"Karantini ləğv edən kimi virusun ikinci dalğası qaçılmazdır, bəs bu oyun nəyə lazımdır?"– Koronavirus barədə 5 suala gerçək cavab

"Karantini ləğv edən kimi virusun ikinci dalğası qaçılmazdır, bəs bu oyun nəyə lazımdır?"– Koronavirus barədə 5 suala gerçək cavab"Məndən hələ də bu virusun sonu barədə soruşurlar. Virus yoxdur deyirlər. Bəzi suallara cavab verməkdən yoruldum. Koronavirus barədə hamınızı maraqlandıran əsas suallara, məsələlərə gerçək bildiyim faktları və fikirlərimi toplayıb yazıram. Virus var, bunu heç kim dana bilməz".
Milli.Az medicina.az-a istinadən bildirir ki,  bu açıqlamanı Vyetnamda monitorinq və social araşdırma bürosu olan, Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edən, bir çox Şərq dövlərində ofis nümayəndəliyi olan,rusiyalı mütəxəssis Marina Doye bildirib. Əslində Vyetnamda yaşayan qadın hazırda Tailandda karantinə görə qalıb.
Onun son günlər bütün social şəbəkələrdə ildırım sürəti ilə yayılan analizini təqdim edirik:
"Virus var, epidemiya var, amma bunun ətrafında cərəyan edən çaxnaşma, karantinin arxasında insanların həyatı, sağlamlığı qeydinə qalmaq yox, tamam başqa məqsədlər dayanır.
Mətbuata sanki əmr verilib
Kütləvi informasiya vasitələrini izləyin, baxın ki, hətta kiçik rəsmi və ya qeyri rəsmi informasiyanı necə dəhşətli dərəcədə təqdim edirlər. Ölümlər haqqında xəbərlər iri hərflərlə, qara haşiyədə, sanki nekroloq kimi yazılır.
İtaliyada 89 yaşlı ər-arvadın koronavirusdan ölümü elə xırda detallarına kimi təsvir olunur ki, sanki cavan oğlan xərçəngdən ölüb.
Bir bloger isə instagramda küçəsində yaşlı ər-arvadın ölümünə sanki ağı deyir. "Əvvəl ər öldü, sonra arvadı. Onların yaşadığı evin yanından keçməyə qorxuram. Evin divarını təzəlikcə rəngləmişdilər. Yazıqlar"....
Başa düşmürəm, bu bloger bu vaxta kimi məhəlləsində hər ölən üçün belə ağı deyirdi. Bəlkə də bu vaxta kimi qonşuluğunda infarktdan, insultdan ölən 56 yaşlı kişidən xəbərsiz idi. Bəli, ölüm qorxuludur. Hər yaşda. Amma İtaliya, ABŞ mətbuatı bu vaxta kimi hansı xərçəng xəstəsinin ölümünü, son anını, tabunu çəkib təsvir edib. O ölənlər vətəndaş deyildi?
- Bu virusun müalicəsi yoxdur - Hansı qripin müalicəsi var ki. Herpesin, papilomanın müalicəsi varmı? Yox. O zaman niyə koronavirus qabardılır?
- "Filan qədər insan bu gün koronavirusdan öldü" - Virusdan heç kim ölmür, virusun ağırlaşmasından ölürlər. Hansı ki, o insanlar adi bir qrip həmləsindən də gedəcəkdilər. Çünki orqanizmləri bu dərəcədə çöküb.
- "Vaksin çıxan kimi, bəla bitəcək" - Xeyr. Vaksin sağlam insanlara vurulur və o da ömürlük müdafiə deyil. Qrip vaksini də vuranda, həkimlər 100% söz vermir və vaksin vurulan adam qripə yoluxa bilir.
- "Evdə oturun ki, virus azalsın" - İnsanları bir əsr bağlı qapılar arxasında saxlasaz da, onlar çıxan kimi yenidən epidemiya başlayacaq. İstənilən epidemiya bir ölkədə əhalidə həmin virusa qarşı kollektiv immunitet yarandıqdan sonra sönməyə doğru gedir. Bu təbiətin qanunudur. Hazırda 30% insan yoluxubsa, bu rəqəm 70% ə qalxmalıdır. 75% insan koronavirusu keçirib və bundan xəbər tutmayacaq. Amma immuniteti yaranacaq.
Bu gün karantin elan edə ölkələrdə karantini ləğv olunandan sonra epidemiyanın ikinci dalğası başlayacaq. Bunu bilmək üçün alim olmaq lazım deyil. Virus bir ölkədə 70% əhalini haqlamayınsa, əl çəkən deyil.
" İtaliyanın gününə düşmək istəyirsiz?"- Az qala məsələ çevrilib. Bir qorxu misalıdır İtaliya. İtaliya öz əlləri ilə quyusunu qazdı. İşə yaramayan və təhlükəsizlik sistemi olmayan xəstəxanaları daxilində virusu çoxaldıb ətrafa yaydı. İtaliyada virusu bu həddə xəstəxanalar və tibbi personal oldu. Epidemiyanın başlanğıcında minlərlə insanı xəstəxanaya daşıyıb ordaca yoluxdurdular".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1371   Tarix: 16 aprel 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Çinlilər oyanandan sonra bunu edirlər

Çində geniş yayılmış sadə bir səhər vərdişi son vaxtlar digər ölkələrdə də maraq doğurur. xəbər verir ki, bir çox çinli günə çox sadə bir addımla başlayır. Oyandıqdan dərhal sonra bir stəkan ilıq su içir. Suyun temperatur

.

Xərçənglə bağlı çağırış

"Müntəzəm tibbi müayinələr, skrininq proqramlarında iştirak və sağlam həyat tərzinin seçilməsi xərçəng riskini azaltmaqla yanaşı, xəstəliyin erkən mərhələdə aşkarlanmasına və daha effektiv müalicəsinə imkan yaradır"

.

Virusların yayılması artır - Həkim xəbərdarlıq etdi

Hava temperaturunun kəskin dəyişdiyi bu dövrlərdə immun sistemi zəifləyən insanlarda virusların yayılması sürətlənir. Qapalı məkanlarda daha çox vaxt keçirilməsi və kifayət qədər havalandırmanın olmaması isə bu xəstəlikləri

.

Kartof püresi soyuduqdan sonra qızdırıla bilərmi?

Kartof püresi soyuduqdan sonra düzgün üsulla yenidən qızdırıla və istehlak edilə bilər. Qızdırma zamanı aşağı və ya orta dərəcəli odun seçilməsi pürenin konsistensiyasının qorunmasına kömək edir. Ehtiyac yaranarsa, az miqdard

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yanından keçirik, amma şəfasınl bilmirik

Kənd yollarında, boş ərazilərdə çox vaxt fikir vermədən yanından keçib getdiyimiz yabanı bitki əslində təbiətin ən güclü şəfa qaynaqlarından biridir. .  xəbər verir ki, xalq arasında "turşəng" və ya "quzuqulağı"

.

2 peşə sahibi Alzeymerin yanından belə keçmir - ARAŞDIRMA

Harvard Universitetinin apardığı tarixi araşdırma sübut etdi ki, dövrümüzün qorxulu yuxusu olan Alzeymerə qarşı ən güclü qalxan laboratoriyalarda deyil; hər gün tıxacda yol tapan taksi və təcili yardım sürücülərinin beynind

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

40 yaşdan yuxarı şəxslərdə böyrəklərin yükünü azaldan faydalı qidalar

Böyrəklərin bahalı əlavə preparatlara deyil, düzgün seçilmiş gündəlik qidalara ehtiyacı var. 40 yaşdan sonra böyrək funksiyaları gecə sidiyə çıxma və yorğunluq kimi xırda əlamətlərlə fərq edilmədən azala bilər. Dietoloqları

turlar.az

geymler 2026 geyim dəbləri toy makiyaji sekilleri seksual fotolar valideynlərə məsləhət gozalti qaralar ucun maska kosmetika qadin saglamlig aydin sani səməd vurğun qızlıq pərdəsi dostluq