Kardioloq-aritmoloq: Yağlı və duzlu qidalar müxtəlif aritmiyalara səbəb ola bilər

Kardioloq-aritmoloq: Yağlı və duzlu qidalar müxtəlif aritmiyalara səbəb ola bilərAritmiya ürək xəstəlikləri arasında geniş yayılıb, ürək ritminin tezliyinin pozulması ilə xarakterizə edilir. Bir sıra hallarda isə aritmiyaya digər xəstəliklərin simptomu kimi rast gəlinir. Aritmiya, adətən, ürək döyüntülərini idarə edən impulsların işinin pozulması nəticəsində baş verir. Əslində ürək ritmi - onun necə, hansı tezlikdə döyünməsi insanın özü tərəfindən hiss edilməməlidir. Nəzərə almaq lazımdır ki, digər orqanların da, misal üçün böyrək, qaraciyər və s. necə işlədiyi hiss olunmur. Yəni, əgər ürəyin işləmə tərzi, xüsusi döyüntüləri daimi olaraq hiss edilirsə, deməli həmin şəxs aritmiya xəstəsidir. Əlbəttə ki, burada xüsusi anlarda baş verən dəyişikliklər nəzərə alınmır. Misal üçün, həyəcanlandıqda və yaxud da digər emosional vəziyyətlərdə ürək döyüntülərinin hiss edilməsi və ya yatanda nəbzin zəifləməsi normaldır. Yəni, ürək nəbzindəki hər dəyişiklik aritmiya hesab edilmir. Onu da qeyd etmək lazımdır ki, aritmiya nəbzin təkcə sürətlənməsi deyil, həm də zəifləməsidir.
Milli.Az bildirir ki, bu barədə kardioloq-aritmoloq Günay Rəhimova məlumat verib.
Həkim-mütəxəssis qeyd edib ki, ürək dəqiqədə 75-85 dəfə döyünə bilər, lakin bu göstərici yaşa görə fərqlənir: "Uşaqlarda ürək döyüntüləri daha sürətli olur. Bunun səbəbi azyaşlılarda metabolizmin sürətli getməsidir. Uşaqların döş qəfəsinin ön hissəsində onların ürək çırpıntılarının tempini hiss etmək olur. Yaşlılarda isə, əksinə - nəbz yavaşlayır. Bir sıra hallarda ürəyin sürətli döyünməsi adrenalin, ümumiyyətlə hormon dəyişikliyi ilə əlaqəli olur. Həyəcan və digər emosional hisslər zamanı yaranan aritmiya uzun müddət davam edə bilməz. Ona görə də belə narahatlıqlar müvəqqətidir və zamanla düzəlir.
Aritmiyanın simptomları fərqlidir. Bəzi xəstələr qeyd edirlər ki, ürəyim tez-tez vurur, sonra dayanır, bəziləri isə nəbzinin vurmadığını hiss etdiyini deyir. Bir qrup xəstə isə aritmiyanı təngnəfəslik hesab edir və yaxud da uzananda boğulma hiss etdiklərini deyir. Yəni, aritmiya ilə bağlı şikayətlər çox fərqlidir. Hətta bəzi hallarda aritmiya döş qəfəsindəki ağrılarla müşayiət edilir. Ürək döyüntüləri, həmçinin bir sıra digər xəstəliklərlə əlaqədar da arta bilər. Misal üçün, zob xəstəliyi, anemiya, mədə-bağırsaq sistemində müşahidə edilən dəyişikliklər, ifrat köklük, infarkt və digər xəstəliklər ürək ritminin artmasına və ya aritmiyaya səbəb ola bilər".
G.Rəhimova, həmçinin qidalanma və idmanın ürək xəstəliklərinə təsirindən danışıb. Qeyd edib ki, ifrat dərəcədə çox yemək, o cümlədən yağlı və duzlu qidalar müxtəlif aritmiyalara səbəb ola bilər: "Ona görə də ürək xəstəliklərindən əziyyət çəkənlər sağlam qidalanmağa üstünlük verməlidirlər. Həmçinin müxtəlif idman hərəkətləri də ürəyə xeyirdir. Amma birdən-birə saatlarla idmanla məşğul olmaq ürək döyüntülərini kəskin artıra bilər. İdman hərəkətlərinin sayını və müddətini yavaş-yavaş artırmaq lazımdır. Valideynlər də bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. Uşaqlarını idmanla məşğul olmağa göndərməzdən əvvəl onları müayinədən keçirməldirlər, çünki bir sıra xəstəliklərlərdən əziyyət çəkən uşaqlar idmanla məşğul ola bilməz. Misal üçün, ürəyində dəliyi olan və yaxud da ürək divarları qalın olan uşaqlara idmanla məşğul olmaq tövsiyə edilmir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1068   Tarix: 24 yanvar 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qaşların formalari hamiləlik aksessuarlar yay geyimleri faydalı məlumat toy ideyalari hepatitlər kosmetika banan video balıq muellim seiri burclər