Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratın yüksək miqdarı, manna yarmasının yaxşı bir enerji mənbəyi olmasına bir işarətdir. Xüsusilə, inkişaf mərhələsində olan uşaqların qidalanması tövsiyə olunur.

Maqneziumla və liflə zəngin olan bu qida insana doyumluluq hissi verir. Bundan başqa, tərkibində çoxlu dəmir mineralları da vardır. Dəmir anemiyası olanlar üçün vacib bir mineraldır. Dəmir sayəsində qan içində oksigen daşıyan hemoglobin daha təsirli işləyir.

Manna yarması, həmçinin ürək və böyrək sağlamlığı üçün çox faydalıdır. Manna yarmalı tərəvəz şorbası qış ayları üçün çox gözəl bir reseptdir. Körpənizdə qaz problemi varsa, bu şorbanı içirdikdən sonra yatmaq əvəzinə körpənizi oyaq saxlayıb, hərəkətdə olmasına şərait yaradın. Beləliklə, körpəniz qazını rahatlıqla çıxaracaqdır.

Manna yarmasının bu qədər faydalı olmasına baxmayaraq, onu əks göstərişləri də vardır. Buna görə də, mütəxəssislər manna yarmasını ən azı həyatının ilk ilinə qədər olan körpələrə tövsiyə etmirlər. Bir ildən sonra, bağırsağın normal işləməsinə və ferment sisteminin yetkin olmasına baxmayaraq, bu qidanı tədricən körpə menyusuna (ən çox həftədə bir dəfə olmaqla) daxil edilə bilər.

Manna yarmalı şorba üçün inqrediyentlər:

· 1 kiçik kasa qədər gül kələm (100 qr),

· 1 ədəd yerkökü,

· 3 xörək qaşığı manna yarması,

· 1 stəkan su,

· 1 çay qaşığı "Zeytun Bağları" zeytun yağı.

Manna yarmalı şorbanın hazırlanma qaydası:

Qazana təmizlənmiş doğranmış yerkökü, gül kələmi, su və manna yarması əlavə olunur və tərəvəzlər yumuşana qədər qarışdırılaraq, bişirilir. Tam bişirildikdən sonra əl blendirindən keçirib, 1 çay qaşığı zeytun yağını əlavə edin. Şorbanı körpənizə ilıq şəkildə verə bilərsiniz.

DİQQƏT: Bu şorbanın, 1 yaşdan yuxarı uşaqlar üçün daha dadlı olması üçün içərisinə soğan, bir çimdik duz və limyon əlavə edilə bilər.

Sağlam qida     Baxılıb: 7531   Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Brokoli ilə toyuq kotleti (1+)

Brokoli ilə toyuq kotleti 1. Uşaq qidasında toyuq əti yüksək zülal dəyəri olan qidalardan biridir. Bir sözlə, toyuq əti uşağın sağlam böyüməsi, məktəb həyatında uğur qazanması və aktiv həyatında tez yorulmaması, fiziki v

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Balqabaq kotleti (9ay+)

Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığ

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

turlar.az

sac duzumleri həkim məsləhəti adlarin menasi ayaq dirnaqlarina qulluq oxsamalar gözəl xanım spiral kokeldirmi kosmetika rus dili baliq vidyolar birlik arxadan olmaq