Karyera qızları qarıdır…

Karyera qızları qarıdır…"Evdə qalmış qız" statusu
Cəmiyyət nəzərində "evdə qalmış" rəftarı görən qızlar narahat olurlar. Məruz qaldıqları mənfi rəftar qarşısında bəzən təkliyə qapılan gənc qızlar istəmədikləri kəslərlə evlənmək məcburiyyətində qalırlar. Xüsusilə adətlərin güclü olduğu Şərq ölkələri bu tətbiq ağırlığını daha çox hiss etdirir. Evdə qalma qorxusu erkən yaşda evliliklərin də ən böyük səbəblərindən biridir. Qadınlarla yanaşı kişilər də eyni mənfi baxış tərzi ilə qarşı-qarşıyadır.

Psixoloq Taryel Farizoğlu ilə xüsusilə qadınların gec ailə qurması və buna səbəb olan amillər, eyni zamanda, cəmiyyətin həmin qızlara baxışının psixoloji təsirlərindən danışdıq. Psixoloqun fikrincə, qızların ailə qurmağı təxirə salması sonradan bir çox problemə yol açır: "Bu da təbii haldır. Çünki insanın fiziologiyasından tutmuş bu məsələyə baxışa kimi psixologiyaya bu məqamda mənfi təsir göstərir. Qadınlarda müəyyən tələbatların ödənilməməsi 30 yaşdan sonra hormonal problem yaradır. Hətta güclü orqanizmə sahib qadınlarda da bu problemlər özünü büruzə verir. Zəif orqanizmli qadınlarda isə bu, artıq özünü müxtəlif xəstəliklərlə göstərir".

Kiminsə həyatını müzakirə etmək haqqımız varmı?

Bəs, cəmiyyətimiz gec ailə quran qızlar haqqında xoşagəlməz ifadələr işlətmək haqqını hardan alır? Niyə məhz bunu müzakirə obyektinə çevirməliyik? Bu ki qadınların öz həyatı ilə bağlı qərarlarıdır. Bu müdaxilə hansı təsirləri yaradır? Taryel Faziloğlu bu suallarımıza da aydınlıq gətirdi: "Doğrudur, həmin qadınlar bir tərəfdən də, cəmiyyətin təzyiqinə məruz qalırlar. Belə ki, cəmiyyətin bu məsələyə baxışı, qınağı həmişə qızlarda psixoloji gərginlik yaradır. Bu da onların sinir sisteminə mənfi təsir göstərir. Belə ki, daimi gərginlik onların sinir sistemində boşalmalar yaradır, əsəb pozuntularına səbəb olur. Həmin xanım artıq müəyyən müddətdən sonra əsəbi xarakterli olur, daha kobud davranışlara yol verir. Bu da nəticədə onu ətrafından, iş yerindən, ümumilikdə cəmiyyətdən soyudur. Bununla da həmin psixoloji problemlər böyüyərək stressə, depressiyaya gətirib çıxarır. Bu hal da qadınlarda artıq nəzərə çarpmağa başlayır".

Yanlış düşüncə

Psixoloq onu da əlavə etdi ki, cəmiyyətin düşüncə tərzi hansı düşüncə sisteminə, psixologiyaya sahib olmasından çox asılıdır: "Biz Şərq düşüncə tərzinə malikik. Bizdə fikir yürütmək toplumsal xarakter daşıyır. Bu da cəmiyyətin düşüncəsinə bir yanlışlığın hakim kəsilməsidir. Beləliklə, insanlar özlərinə haqq verirlər ki, hər hansı şəxsi qiymətləndirsinlər və onun haqqında fikir yürütsünlər. Nəticədə də insana cəmiyyətin fikirlərinin təsiri böyük olur. Avropada fərdi psixologiya tərzi üstünlük təşkil edir və heç kim heç kimin şəxsi həyatına qarışmır. Həyatı barədə verdiyi qərarlarda hər zaman haqlı sayılır. Bizim xalqımız da Şərq psixologiyasını tətbiq etdiyindən bu cür problemlər yarana bilir. İnsanları adətən istiqanlı, soyuqqanlı kimi qruplara bölürlər. Biz də ümumilikdə istiqanlı xalqıq və buna görə də ətrafımızdakı insanlara, onların həyatına biganə qala bilmirik. Bundan qaynaqlanaraq da müəyyən fikir bildirməli oluruq".

Deməli, qızların gec ailə qurmasının və ya qarımasının birinci səbəbi sosial azadlıqla bağlıdır. Belə ki, sosial sahədə aktivləşən, ayrı-ayrı işlərdə uğur qazanan bir çox qızların ailə həyatı qurmaq mövqeyi müəyyən qədər zəifləyir. Çünki belə xanımlar düşünür ki, əgər ailə həyatı qursalar, bu, onların karyerasına mənfi təsir göstərəcək. Belə qızlar bir də onda ayılırlar ki, yaş 35-40-a çatıb, ailə isə yoxdur. Bu da cəmiyyətin gözündən qaçmır və maraq obyekti olur.

Digər səbəblər…

Yaranan vəziyyət müxtəlif istiqamətlərdə müzakirə və izah olunur. Ailə məsələləri üzrə mütəxəssislər gənc qızların yaşadığı bu vəziyyəti, qəbilə və tayfa əlaqələrinin davamı olaraq qiymətləndirir. Onların fikrincə, problemin sosioloji tərifini isə əmək bölgüsündə yaşa görə qadın və kişiyə yüklənən rollar şəklində yekunlaşdırır. Müəyyən bir yetkinlik mərhələsindən sonra evlənə bilməyən kişi və qadınların cəmiyyətdə "funksiyası xarab" deyə qəbul edildiyini ifadə edən yetkililər, ənənəvi quruluşda soyun davamının cinsiyyətdəki iş paylaşmasına bağlandığını xatırladır. Bəhs edilən narahatlığın zaman içində "anormalitaya" döndüyünə diqqət çəkən professorlar, xariclənən, təzyiqə məruz qalan və tez-tez görücülərlə həmsöhbət qalan qız və ya kişinin ictimai çarələr axtarışına başladığını yazır. İçindən çıxılmaz bir hala düşən qız və kişinin ətrafda problemli olaraq görülməsi səbəbindən özünə inamlarını itirdiyini izah edən professorlar, "Möhtərəmliyi itirmə narahatlığı, fərdə mənfi təsir edər, depressiya kimi sonsuz bir dövrün içinə salar", – deyə bildirirlər. Cinsiyyət və yaşa söykənən mühakimələr, şəxsin içində olduğu qruplara görə şərh olunmasını tələb edir.

Eyni zamanda, qadın və kişilərdə evlilik yaşının bölgədən bölgəyə dəyişdiyini xatırladaraq Şərqdə 20-25 arasında olan evlilik çağının qərbdə 30-35-ə qədər çıxa bildiyini vurğulayır. Evliliyin qadında ictimai şəxsiyyət və dayaq meydana gətirdiyinə toxunan professorlar, təhsilli və peşələriylə ayaqları üzərində dayana bilən qadınların evlilikdə ictimai təzyiqə daha çox dözə bildiyini dilə gətirir. Məsələnin təməlində ictimai, iqtisadi və mədəni faktorların yatdığını söyləyən mütəxəssislər Şərq ənənə və adətlərində qadının "namus" baxımından evli və müəyyən bir kişinin qoruması altında seçildiyini köçürür. Bəzən maddi imkanların kafi olması bəhs edilən məhdudlaşdırmağı ortadan qaldırmadığını bildirilərək müasir ölkələrdə belə iqtisadi azadlıqların qadınların evlənməsində təyinedici faktor sayıldığını xatırladılır.

Qeyd edək ki, bölgələrdə qızlar erkən yaşda ərə verildiyindən artıq 23-25 yaşlı qızları olan ailələr narahat olmağa başlayırlar. Eyni zamanda, ətrafda da artıq söhbət obyektinə çevrilir və səbəblər axtarılmağa başlanır.

Mütəxəssislər, evliliyi gecikən qadınların yaşadıqları çətinlikləri bu şəkildə açıqlayır: "Niyə evlənmirsən? sualıyla şəxsin günləri əziyyətə çevrilər. Bu davranış psixoloji məhdudlaşdırma və böhranı özü ilə gətirər. Biri ilə evlənmək çox vaxt bəyənilmək mənasını verər. Bu duyğunu yaşamamanın verdiyi fərdi problemlər ortaya çıxar. Nəticədə dəyərsizlik və təklik duyğusu depressiyaya səbəb ola bilər".

Evlənə bilmədikləri üçün problemlər yaşayan qadınlar müvəffəqiyyətli olduqları sahələrdə özlərini göstərməlidir. Mütəxəssislər xanımlara bəzi hobbi və fərdi qabiliyyətlərini sərgiləyərək bu vəziyyətdən xilas olmalarını təklif edir. Sırf evlənmək üçün edilən izdivaclar, yeni məsələləri bərabərində gətirə bilər. Çünki boşanma halında mal paylaşması, uşaq, dolanışıq və şiddət adamda təmir edilməz təsirlər buraxa bilir.

Dəyişik səbəblərdən evliliyini gecikdirən bəzi qadınlar isə illər keçdikcə adamın namizəd seçkisində çətinlik çəkdiyini izah edir. "Hər gün ətrafdan tənqidlər alırıq. Bu bəzən sözlərlə, bəzi vaxt da zarafatla olur", deyə adı gizli qalmasını istəyən «qarımış» bir rəfiqəm belə söylədi.

Niyə?

Bir çox şəxsdən də qızların gec ailə qurmalarının səbəbini soruşduq. Bəziləri bunu şəxsi problemlərin ola bilməsiylə izah etdi. Bəzilərinin fikrincə isə uyğun həyat yoldaşı tapmamaq ola bilər.

Bir çoxlarının rəyinə əsasən, bu, bir sıra sahələrdə Avropaya inteqrasiya etdiyimiz kimi, evlilik məsələsində də onları özümüzə nümunə götürməyimizdən irəli gəlir. Bir çox hallarda karyera ilə bağlı olmasını nümunə gətirdilər.

Həqiqətən də, bir çox qadınlar özlərini işlə, karyera ilə bağlayaraq şəxsi həyatlarına heç fikir vermirlər. Onlar karyera pilləsində addım-addım yuxarı qalxdıqca arxada qalan şəxsi həyatlarını yaddan çıxarırlar. Hər bir addım onların şəxsi həyatlarına bir kölgə salır. Hər bir addımı atarkən qabaqlarına çıxan kişilərdə və ya məhəbbətdə sanki nəyinsə çatmadığını düşünür və ya vaxt çatışmazlığı ucbatından şəxsi həyatlarını qura bilmirlər.

İşdə ilk əvvəl hər şeyin yaxşı getdiyini görərək onlar özlərində bir yüngüllük hiss edirlər. Lakin elə anlar olur ki, adam özünə qapılır, həyatın mənasızlığını, heç bir stimul olmadığını fikirləşərək, həyatını göz qabağına gətirir. Beləliklə, real variantları nəzərdən keçirir, hər bir namizədin üstündən xətt çəkərək "yox" cavabı verir. Ətrafdakıların bu barədə fikirləşməsi, ailə qurmaq vaxtının çatdığı haqqında söhbətlər həmin qadınlara toxunur, bu söhbətdən qaçmağa çalışırlar. Həmin söhbətlərin qarşılığında ancaq bir kəlmə söz deyirlər: "Hələ ki, lazımi namizədi tapmamışam".

Bu söhbətlərdən təngə gələrək bəzən real namizədlərlə əlaqə saxlamağa çalışır, lakin son anda bu fikirdən qaçır, birinci addımı atmaqdan qorxurlar. Beləliklə, bu qadınların günləri illərlə əvəz olunur.

Əlbəttə, bəzi işgüzar qadınlar güclü şəxs axtarmaqla səhvə yol verirlər.

"Ən böyük karyera ailədir"

Müsahibimiz Tariel Faziloğlu bu barədə xanımlara öz məsləhətlərini də verdi: "İstər qadın, istərsə də kişi üçün ən böyük karyera ailədir. Doğru-düzgün ailə qura bilən və o ailədə övlad yetişdirə bilən qadın və ya kişi ən böyük karyerasını qurmuş olur. Karyeraya gəldikdə isə gözəl bir ailə iş həyatına heç bir mane törətmir, əksinə ona bir dəstəkdir. Ailə qurmaqdan çəkinmək lazım deyil. Əsas odur ki, doğru insanla ailə qurasan. Səni başa düşən, hər zaman dəstək ola bilən bir insanla ailə qurmaq vacibdir. Bilirsiz, olur ki, xanımın ailə qurmaq yaşı çatır və özü də ailə qurmaq istəyir, ancaq qarşısına çıxan şəxsi düzgün qiymətləndirmir. Sonra da artıq yaş həddi artdıqca onu başa düşməyən, ona dəyər verməyən bir insanı seçir və onun əsirinə çevrilirlər. Ona görə də zamanında doğru seçim etməkdən çəkinməsinlər".

Xəbərlər     Baxılıb: 2336   Tarix: 30 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Hər siqaret ömrü 20 dəqiqə qısaldır – Həkim AÇIQLADI

Hər bir siqaret insan ömrünü orta hesabla 20 dəqiqə azaldır, yəni kişilərdə 17, qadınlarda isə 22 dəqiqə. xəbər verir ki, bu barədə rusiyalı psixiatr-narkoloq Ruslan İsayev " "ya müsahibəsində bildirib. Onun sözlərin

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Hamamda edilən bu səhv ölümə aparır

Yay aylarında edilən bu xəta ölümə səbəb ola bilər. xəbər verir ki, havanın isti keçdiyi günlərdə çoxları sərinlənmək üçün buz kimi su ilə duş qəbul edir, lakin mütəxəssislər bu üsulun düşündüyümüz qədər təhlükəsiz olmadığın

.

Litri 20 manatdır - Xərçəngi məhv edir

ABŞ-də alimlər zeytun yağının xərçəngə qarşı gözlənilməz təsirini üzə çıxarıblar. xəbər verir ki, Rutgers Universiteti ilə Hunter College-in birgə apardığı araşdırma nəticəsində məlum olub ki, zeytun yağında təbii şəkild

.

Gündə bir qaşıq qəbul edin - Xərçəngdən qoruyur

ABŞ-də aparılan yeni tədqiqat göstərib ki, zeytun yağında olan təbii maddə xərçəng hüceyrələrini cəmi 30 dəqiqə ərzində məhv edə bilər. xəbər verir ki, zeytun yağı ilə bağlı araşdırma Rutgers Universiteti və Hunter College-d

.

Cəfəri bu xəstəliklərin dərmanıdır

Cəfəri antioksidantdır. O, orqanizmdə sərbəst radikalları məhv edən və karbohidrat mübadiləsini yaxşılaşdıran luteolinlə zəngindir. Luteolinin başqa bir faydası onun iltihab əleyhinə təsiridir. Gündə kiçik bir hissə cəfər

.

Bu dərmanları içməzdən əvvəl iki dəfə düşünün - Vacib xəbərdarlıq

Bəzi dərmanların və tibbi prosedurların böyrəklərə "zəhərli" təsir göstərə biləcəyi açıqlanıb. Nefroloq mütəxəssis Dos. Dr. Nadir Alpay xəbərdarlıq edir ki, ağrıkəsicilər, antibiotiklər, kontrast maddələr və bəz

.

Kondisionerlər insan səhhəti üçün hansı fəsadlar yarada bilər?

Yay aylarının gəlişi ilə özünü göstərməyə başlayan qızmar isti və yüksək rütubətli hava  nisbəti kondisionerdən istifadəni artırır. Demək olar ki, hər evdə, iş yerində eləcə də nəqliyyat vasitələrində kondisioner mövcuddur

.

Qarpızdan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır?

Yay aylarının sevilən meyvələrindən biri olan qarpız təkcə dadlı deyil, həm də bədən üçün faydalı vitamin və minerallarla zəngindir. xəbər verir ki, lakin düzgün seçilmədikdə və ya düzgün saxlanmadıqda, qarpızdan zəhərlənm

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az aksessuarlar geyim dəbləri hamilelikde qidalanma hamiləlikdə qidalanma sizanaqlara qarsi vasite kətə reseptləri uz ucun cavanlasdirici maskalar irem derici klitor rus dilini öyrənək maraqli hakistalar xeyanet