Keçməyən burun axmasının təhlükəli səbəbləri
Keçməyən burun axması müxtəlif səbəblərlə bağlı ola bilər və bəzi hallarda ciddi xəstəliklərdən xəbər verə bilər.
Milli.Az xəbər verir ki, bu barədə qulaq, burun, boğaz həkimi Mazhar Çelikoyar məlumat verib.
Bildirib ki, uzun müddət davam edən burun axmasının ən təhlükəli səbəblərindən biri beyin mayesi sızıntısıdır. Onun sözlərinə görə, bu halda beyinlə burun arasında boşluq yaranır və meningit kimi ağır xəstəliklər ortaya çıxa bilər. Qeyd edib ki, erkən diaqnozla bu problem müalicə oluna bilir.
Həkim burun axıntısının digər riskli səbəbinin burun daxili şişlər olduğunu söyləyib.
Bundan başqa vurğulayıb ki, allergiyalar da keçməyən burun axıntmasına səbəb ola bilər. Gözlərdə və burunda qaşınma müşahidə olunarsa, allergiya ehtimalı nəzərə alınmalıdır.
Bu cür hallarda vaxt itirmədən həkimə müraciət etmək tövsiyə edilir.
Mina Mikayılova
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi