Kazımova müharibədə olmasından danışdı: "Komandir dedi ki, ilk Aygünü vurun" - VİDEO
"Məndə uşaqlıqdan cəbhədə olmaq xəyalları var idi. Düşünürdüm ki, mühasirəyə düşsəm, necə çıxa bilərəm? Nələr fikirləşmişdimsə, başıma gəldi. Mühasirəyə düşmək məqamı da oldu".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Xəzər" TV-də yayıma başlayan "Vaxtı gəldi" proqramının ilk buraxılışında deyib.
Sənətçi Leyla Quliyevanın aparıcılıq etdiyi verilişdə Birinci Qarabağ savaşı zamanı orduya könüllü getməsindən söz açıb:
"Könüllü yazılmamışdım, fürsət düşdü və getdim. Anamla sağollaşmağa gələndə artıq formada idim. Qızım anamın qucağında idi. Gözümə ana, uşaq, səhnə, ailə görünmürdü. Axşam vaxtı idi hərbi hissəyə gedirdik, "Niva" maşınında oturmuşduq. Arxada oturmuşdum, sürücü, komandir var idi. Tapşırılan məqamlardan biri o idi ki, nəsə olsa, birinci Aygünü vuracayıq. Deyirdilər ki, əsir düşməmək üçün onu vurmalıyıq. Artıq bununla barışmışdım. Dağın döşü ilə gedirdik, komandir dedi ki, çox və səhv getdik. O sözləri demişdik ki, ratsiyadan başladı ermənilərin səsi gəldi. Dağdan bir-birilərinə siqnal verirlər. Anladıq ki, vəziyyət yaxşı deyil. Komandir dedi ki, birinci Aygünü vurun. Həmin an anam qucağında qızım gözümün qabağına gəldi (ağlayır). Başladıq geri qayıtmağa, qurtulduq. Belə anlar çox olmuşdu.
Bizim bir gözümüz ağlayır, bir gözümüz gülür. Son azərbaycanlıya qədər, lazım gəlsə, qadınlar da döyüçəcək və Qarabağı alacağıq. Dünya bu baş verənlərə susmamalıdır. Gəncədə olanlara göz yumulmamalıdır. Deyirik ki, koronovirus niyə var? Bu cür haqsızlıqlara kainat dözmür".









Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür