Balqabaq kotleti (9ay+)

Balqabaq kotleti (9ay+)Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium, fosfor və C, A, E, K vitaminlərini, folat və riboflavin kimi minerallarını ehtiva edir. Körpələr üçün hazırlanan balqabaq yeməkləri, daha böyük uşaqlarınıza da asanlıqla verə bilərsinis. Yalnız daha böyük uşaqlar üçün bu cür yeməyi təqdimatlı hazırlasaz, uşağın yeməsini asanlaşdıracaq, çünki onlar artıq ferqli dadlar dadıblar və maraqlı təqdimatlı balqabaq yeməyi onları yeməyə sövq edə bilər.

Balqabağın uşaqlara faydaları:

· Anemiyanın qarşısını alır.

· Balqabaq çox güclü bir antioksidandır.

· Allergik reaksiyaların qarşısını almağa kömək edir.

· Həzmə kömək edir.

· Bağırsağın işini asanlaşdırdığı üçün qəbizliyi aradan qaldırır.

· Sümükləri və dişləri gücləndirir.

· Balqabaq göz sağlamlığını qoruyur.

· Xərçəng xəstəliklərindən qoruyur.

· İltihabı sağaltmağa kömək edir.

Qısacası, balqabağın körpələr üçün faydaları saymaqla bitmir. Əlavə qidalara keçərkən körpənizə verə biləcəyiniz ilk qidalardan biridir. Üstəlik balqabaqdan şorba, püre və desert də edə bilərsiniz.

Baqlqabaq kotleti üçün lazım olan inqrediyentlər;

· 200 qr balqabaq,

· 1 orta ölçülü kartof,

· yarım yerkökü,

· bir qədər şüyüt,

· 2 xörək qaşığı un,

· 1 ədəd kiçik boy soğan,

· 1 yumurta sarısı,

· iki xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· İstəyə görə çox az duz.

Baqlqabaq kotletinin hazırlanması;

Rendelenmiş balqabaq, kortof, yerkökü, çox xırda doğranmış soğan şüyüt, un, duz və yumurta qarışdırılır. Kotlet formasında hazırlanıb, tavada qızmış zeytun yağında evvəl qabağı açıq şəkildə, sonra qapağı bağlı halda az odda qızardılır. Yanında kartof və ya düyü ilə verilə bilər.

Sağlam qida     Baxılıb: 36836   Tarix: 04 mart 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

.

Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariy

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Zeytun yağlı Ukrayna salatı-RESEPT-VİDEO

Zeytun yağlı Ukrayna salatı-RESEPTi. Tərkibi:. 200 qr. qırmızı lobya . 1 baş qırmızı soğan. 2 badımcan. Cəfəri. Duz. İstiot. Qızartmaq üçün bitki yağı. Hazırlanması:. 1.Badımcanı soyub orta hissələrə doğrayırıq. Badımcanı

turlar.az

qadin dunyasi geyim seçimi yay geyimləri 2026 qəbizlik 2026 donlari cizgi filmləri küftələr kosmetika hakışta qz eviyçun hakışta vətən həsrəti səməd vurğun qaynana hakista