Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası (10 ay+)Əriştəli toyuq şorbası (10 ay+)

Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər. Çünki toyuq ətini yemək asandır. Buna görə də iştahsızlığın olduğu bir xəstəlik zamanı toyuq bulyonu ilə hazırlanan yeməklər uşaqlara hətda böyüklərə də tövsiyə olunur. Bundan əlavə, qrip olan insana bol maye içmək vacib olduğu halda şorba bu kimi hallarda köməyə yetişən bir yeməkdir. Toyuqun müxtəlif yerlərindəki ətin xüsusiyyətləri də fərqlidir. Məsələn, zülal əsasən döş ətində, yağ isə boyun bud və s. hissədə cəmlənir. Zülal və yağ tərkibi baxımından əhəmiyyətli bir üstünlüyə sahib olan toyuq əti, xüsusilə dəmir, fosfor və B qrup vitaminlərinin yaxşı mənbəyidir. Bişmiş toyuq ətinin qidalandırıcı dəyəri, yenidən qızdırmaqla biraz daha azalır. Təkrar istiləşmədən çəkinin, mümkün qədər uşaq üçün bişirdiyiniz toyuq ətini bişdiyi gündə yedirməyə çalışın.

Əriştəli toyuq şorbası üçün inqridiyentlər:

· Toyuq döş ətinin yarısı,

· 1/2 fincan əriştə,

· 2-3 budaq cəfəri,

· 1 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· 1 kiçik kök,

· 5 stəkan su.

Əriştəli toyuq şorbasının hazırlanması:

Dəridən təmizlənmiş və yaxşıca yuyulmuş toyuq əti qazana qoyulur və su əlavə olunur. Orta istilikdə 30 dəqiqə bişdikdən sonra toyuq əti sudan çıxarılır. Toyuq əti didilib, kiçik parçalara kəsilir. Bu vaxt, əlavə tavada zeytun yağı ilə incə doğranmış və ya rəndələnmiş kök orta istilikdə 3-4 dəqiqə bişirilir. Qaynayan toyuq bulyonuna bişmiş kök, didilmiş toyuq, bütöv halda cəfəri və əriştə əlavə olunur. Orta istilikdə 10 dəqiqə bişirilir. Əriştə bişirildikdən sonra ocaqdan götürülür. Qoyduğunuz bütöv cəfəri yeməkdən götülür.

Körpələr üçün şorbanı əl blendirindən keçirib, verə bilərsiniz. Körpəniz xəstədirsə, iştahsızdırsa, yeməkdə çox çətinlik çəkirsə, blenderdən çox xırda keçirə bilərsiniz. Əks halda yeməyi çox xırda keçirməyə ehtiyac yoxdur.

Sağlam qida     Baxılıb: 36579   Tarix: 16 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kabaçki omleti (1 yaş +)

Əgər, körpəniz ilə səhəri dadlı və faydalı yemək ilə başlamaq istəyirsinizsə, bu sadə reseptə diqqət yetirin. Tədqiqatlar göstərir ki, qidalar arasında ən keyfiyyətli protein yumurtadadır. Ümumiyyətlə, yumurtanın sarısı ço

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir. Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir

.

Cücə salatı-Video

Cücə salatı-Video

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

turlar.az

hamiləlik kosmetik vasiteler makiyaj instagram bir yaşına qədər körpələrə qulluq uşaq dünyası arıqlamaq qaydaları sizanaqlara qarsi resept kosmetika həmidə heyati kökəlmək üçün kondom nedir rus dilini öyrənək 2 ci dərs