Kəskin prostatit

Kəskin prostatitProstatit kişilərdə cinsiyyət vəzinin çox nadir təsadüf olunan iltihabİ xəstəliyidir. İnfeksiya prostat vəzinə kanalikulyar yolla sidik kanalında, sidik kisəsində iltihab olduqda daxil olur. Təsadüfi hallarda mikroblar irinli-iltihabi ocaqlardan ( frunkul, karbunkul, haymorit, angina, pnevmoniya) keçir. Postat şirəsi bakteriosit təsirə malikdir. Ona görə də vəzidə iltihabi prosesin inkişafı üçün sekretin durğunluğu və venoz stazın yaranması kimi faktorlarn olması lazım gəlir. Bunlar da soyuqdəymə, qəbzlik, həddən artıq alkohol istifadəsi, hipodinamiya zamanı müşahidə olunur. Prostat əksər hallarda stafilokokk, streptokokk, bağırsaq çöpləri, pnevmokokk, göy irin çöpləri, trixamonada tərəfindən törədilir. Gedişinə görə iki cür olur:
1) kəskin prostatit
2) xroniki prostatit
Kəskin prostatit zamanı siyimə aktı ağrılı olur, xüsusən ağrılar gecə müşahidə olunur. Prostat vəzinin sekretinin müayinəsində çoxlu miqdar sekretinin tapılması, selikli-irinli sapların olması müşahidə edilir. Xəstələr aralıqda olan küt, sızıldayıcı ağrılardan və onların cinsiyyət üzvünün ucuna və arxa keçəcəyinə sirayət etməsindən şikayət edirlər. Siyimə aktı tezləşir, ağrılı olur və çətinləşir. Bədən hərarəti 38-39 dərəcəyə qədər artır. Digital-rektal müayinədə prostsat vəzi ölçülərinin asimmetrik böyüməsi, ağrılı olması və bərkiməsi müşahidə edilir. Prostat vəzin müayinəsindən sonra sekretdə çoxlu miqdarda irin sapları və mikroskopik müayinələrdə leykositlər tapılır. Xəstələrdə üşütmə, ümumi zəiflik, susuzluq, iştahanın itməsi, ağrılı sidiyə getmə, defekasiya aktının çətinləşməsi və bəzən hətta sidik tutulması müşahidə olunur.
Diaqnozu:
Kəskin prostatitin diaqnostikası xəstənin anamenezinə, şikayətlərinə əsasən qoyulur. Prostatt vəzin barmaq müayinəsi zamanı böyüməsi və ağrılı olması aşkar edilir, prostat sekretində leykositlərin sayı artır. USM müayinəsi də diaqnostikada böyük rol oynayır.
Müalicəsi:
Kəskin prostatit üçün xəstələrə yataq rejmi tövsiyyə olunur. Pəhrizdə kəskin qıcıqlandırıcı yeməklər rejimdən kənar edilir. Kəskin təsirə malik antibiotiklərlə və ftorxinolonlarla müalicə aparılır. Xəstədə ağrılı siyimə varsa rektal şamlardan istifadə olunur. Aralıq nahiyəsinə qızdırıcı kompres, isitqac və isti vannalar təyin olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1369   Tarix: 30 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

İngiltərədə Menengit B epidemiyası: Bilməli olduğunuz məqamlar

Böyük Britaniya sağlamlıq rəsmiləri Kenterberidə artıq iki gəncin ölümünə səbəb olan bakterial Menengit B epidemiyasını araşdırır. Hazırda təsdiqlənmiş və şübhəli halların sayı 20-yə çatıb.  xəbər verir ki, menengit beyi

.

Ürəyin işini yaxşılaşdıran 6 QİDA

Ürək sağlamlığını yaxşılaşdırmaq və ürək xəstəliyi riskini azaltmaq düşündüyünüz qədər çətin deyil. Pəhrizinizdə kiçik dəyişikliklər və müəyyən faydalı qidaların istehlakı ürəyinizin qorunmasına kömək edə bilər. xəbər veri

.

Gündəlik optimal yuxu vaxtı - Alimlərin YENİ KƏŞFİ

Alimlərin yeni kəşfi düzgün yuxu rejimi haqqında təsəvvürləri dəyişə bilər. 23 mindən çox yetkin insanın iştirak etdiyi genişmiqyaslı araşdırma göstərib ki, optimal yuxu müddəti gündə təxminən 7 saat 18 dəqiqə ola bilər

.

Çox təhlükəli VİRUS: Yeni karantin qapıda

İngiltərədə meningokok infeksiyası ilə bağlı yayılan xəbərlər geniş rezonans doğurub və məsələ artıq yalnız lokal hadisə kimi deyil, daha geniş epidemioloji risk kontekstində qiymətləndirilir. xəbər verir ki, Böyük Britaniyanı

.

Bu suyu içmək məsləhət deyil: tərkibində zərərli bakteriyalar ola bilər

Əgər bir stəkan su uzun müddət masa üzərində qalırsa, onu içməmək daha yaxşıdır. xarici mediaya istinadən xəbər verir ki, masada qalan su təhlükəsiz kimi görünsə də, bir neçə saatdan sonra onun tərkibi dəyişə bilər. Dietoloqla

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Bir porsiya belə təhlükəlidir - Xəbərdarlıq

Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlak

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Qadınlarda "Alzheimer" riski daha yüksəkdir

Alzheimer və demensiya qadınlarda kişilərə nisbətən iki dəfə çox rast gəlinir. xəbər verir ki, alimlər yeni tədqiqatlarda bu fərqə diqqət yetiriblər. Boston Universitetinin tədqiqatçıları 10-dən çox qadının genetik quruluşun

turlar.az

hamilelikde qidalanma geyim necə seçməli geyim seçimi dirnaqlara qulluq maskalari dosabin xeyri toyuq buglamasi 2026 payiz geyimleri kosmetika qogal yutube webnem tovuzlu gozde olar gəncə