Kaş ki, ərim sağ olaydı, yenə məni döyərdi' -VİDEO
Şairə Cığatel İsaqızı "7 canlı" proqramında qalmaqala səbəb olan "Ərim məni döydü, dedim, əllərinə qurban olum" ifadəsindən danışıb.
azxeber.com axşam.az-a istinadən xəbər verir ki, o, həyat yoldaşının sağ olmasını, onu yenidən döyməsini arzulayıb:
"Kaş ki, sağ olaydı, yenə döyərdi məni. Mən də deyirəm ki, qısqanclıqdan, sevgidən qurtulmaq üçün istəyirdim məni döysün. Deyim, əllərinə qurban olum. Yaxşı etmisiz yazmısınız, qıraq adam deyildi, öz dəli kimi sevdiyim həyat yoldaşım idi. Allaha and olsun döyməyin də gözəli olur. Ailədir, içində acısı da, şirini də var. Zarafatdır, içində bir gerçəklik də olur. Mən qısqanc idim. Qohumlar qınayırdı ki, sənət adamısan, qoy, o səni qısqansın. Küsürdüm, ağlayırdım ki, məni qısqan. Mənim bütün işim tərsinədir. Sevgiyə, dostluğa müqəddəs gözlə baxıram. İndi çoxu bilmir sevmək nədir. Sevgini yaşamaq lazımdır. İndiki cavanlar başqadır. Gec cavab verdi, bitdi, deyirlər".









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin