Tərəvəz omleti (1 yaş +)

Tərəvəz omleti (1 yaş +)Kabaçok körpəyə verilən ilk qıdalardan biridir. Yumuşaq toxuma və aşağı alergik quruluşuna görə 6 aydan başlayaraq körpələrə veriləcək ilk qidalar arasındadır. Kabaçok qısa bir zamanda buxarda bişirilir və çəngəlin köməyi ilə asanlıqla əzilir. Kabaçok ilə müxtəlif yemək reseptləri hazırlana bilər. Körpəniz kilolu bir körpədirsə, kabaçok rasionunda asanlıqla yerini ala bilər. Çünki qidalanma dəyəri çoxdur amma daha az kalorilidir. Ancaq körpənizin həzm problemləri olan bir körpədirsə, kabaçoku tanıtmaq üçün səkkiz ayı gözləməyinizdə fayda var.
Körpənizdə ishal problemi varsa, ona kabaçok verməyin. Kabaçok ishalı daha da artıra bilər. Ancaq qəbizliklə qarşılaşmısınızsa, rahatlıqla körpənin menyusuna əlavə edin. Birdə, kaboçukun tərkibində oksalat deyilən bir maddə var ki, böyrək və öd kisəsi problemləri olanlar üçün yaxşı hesab olunmur. Körpənizə kabaçok verməzdən əvvəl həkiminizlə məsləhətləşməniz doğru bir qərar olar.
Unutmayın ki, kabaçok dərhal hazırlanmayacaqsa, onu yumayın. Soyuducuda yuyulmadan saxlayın. Ancaq yemək hazırlayarkən, bol su ilə yumaq lazımdır. Yuyulan kabaçokları soyuducuda saxladıqda daha tez keyfiyyətini itirir.
Kabaçokın faydaları nədir?
A, C, E, K vitaminlərini ehtiva edir.
Maqnezium, mis və dəmir minerallarına malikdir.
Fosfor, natrium və kalsium ehtiva edir.
Lifli bir qidadır.
Faydalarına görə ürək dostu hesab edilir.
Xərçəngə qarşı profilaktikdir.
Sümük inkişafını dəstəkləyir.
Göz sağlamlığının qorunması üçün faydalıdır.
İmun sistemini gücləndirir.
Tərəvəzli omlet üçün lazım inqrediyentlər:
1 yumurta,
3 yemək qaşığı süd,
1 ədəd kabaçok,
100 qr brokoli,
100 qr balqabaq,
3 xörək qaşığı "Zeytun Bağları" zeytun yağı,
Zövgə görə duz.
Tərəvəzli omletin hazırlanması
Balqabaq və kabaçok təmizlənib, rəndədən keçirilir. Brokoli xırda doğranılır. Tavaya zeytun yağı əlavə edib, ilk əvvəl balqabaq qapağı bağlı şəkildə vam odda 5-6 dəqiqə bişirilir. Sonra kabaşok və brokoli əlavə edilib, qapağı bağlı vəziyyətdə 15-20 dəqiqə bişirilir. Tərəvəzlər bişdikdə, zövgə görə duz vurulur. Yumurta südlə yaxşı çırpılıb, tərəvəzlərin üzərinə əlavə edilərək, qapağı bağlı tam bişirilir. Nuş olsun!

Sağlam qida     Baxılıb: 36174   Tarix: 01 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

.

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

Zeytun yağlı tərxunlu toyuq - VIDEO

.

Noxud şorbası (1 yaş +)

Dadlı və çox zəngin olan noxud şorbası çoxları tərəfindən sevilən bir yemək hesab olunur. Müxtəlif yaşdakı uşaqlar da bu ətirli şorbadan imtina etməyəcəklər. Lakin onların həzm sistemi noxud yeməklərinin bir çox versiyasını

.

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti. Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik. Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələm

.

Cücə salatı-Video

Cücə salatı-Video

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Jülyen - VIDEO

Resept:. - 250 qr toyuq döş əti . - 300 qr göbələk . - 2 ədəd orta ölçülü soğan . - 150 qr xama. - 1 x.q un - duz. - istiot . - 200 qr holland pendiri . - Zeytun yağı. Nuş olsun !

turlar.az

makiyaj instagram reseptler toy makiyajlari 2026 cu ilin modasi həyat stili gozalti qaralar ucun maska sanamalar kosmetika efsaneler baldiza aid brusell bakteriyası ekizler ginekoloq