Karantində olan insanların ehtiyaclarını qarşılayan vasitə - Hercules
Koronavirus epidemiyasının başladığı Çindəki karantin tətbiqləri əsnasında, bəzi ağır yüklər robotlara əmanət edildi. Bir dəfəyə 1 ton yük daşıya bilən insansız vasitələr, ölkənin şərqindəki Zibo şəhərində 2 ay insanlara ehtiyac duyduqları ərzaqları apardı. Lidar sensorlar, kameralar və ətrafını tanıyan alqoritmlərlə təchiz edilən vasitə, indi dünyanın fərqli bölgələrində xidmət edəcək.
Honkonq Elm və Texnologiya Universitetinin professoru Minq Liu tərəfindən qurulan UDI adlı bir şirkətin hazırladığı vasitə, tam 1 ton yük daşıya bilər.
UDI şirkətinin insansız vasitəsi, market alış-verişlərini, təzə meyvə və tərəvəz kimi məhsulları 2 ay ərzində hər hansı bir insan müdaxiləsi olmadan ünvanlara çatdırdı. Şirkətin qurucusu və vasitənin inkişaf etdiricilərindən olan professor Minq Liu zatən bir çox şirkətin bu tərz insansız daşıma sistemlərinə hazır olduğunu vurğuladı.
Bir başqa Çinli şirkət Alibaba platformasının qurucusu Cek Ma bildirib ki, əgər uyğun infrastruktur qurulsa gündə ən az 1 milyard ədəd yükün bu sistemlərlə daşına bilər. 2016-cı ildə nəşr olunan MakKinzi hesabatına görə 2026-cı ilə qədər nəqliyyat sektorunun 80%-ni avtotonom vasitələr tənzimləyəcək.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq