Zeytun yağı xərçəngin qarşısını alır.

Zeytun yağı xərçəngin qarşısını alır.Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübut edilmişdir.Zeytun yağı damarların divarına yapışan pis xolesterolun (LDL) miqdarını aşağı salır, müsbət xasiyyətli xolesterolu isə (HDL) yüksəldir. Qanda laxtalanmanı azaldır, beləcə damarlarda tıxanma riski aşağı düşür. Bundan başqa, zeytun yağı yüksək təzyiqin qarşısının alınması baxımından da müsbət təsir edir. Zeytun yağı istehlak edən şəxslərdə qan təzyiqinin daha aşağı olduğu bilinir.

— Zeytun Yağı Yaşlanmanı Gecikdirir

— Tərkibində E vitaminlərinin yüksək olması hüceyrə strukturlarının qorunmasını təmin edir və hüceyrələrin dağılmasını (ölməsini) yavaşladır. Tərkibindı olan yüksək miqdarda polifenol birləşmələri sayəsində hüceyrənin zədələnməsinin qarşısını alır.

— Zeytun Yağının Həzm Sisteminə Faydası

— Zeytun yağı həzm sistemində yaranan bir çox problemləri (qəbizlik, köp ve.s) aradan qaldırır və həzm prosesini sürətləndirərək, metabolik sürəti artırır. Unutmayaq ki, həzm sistemi (bağırsaq) ikinci beyin sayılır.

— Zeytun Yağı Kökəlməyin qarşısını alır

— Zeytun yağının tərkibində olan böyük miqdarda monodoymamış yağ turşuları və antioksidant maddələr sayəsində artıq çəkinin yaranmasına səbəb olmaz. Çünki monodoymamış yağ turşuları metabolik sürəti çox yüksəkdir

— Zeytun Yağı Tip 2 Diabetin Yaranmasının Qarşısını Alır

— Aparılan bir çox araşdırmada zeytun yağı yeməkdən sonra qanda şəkərin miqdarının artmasının qarşısı aldığı öyrənilmişdir. Davamlı zeytun yağ istifadəsi, orqanizmin insulinə qarşı müqavimətini azaldır. Bu xəstəliyə tutulmaması üçün və ya bu xəstəliyə tutulan insanların zeytun yağının davamlı istifadə edilməsi məsləhət görülür.

— Antioksidant Maddələrin Sayəsində Sərbəst Radikalları Zərərsizləşdirərək Xərçəng Xəstəliyin Qarşısını Alır

— Zeytun yağı antioksidant maddələrlə zəngindir. Belə ki, antioksidant maddələr insan orqanizmi üçün çox faydalı maddələr olub, insan orqanizmin kənar təsirlərdən qoruyur, orqanizmin immun qabiliyyətini yüksəldir, sərbəst radikallara qarşı müqavimət yaradaraq orqanizmi yarana biləcək pis xəstəliklərdən (xərçəng, diabet) qoruyur.

— Müellifdən son söz: Zeytun yağı maye qızıldır, bu qızılın qədrini bilək və mətbəximizdən əksik etməyək.

Tural Babayev
Sağlam Qida Eksperti

Sağlam qida     Baxılıb: 4127   Tarix: 16 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Düzgün qidalanmaq üçün nə lazımdır?

Artıq çəki ilə bağlı problem məni internetdə yaxşı bir pəhriz formulu axtarmağa vadar etdi. Uzun axtarışların sonucunda maraqlı bir məqalə ilə rastlaşdım. Məqalə "Düzgün qidalanmaq üçün nə etmək lazımdır" başlığ

.

Sevilən yerli markaların istehsal edildiyi Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edilib

Ölkənin qeyri-neft sektorunun aparıcı Şirkətlərindən olan "Azərsun Holdinq" ənənəsinə sadiq qalaraq nəzdində fəaliyyət göstərən istehsal müəssisənə ziyarət təşkil edib. Müxtəlif media qurumları və Azərbaycan Kulinariy

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

.

Cücə salatı-Video

Cücə salatı-Video

.

Verməşilli küftə şorbası (1 yaş +)

Körpə qidası bütün digər yeməklərdən və onların hazırlanma texnologiyasından daha fərqlidir. Əlbətdə ki, uşaq qidası həmişə xüsusi olaraq, nəzərdən keçirilməlidir. Uşaq üçün ən uyğun qida məhsulları - asan həzm olunmalı

.

Noxud şorbası (1 yaş +)

Dadlı və çox zəngin olan noxud şorbası çoxları tərəfindən sevilən bir yemək hesab olunur. Müxtəlif yaşdakı uşaqlar da bu ətirli şorbadan imtina etməyəcəklər. Lakin onların həzm sistemi noxud yeməklərinin bir çox versiyasını

.

Balqabaq kotleti (9ay+)

Çoxumuza görə balqabaq tərəvəz ola bilər, ancaq araşdırmalara görə tumu olan hər şey meyvə hesab olunur. Hər halda, balqabaq şirin və duzlu yeməklərdə istifadə edilə bilinən bir qidadır. Dəmir, kalsium, maqnezium, kalium

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

turlar.az

qadın geyimi gözəllik məhsulları yay geyimləri 2026 sac horukleri makiyaj sirləri qəbizlik lobya tursusu kosmetika intim saglam qidalanma vətənə aid bayatılar vətən oxatan