Brokoli ilə toyuq kotleti (1+)

Brokoli ilə toyuq kotleti (1+)Brokoli ilə toyuq kotleti (1+)

Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki və zehni inkişafı üçün zəruri olan qidalardan biridir. Zülal, niyə bu qədər vacibdir?
Böyümə və inkişaf, bədən hüceyrələrinin sayının artması ilə baş verir. Bədən hüceyrələrinin əksəriyyəti zülaldan ibarətdir və bu hüceyrələr daim dəyişir və yenilənir. Bədən kifayət qədər zülal almırsa, məhv edilmiş hüceyrələr yenilənmir.
Uşaqlarda zülal ehtiyacı yalnız toxumaların yenidən qurulması üçün deyil, həm də yetkinlərdə olduğu kimi bədənin böyüməsi və inkişafı üçün vacibdir. Buna görə uşaqlara gündəlik ehtiyaclarına uyğun keyfiyyətli zülal verilməlidir. Heyvan mənşəli zülallar keyfiyyətli zülallardır.
Yetərincə zülal, vitamin, mineral və Omega yağ turşuları qəbul etməyən uşaqlarda görülən əks təsirləri:
Böyümə və inkişaf yavaşlayır.
Tez-tez xəstələnir və sağalma prosesi daha uzun sürür.
Zehni inkişaf yavaşlayır, dərslərdə uğursuzluqlar müşahidə edilir.
Saç, dəri, dırnaq kimi toxumalar sağlam olmur.
Bədəndəki orqanlar vəzifələrini yerinə yetirmədikdə, pozulmalara məruz qala bilir.
 Aktiv həyatda enerjisizlik, yorğunluq və halsızlıq müşahidə edilir.
Toyuq əti proteinlə zəngin qidalardan biridir. Yağsız hesab olunan toyuq ətini çeynəmək və həzm etmək də asandır. Toyuq əti bol miqdarda istehlak edilə bilən ən vacib zülal mənbələrindən biridir. Bundan əlavə, toyuq əti yüksək bioloji əhəmiyyətə malikdir və B vitamini, dəmir, sink və fosforla da zəngindir.
Brokoli ilə toyuq kotleti üçün inqrediyentlər;
200 qram toyuq filesi,
100 qram brokoli,
1 ədəd kiçik soğan,
1 ədəd yumurta,
1 xörək qaşığı un,
3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
İstəyə görə duz.
Sous üçün;
3 xörək qaşığı xama,
1 çay qaşığı quru narın və ya xırda doğranmış şüyüd.
Brokoli ilə toyuq kotletinin  hazırlanması.
Toyuq filesi yuyulub, salfet ilə qurudulur. File, brokoli və soğan ət çəkən maşınından çəkilib, yumutra, un, duz əlavə edilib, qarışdırılır. Əllərinizi su ilə yüngülcə isladın və eyni böyüklükdə kotletlər hazırlayın. Yapışdırmayan tavada yağı qızdırıb, hazırladığınız kotletləri tavaya düzüb, qağağı bağlı şəkildə 10-15 dəqiqə kotlətlərin hər iki tərəfini qızardın. Sous üçün xama və nanə qarışdırılır. Hazır kotletləri körpənizə sous ilə verə bilərsiniz. Nuş olsun!

Sağlam qida     Baxılıb: 36883   Tarix: 21 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

Meyvə qurusu alarkən nələrə diqqət etməli?

Meyvə qurusunu necə seçməli?. Dietoloqlar həmişə quru meyvələrin faydalarından danışırlar. Birincisi, onun tərkibində sellüloz maddəsi var ki, bu da həzmi və maddələr mübadiləsini yaxşılaşdırır. İkincisi, tərkibindəki vitami

.

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı-Video

"Zeytun Bağları" ilə hazırlanmış Toyuq salatı. Resept:. -300 qr toyuq filesi. -yarım yaşıl bolqar bibəri. -yarım qırmızı bolqar bibəri. -yarım sarı bolqar bibər. -1 ədəd xiyar. -1 balaca banka konserv göbələk. -

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

turlar.az

hamilelikde qidalanma yemek reseptleri sac duzumleri qas duzeltme kişi xəyanət edərsə 2026 ci ilin debi yay donları kosmetika penis qızlıq pərdəsi sperma buga burcu hakista