Kartoflu omlet (8 ay +)

Kartoflu omlet (8 ay +)Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurta və ya yumurta tərkibli qidaları yedikdən bir neçə dəqiqə və ya saatlar sonra, dəridə qızartı, qusma və ishal ilə ortaya çıxır. Yumurta yaxşı bişməyibsə, yumurta tərkibində ola biləcək salmonella bakteriyası insana ötürülə bilər. Buna görə də yumurtanın yaxşı bişirilməsinə diqqət edin.

Körpələrə, yumurta sarısını 1 çay qaşığı yedirməkmə başlanır və hər gün bir qədər artıraraq, həftənin sonunda bir yumurta sarısı verilə bilər. Hər şey normaldır və körpəniz yeyə bilərsə, heç bir problem yoxdur. Həkiminizlə məsləhətləşdikdən sonra 8 aydan əvvəl və ya sonrakı aylarda da yumurta sarısını verə bilərsiniz. Bu, körpənizin vəziyyətindən, inkişafından, allergiyaya olan həssaslığından asılı olaraq dəyişə bilər.

Dəyişiklik olaraq, körpənizə səhər kartoflu omlet yedirə bilərsiniz. Unutmayın ki, yumurtanın yalnız sarısını istifadə edəcəksiniz. Kartof yumşaq və yeməli olmalıdır. Ümumiyyətlə, kartoflu omleti 8 aylıq və ya daha sonra olan körpələr üçün uygundur.

Kartoflu omlet üçün lazım olan inqridiyentlər:

· 1 yumurta sarısı;

· 1 kiçik kartof;

· 1 çay qaşığı "Zeytun bağları" zeytun yağı;

· 1 xörək qaşığı duzu alınmış ağ feta pendiri (duzunun alınması pendir əvvəlcədən suda saxlanılır);

· 1/2 çay stəkan su.

Kartoflu omletin hazırlanma qaydası:

Kartof yaxşı yuyulur, soyulur və çox xırda doğranılıb, bir qədər kraxmalı çıxması üçün suda saxlanılır. Kiçik qazana 1/2 çay stəkan su və sudan götürülən doğranmış kartof qoyulub, yumuşalana qədər bişirilir. Kartof yumşaldıqda bir qədər suyu süzülür və üzərinə zeytun yağı və feta pendiri əlavə olunub, qarışdırılır. Kartofları bir qədər əzə bilərsiz. Daha sonra yumurta sarısı ağdan ayrılır. Yumurta sarısı kartofa əlavə olunur və qarışdırılır. Yumurta təxminən 3- 4 dəqiqə bişiriləcəkdir. Bişdikdə ocaqdan götürülür və ilıq halda körpənizə verə bilərsiniz.

Sağlam qida     Baxılıb: 8118   Tarix: 20 fevral 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığ

.

Zeytun yağlı Ukrayna salatı-RESEPT-VİDEO

Zeytun yağlı Ukrayna salatı-RESEPTi. Tərkibi:. 200 qr. qırmızı lobya . 1 baş qırmızı soğan. 2 badımcan. Cəfəri. Duz. İstiot. Qızartmaq üçün bitki yağı. Hazırlanması:. 1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanı

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_17935719112045954316ae7bc47ad66.setup"flashplayer"

.

Qarabaşaq şorbası (1 yaş +)

Mütəxəssislərin fikrincə, qarabaşağın insan orqanizmi üçün saysız-hesabsız faydaları var. Qarabaşaq fosfor, dəmir, kalsium, maqnezium, mis, kükürd, yod, sink, nikel, ftor, natrium, titan, dəmir kimi mikroelementlərlə, A

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Balqabaq kotleti (9ay+)

Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium

.

"Zeytun Bağları" ilə hazırlanmış Humus- VIDEO

Resept:. -300 qr bişmiş təmizlənmiş noxud . -1 x.q. tahini . -1/4 fincan zeytun yağı. -2 x.q. limon şirəsi. -duz -istiot . -1/3 fincan soyuq su. Nuş olsun!

turlar.az

yay geyimləri 2026 geyim dəbləri kosmetika mehsullari kişi xəyanəti kişi psixologiyası 2026 qadın ayaqqabı modelləri ana və uşaq kosmetika sağlıq bakire xerceng kondom nedir dieta