Kimə qarpız yemək olmaz?
Qarpızın faydaları hamıya məlumdur. Lakin bəzi pozulmalar zamanı bu giləmeyvə nəinki fayda vermir, hətta insana ziyan vura bilər.
Bu pozulmalar hansılardır?
1. Saglamolun.az bildirir ki, 80%-i sudan ibarət olan qarpız güclü sidikqovucudur. Bu səbəbdən də qarpızın çoxlu miqdarda qəbulu böyrəkləri yükləyir. Böyrəklərində ciddi problemləri olanlar, böyrək daşı xəstəliyindən əziyyət çəkənlər qarpız yeməməlidir.
2. 1-ci tip şəkərli diabet də qarpızın istehlakı üçün əks-göstəriş sayılır.
3. Mədə pozulmaları, ishal, bağırsaq iltihabı zamanı qarpız yemək olmaz.
4. Mədəaltı vəzi xəstəlikləri zamanı (kəskin dövrdə) qarpız ziyan vura bilər.
5. İstənilən mədə-bağırsaq xəstəliklərinin kəskin dövründə qarpız xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər.
6. Uşaq və hamilə qadınlar xüsusilə diqqətli olmalıdır. Qarpız tez-tez zəhərlənməyə səbəb olur və həmçinin onun tərkibində nitratlar ola bilər.
Bundan əlavə qarpızı yeməkdən dərhal sonra, acqarına və axşam saatlarında yemək olmaz. Mütəxəssislər qarpızı günorta yeməyindən 1 saat sonra yeməyi tövsiyə edirlər. Qarpızı hər hansı digər məhsulla birlikdə (çörək, pendir və s.) yeməyi tövsiyə edilmir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Məşhur müğənni vəfat etdi
Müğənninin Azərbaycandan çıxışına 'stop' qoyulub
İsti hava insult riskini artırır - Həkimdən açıqlama
Pərvin Abıyeva ağır xəstəliyindən danışdı: '32 yaşımda düzgün diaqnoz qoyuldu
Diş minasını zədələməmək üçün bunları edin
Cici Hadidlə Bredli Kuper Parisdə - Fotolar