Kartof dilimlərini soyuducuda saxlayın, sonra..

Kartof dilimlərini soyuducuda saxlayın, sonra..Gündəlik iş stressi, zərərli vərdişlər, atmosfer çirkliliyi dərimizə mənfi təsir edir. Nəticədə isə dəridə qüsurlar yaranır. Bu qüsurlar isə xanımı kompleksə salır. Bəs qüsursuz dəri üçün nə edə bilərik? Xanim.az ailem.az-a istinadən xanımlara məsləhətləri təqdim edir.

Üzünüzü gur, təzyiqli su ilə yuyun. Bu şəkildə duş qəbul etmək də dəri stressini azaldır.

Ayaqlarınızın barmaq ucları üzünüzə siqnal göndərir. Alnınızda yaranacaq qırışların qarşısını almaq üçün ayaq barmaqlarınızın üst qisminə müntəzəm aralıqlarla möhkəm basın.

Üzünüzü həftədə iki dəfə kremləyərək 5 dəqiqəlik masaj edin. Bunun üçün dairəvi hərəkətlərlə çənədən yanaqlara, alnın ortasından kənara doğru, burun yanlarından alnın ortasına doğru enib qalxaraq masaj edin. Ağzınızın ətrafını yuxarı doğru hərəkətlərlə ovun.

Hər gecə saat 24.00-dan əvvəl yatın. Bədənimiz ilk yuxu saatlarından gecə yarısına qədər böyümə hormonları ifraz edir. Bu hormonlar isə hüceyrə yenilənməsini hərəkətləndirir.

Yanaqlarınızın dərisini gərginləşdirmək üçün gimnastik hərəkətlər etməlisiniz. Bunun üçün ağzınızı bağlayın, yanaqlarınızı içəri doğru çəkdikdən sonra əllərinizin yardımı ilə yavaş-yavaş üzünüzü dartın.

Kollagen təbəqəsini hərəkətə keçirmək üçün 250 qram pomidor, qabığı soyulmuş yarım limon və bir yerkökü qatı meyvə pürəsi halına gətirin, bir damcı zeytun yağı və bir miqdar yod duzu əlavə edin. Bu maskanı üzünüzə çəkin.

Göz bəbəyi istiqamətində göz altındakı sümüklərin üzərinə ən az 5 saniyə basın.

E vitamin tərkibli kremlər hüceyrələrin gərilməsini azaldır. E vitamini dərini ultrabənövşəyi şüaların, nikotinin yaratdığı sərbəst radikalların mənfi təsirindən qoruyur.

Dəriniz üçün kompres də edə bilərsiniz. Belə ki, dörd damcı limon, iki damcı sərvi ağacı, ardıc ağacı yağını, iki litr qaynar suyun içinə tökün. Şəxsi üz dəsmalınızı bu qarışıma batırıb üzünüzə qoyun.

Kartof masajı dərinizi təzələyir və rahatladır. Əvvəlcə kartof dilimlərini 10 dəqiqə soyuducuda saxlayın. Dərini təmizlədikdən sonra soyulmuş kartof dilimləri ilə üzünüzə masaj edin. 15 dəqiqə boyunca kartofu üzünüzdə saxlayın. Suyu dərinizə təsir etdikdən sonra üzünüzü yuyun.

Oksigen maskasına da müraciət edə bilərsiniz. Hüceyrələr 10 dəqiqə içində oksigenlə zənginləşir. Nəticə olaraq dəri təzə və sağlam görünüşə qovuşur.

Narıncı işıq hüceyrələri canlandırır, mavi oksigen qəbulu artırır, sarı dərini ölü hüceyrələrdən təmizləyir. Rəngli işıq müalicəsini ancaq gözəllik mərkəzlərindən əldə edə bilərsiniz.

Xəbərlər     Baxılıb: 2119   Tarix: 16 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

turlar.az

makiyaj instagram qadin dunyasi qis geyimləri 2026 bolqar biberinin faydasi vətən bayatıları quru yemekler nişan və evlilik kosmetika novruz bayramina aid hakistalar saglam qidalanma baliq burcu novruza aid hakistalar vətənə aid atalar sözləri