Kardioloq: ürək-damar xəstələri koronavirusu daha ağır keçirirlər

Kardioloq: ürək-damar xəstələri koronavirusu daha ağır keçirirlərİnsanın yanaşı xəstəliyi nə qədər ağırdırsa, həmin xəstənin COVID-19-a yoluxduqda ağırlaşma riski də o qədər çoxdur. Yanaşı xəstəliyi nəzarətdə olan xəstələrin infeksiyanı daha yüngül keçirməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu, 100 faiz zəmanət verdiyimiz məsələ deyil. Bəzən xroniki xəstəliyi stabil saxlanılmış xəstənin həyatını xilas etmək mümkün olmadığı kimi, ciddi risk daşıyan xəstəni də fəsadsız sağaltmaq mümkündür. Təbii ki, bu, yalnız 2 faiz hallarda özünü doğruldur. Ürəyində protez qapaq olanlar, ağır ürək çatışmazlığından və anadangəlmə ürək qüsurlarından əziyyət çəkənlərdə koronavirusun gedişi daha ağırdır. Son mərhələ ürək çatışmazlığından əziyyət çəkən xəstələrin virusa yoluxma riski yüksəkdir. Digər ürək-damar xəstələri virusa tez yoluxmurlar, sadəcə olaraq, onlar yoluxduqları zaman xəstəliyi daha ağır keçirirlər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssisi, invaziv kardioloq Fərid Əliyev nazirliyin instaqram səhifəsində "Ümumdünya Ürək Günü" mövzusundakı çıxışı zamanı məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, yanaşı xəstəliyinin olub-olmamasından asılı olmayaraq hər kəs COVID-19-dan qorunmağa çalışmalıdır: "COVID-dən sadə yollarla - əlləri yumaq, tibbi maska istifadə etməklə qorunmaq mümkündür. Guya koronavirusdan qorunmaq məqsədilə profilaktik dərman istifadəsinə ehtiyac yoxdur. Bəzən xəstələr lazımsız yerə müxtəlif qrup vitaminlər qəbul edirlər. Bu, yanlışdır. Orqanizmdə çatışmayan vitaminlərin qəbulu kifayətdir. Vitamin olduğuna görə təhlükə səslənmir, amma nəzərə almaq lazımdır ki, hər şeyin çoxu ziyandır. Misal üçün lazım olandan çox B qrupu vitaminləri qəbul etmək onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Təəssüf ki, bu gün ölkədə həkim nəzarəti olmadan D və B vitamini qəbul edənlərin sayı artıb. COVID-19-dan qorunmaq üçün sadəcə peyvənd vurdurmaq və qızıl qaydalara riayət etmək lazımdır".
F.Əliyev, həmçinin qeyd edib ki, dünyada, eləcə də Azərbaycanda ölüm səbəblərinin əsasını ürək-damar xəstəlikləri təşkil edir: "Qeydə alınan ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəliklərinin payına düşür. Hesablamalar 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin birinci yerdə qərar tutacağını, daha sonra isə onkoloji xəstəliklərin önə keçəcəyini proqnozlaşdırır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 989   Tarix: 31 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

qis geyimləri 2026 aksessuarlar hamiləlik elme aid atalar sozleri pol breqq cantalar 2026 masqalar kosmetika seksler maya maskasi veten haqqinda atalar sozu klitor nizami gəncəvi