Kim-kimə qurban?

Kim-kimə qurban?Dünyada elə bir insan yoxdur ki, nəyəsə və ya kiməsə qurban olmasın.

Kimi Allaha, kimi də Ondan qeyrisinə qurban olur. Qurban – qurb sözündən götürülmüşdür ki, bu da yaxınlıq, yaxınlaşma mənasını verir. Yəni Allah yolunda qurban verən əslində Allaha yaxınlaşmış olur.

Allah bizdən Onun yolunda Ona yaxınlaşmaq üçün dünyada olanların ən yaxşısını verməyimizi deyil, sahib olduqlarımızdan ən çox dəyər verdiklərimizi və ən çox sevdiklərimizi istəyir.

Əgər qurbanlıq insanlığın yaradana hərtərəfli və daimi yaxınlıq vasitəsidirsə, demək onun da tarixi insanlıq qədər qədim olmalı və onunla birgə başlamalı idi.

Tarixdə elə bir dönəm yoxdur ki, orada qurbanlıq olmasın . İnsanda inanc hissi yarandığı ilk gündən onda məqsədə nail olmaq üçün nədənsə keçmə, qurban vermə hissi də yaranmağa başlamışdır.

Kim-kimə qurban?

Qurban insanlığa necə yaxınlaşmağı deyil, kimə yaxınlaşmağı təlqin edir. Çünki hər bir varlığın həqiqi dəyərini onu yaradan və ərsəyə gətirən bilər. Qurbanla Allaha yaxınlaşan insan əslində özünə yaxınlaşmış olur. Çünki şah damarımızdan bizə yaxın olana yaxınlaşmaq yalnız şah damarımıza yaxınlaşmaqla mümkün olur.

Qurban anlayışı

Bu gün biz qurban dedukdə yalnız heyvanın kəsildiyini nəzərdə tutsaq da qurbanın tarixinə nəzər yetirdikdə bunun heç də belə olmadığını görürük.

İnsanlıq tarixinə nəzər saldıqda biz qurbanın yalnız təkallahlıq dinində deyil, bütpərəslik və digər din nümayəndələri arasında da icra olunduğunu görürük. Bu isə şübhəsiz ki, digər dini ayinlərin təhrifə məruz qaldığı kimi, qurbanın da təhrifə məruz qalıb özünün həqiqi rəng və məqsədini itirdiyindən xəbər verir.

Cahaliyyət dövrünün (İslamdan əvvəl) tarixini mütailə etdikdə biz bütpərəst ərəblərin pərəstiş etdikləri çoxsaylı bütlərə qurbanlar kəsib gətirdiklərinin və onların kəsdikləri qurbanlıq heyvanların qanına bulaşdığını görürük. Bu batil ənənə ilə biz qədim dövrlərədə, o cümlədən İbrahim peyğəmbərin (ə) dövründə də qarşılaşırıq. Onun oğlu İsmayılı (ə) qurban kəsməyə hazır olması da bu ənənənin, yəni pərəstiş olunan varlıq qarşısında qurban kəsilməsinin geniş yayıldığından xəbər verir. Lakin İbrahim peyğəmbərin (ə) oğlu İsmayılı (ə) qurbangaha gətirməsi başqa mühüm hadisədən də xəbər verir.
O da bəzi millət və tayfalarda insanların özlərindən olanlardan qurban kəsmələrindən xəbər verir. Bu İlahi sınaqla Həzrət İbrahim (ə) insanlığa Allaha tabeçilik və təslimiyyət dərsini verməklə yanaşı, o vaxta qədər icra olunan bu qeyri-insani ənənənin qarşısını almağa can atır. Allah ən çox dəyər verdiyinə xatir ən çox sevdiyindən keçməyə hazır olan Həzrət İbrahimə (ə), insanlığa və insanların içindən böyük sınaqdan üzüağ çıxan peyğəmbərinə "Xəlil" adını verir. Həzrət İbrahim (ə) bu şərəfə məhz qurban sayəsində nail olur. Hər bir ibadət sahibinə ad qazandıra bilir. Qurban da İbrahim peyğəmbərə (ə) bu möhtəşəm adı qazandırır.

Namazınız qurbandır

Həzrəti Mühəmməd (s) namazın fəziləti barədə bir çox kəlamlar buyurub ki, onlardan biri də "Namazınız qurbandır" hədisidir. Hədisin batini anlamını başa düşmək üçün bir daha qurban barədə yuxarıda deyilənləri nəzərdən keçirmək lazımdır. Yəni insanın qıldığı namazlar yalnız o zaman qurbana çevrilə bilər ki, insan namaza hər şeydən çox dəyər vermiş olsun. Yəni yalnız namaz qılmaqla kifayətlənməyib, namazını yaşasın və onu ən yaxın həmdəminə çevirsin. Bu hədislə yanaşı, biz "Namaz möminin meracıdır" hədisini də xatırlamalı və hər iki hədis arasındakı bağlantının nə qədər güclü olduğunu nəzərdən keçirməliyik. Yəni belə bir dərin düşüncəyə sahib olmaq üçün Peyğəmbər (s) kimi düşünməli, başqalarını da eyni qaydada düşündürməliyik.

Mənbə: "Karvan" dərgisi

Maraqlı     Baxılıb: 2288   Tarix: 24 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

hamiləlik geyim seçimi kosmetoloq meyvələrin faydası balqabaq tumu aybasi tərəvəzlər kosmetika qiz adlari azerb clpaq qadinlari dovsan oğlaq atalar sözləri