Almalı pankeyk (10 ay+)

Almalı pankeyk (10 ay+)Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkildə yetişən alma verildikdə, onun sümük və əzələ inkişafı üçün çox faydalı olmasını bilməlisiniz. Verilən bir qaşıq alma ilə körpənizin mədə pozğunluğu aradan qalxır. Unutmayın ki, sağlam qidalanan körpənin inkişafında heç bir problem yaşanmır. Almanın, boy uzanmasına çox faydalı olması da artıq hər kəsə melumdur. Bu qədər çox faydalı olan bir meyvə mətbəxinizdən əskik edilməməlidir.

Körpələr alma yeyə bilərmi?

Altı ayı tamam olan körpəyə alma püre şəklində bir çay qaşığı olaraq verilə bilər. Sonra, bir çay qaşığı iki çay qaşığı şəklində artırılaraq verilir. Uşağınıza verəcəyiniz alma gündəlik və təzə olmalıdır.

Alma pankeyki üçün inqridientlər;

· 1 ədəd yumurta sarısı,

· 1 ədəd alma,

· 2 xörək qaşığı su,

· 2 çay qaşığı buğda unu (unun miqdarını konsistensiyaya görə ayarlaya bilərsiniz),

· 2 çay qaşığı "Zeytun Bağları" zeytun yağı.

Alma pankeykinin hazırlanma qaydası;,

Bu yemək üçün almanı iki cür hazırlamaq olar:

Əgər körpəniz ilk dəfə alma ilə tanış olursa, almanı buxarda bişirib, kiçik rendeden keçirə bilərsniz. Əgər körpəniz artıq alma ilə tanış olubsa, o zaman almanı çox xırda süzgəcdən keçirərək, istifadə edə bilərsiniz. Hazırlanmış almaya yumurtanın sarısını, un əlavə edib, yaxşı qarışdırın. Zeytun yağı əlavə olunan tavaya hazırladığımız qarışımı düzüb, ağzı bağlı halda hər iki tərəfəni bişiririk.

Sağlam qida     Baxılıb: 7224   Tarix: 14 fevral 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

Kartoflu omlet (8 ay +)

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurt

.

Zeytun yağlı lobya (1 yaş +)

Zeytun yağlı lobya 1 yaş və daha yuxarı yaşda körpələr üçün uda biləcəyi şəkildə yaxşıca doğranaraq, bişirilib rahatlıqla verə bilinən bir yeməkdir. Təzə lobya həm lif baxımından, həm də vitamin və mineral baxımından zəngindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

.

Zeytun yağı xərçəngin qarşısını alır.

Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübu

.

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı-RESEPT

"Zeytun Bağları" ilə hazırlanmış Feta pendirli qırmızı lobya salatı. Resept:. yarım hissə qırmızı kələm. -3-4 yarpaq ağ kələm. -2 ədəd kök. -1 ədəd yaşıl bibər. -50 qr doğranmış qara zeytun. -30 qr doğranmış qoz

.

Əriştəli toyuq şorbası (10 ay+)

Əriştəli toyuq şorbası 10 ay. Uşağınız qrip olubsa, bu şorbanı menyunuza əlavə etməyi məsləhət ederdik. Toyuq bulyonu, xəstəlik halında ağla gələn ilk yeməkdir. Həkimlər də qrip xəstələrinə toyuq bulyonunu tövsiyə edirlər

turlar.az

kosmetika mehsullari yemek reseptleri qaşların formalari süni mayalanma frans subert haqqinda dəridə səpkilər yuxu pozğunluğu kosmetika novruza aid pizza sevda saglam qidalanma usaq geyimleri