Noxud şorbası (1 yaş +)

Noxud şorbası (1 yaş +)Dadlı və çox zəngin olan noxud şorbası çoxları tərəfindən sevilən bir yemək hesab olunur. Müxtəlif yaşdakı uşaqlar da bu ətirli şorbadan imtina etməyəcəklər. Lakin onların həzm sistemi noxud yeməklərinin bir çox versiyasının öhdəsindən gəlmək üçün hələ hazır deyil, buna görə də onlar üçün şorbanı xüsusi bir şəkildə bişirmək daha uyğundur. Bu şorbanın bişirilməsi asan, özü isə dadlı və iştahaçandır. Körpə uşaqlar üçün noxud şorbası çox az yağlı bulyonda (dana əti və ya toyuq əti) bişirilir. Şorbanı hazır bulyonda və ya sadəcə təmiz süzülmüş suda bişirmək olar.
Bir yaşından kiçik uşaqlar üçün noxud şorbaları tövsiyə edilmir. İki ilə qədər noxud tədricən verilir. Noxud gecədən yaxşı isladılmalı və miqdarı az olaraq başlanılmalıdır. Yaxşı isladılmış noxud həll bişdiyi üçün körpənin bədəni asanlıqla həzm edə bilir və şorba faydalı olur. Uşaq şorbalarına ədviyyatlar və hisə verilmiş ətlər əlavə etməyin.

Noxud şorbasının hazırlanması üçün inqrediyentlər;
100 qr toyuq filesi,
yarım stəkan quru sarı noxud,
1 ədəd kartof,
1 ədəd kök,
1 ədəd soğan,
2 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
1 litr su,
duz.
Noxud şorbasının hazırlanması.
Noxudu daha sürətli bişirmək və yumuşaq etmək üçün yuyulmuş noxud 2-3 saat suda isladılır. Uşaqlara nahar üçün noxud şorbası hazırlamağı planlaşdırılırsa, noxud səhərdən isladılır. Yuyulub, kiçik kublara bölünən toyuq filəsi qazana qoyub, üzərinə soyuq su əlavə edib, orta odda bişirməyə qoyulur. Yaranan köpük təmizlənməlidir. Bütün köpük çıxarıldıqdan və bulyon təmiz olduqdan sonra noxud sudan süzülür və qazana əlavə edilir. Bulyon yenidən qaynadıqda, noxuddan çıxan köpük çıxarılır, az odda qapağı bağlı halda təxminən 40 dəqiqə bişirilir. Şorba çox qaynamamalıdır. Bu zaman tərəvəzlər hazırlanır. Kartofu kiçik kublara, soğan isə 2 hissəyə bölünür. Kök rəndənin kiçik gözündən keçirilir. Noxud tam həll olumuş halda bişdikdə, şorbaya tərəvəzləri əlavə edilir və odu bir qədər qaldırıb, kökdən yığılan köpüyü yığıb və 15 dəqiqə bişirməyə davam edilir. Kortof bişibsə, yarı bölünmüş soğanlar yeməkdən çıxarılıb, yağ və istəyə görə duz əlavə edib, 3-5 dəqiqə qaynadılır. Nəzərə alın ki, duz tökmədən də şorba yeterincə dadlıdır. Nuş olsun!

Sağlam qida     Baxılıb: 36977   Tarix: 29 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığ

.

Zeytun yağlı Göbələk şorbası - VİDEO

Zeytun yağlı Göbələk şorbası. Resept: . -500 qr göbələk . -1 ədəd baş soğan . -200 ml qaymaq . -2 st qaynadılmış su . -2 st süd . -duz . -istiot . -Zeytun yağı . -bəzək üçün şüyüd. Nuş Olsun!

.

Tərəvəz omleti (1 yaş +)

Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməy

.

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər

.

Kartoflu omlet (8 ay +)

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurt

turlar.az

hamiləlik qadın geyimi geyim necə seçməli ana haqqinda atalar sozleri qadindunyasi ana haqqinda atalar sözləri cinsi infeksiyalar kosmetika bedii edebiyyat balıq burcler gozellik baliq burcu