı və şəkəri olan insanlar üçün koronavirus olduqca təhlükəlidir. Doktorlar - Şahin Novruzlu və Rəhimə Poluxova görə ani görmə qabiliyyətinin itirilməsindən başqa, digər hallarda şəkər xəstələri xəstəxanaya müraciət etməkdən qaçınmalıdırlar. Gözdaxili iynə və lazer müalicələri davam edən xəstələr də karantin rejiminin bitməsini gözləməlidirlər. Bu dövrdə qan şəkərini tənzimləməklə, gözdəki problemlərin artmasını əngəlləyə bilərlər. Həkimlər kataraktadan əziyyət çəkənlərin gözlərində ani pisləşmə olmadığı müddətcə müayinə və əməliyyatları karantin rejimindən sonra həyata keçirməklərini tövsiyə ediblər:
"Gözlərində axıntı, kirlənmə, sulanma, yanma, batma, göz qapaqlarında və gözətrafı toxumalarda şişkinlik əmələ gələn insanlar isə göz həkimi ilə telefon və ya sosial şəbəkələr vasitəsilə əlaqə yaratmalıdırlar. Təcili sayılan göz xəstəlikləri zamanı (göz almasının travmaları, gözə kimyəvi maddələrin düşməsi, görmə qabiliyyətinin ani və ya qısa zamanda itməsi, ani yaranmış çəpgözlük, göz hərəkətlərində məhdudiyyət, əşyaları iki görmə, göz qapaqlarında ani düşüklüyün əmələ gəlməsi, sinir iflici əlamətlərinin yaranması) isə xəstəxanaya müraciət mütləqdir. Yaxın zamanda və ya uzun müddət öncə hər hansı bir göz əməliyyatı keçirən pasientlərdə hər hansı bir şikayət olarsa, göz həkimi ilə əlaqə yaratmalı, şikayətin ciddiliyinə görə həkim müayinəyə qərar verməlidir".
Həkimlərin sözlərinə görə qlaukoma, yəni qara su xəstəliyindən əziyyət çəkənlər istifadə etdikləri damcılara eyni qaydada davam etməlidirlər. Uveit xəstələri, özəlliklə immunsupressiv müalicə alanlar (prednol, metipted, imuran, sandimum, metotreksat) koronavirusdan ciddi qorunmalıdırlar və həkimləri ilə əlaqə saxlayıb müalicələrində dəyişikliklər barədə məsləhət almalıdırlar. Çünki sadalanan dərmanlar immun sistemini daha da zəiflədir və virusa yoluxma baş verərsə, ağır nəticələr qaçınılmaz hal ala bilər. Eynəkdən istifadə edənlər isə karantin müddətində nə etməlidirlər?
Eynəkdən istifadə edənlərin karantin dövründə görmə qabiliyyətlərində az bir dəyişiklik olsa da belə, əvvəlki eynəklərini taxmaqları məsləhət görülür. Belə ki, Şahin Novruzlu və Rəhimə Poluxova görə eynək istifadə edən uşaqlar, istərsə də böyüklər eynək müayinə vaxtı çatsa vəya görmə qabiliyyətlərində az bir pisləşmə olsa belə, əvvəlki eynəklərini taxmağa davam etməlidirlər:
"Eynək sınarsa və ya görməyə əngəl törədəcək dərəcədə cızılarsa, son eynək resepti ilə eyni eynək almaları tövsiyə edilir. Göz təmasını minimuma endirmək, optik və kosmetik kontakt linza istifadə edənlər kontakt linza istifadəsinə ara verməlidirlər, çünki koronavirus göz təması ilə də yoluxa bilir. Göz tənbəlliyi və çəpgözlükdən əziyyət çəkən uşaqlar isə eynək və qapama müalicələrinə davam etməlidirlər".
Bununla yanaşı, həkimlər bildiriblər ki, göz allergiyası olanlar isə şikayətləri (qaşınma, qızarıqlıq, sulanma) artarsa, əvvəlki müalicə reseptlərinə uyğun damcı alıb istifadə edə bilərlər. Quru göz sindromu olanların isə suni göz yaşı damcılarından istifadə etmələri tövsiyə edilir. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1956   Tarix: 16 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

turlar.az

reseptler geyim necə seçməli geyim və ayaqqabılar balamı sevirəm xina haqqinda melumat maraqli hind filmleri meyveli tort kosmetika hamilelik anabaci novruz bayrami hakisda rus dilin nece orenek cekc pornuxa