Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
Koronavirus infeksiyası riski və xəstəliyin şiddəti birbaşa insanın genetik amilləri ilə bağlıdır.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyinə müsahibəsində insan molekulyar genetikası laboratoriyasının müdiri, Belqorod Dövlət Milli Araşdırma Universitetinin professoru Mixail Çurnosov söyləyib:
"Bəzi insanların ciddi şəkildə xəstələnməsinin səbəblərindən, digərlərinin xəstələnməməsinin izahlardan biri də müəyyən bir xəstənin fərdi genetik xüsusiyyətləridir. Demək olar ki, bütün xəstəliklər genetik təbiətə malikdir. Odur ki, bəzi insanlar koronavirusa daha həssasdır, digərləri az, xəstəliyin gedişatı da genetik amillərlə müəyyən edilir".
Mixail Çurnosov qeyd edib ki, ikinci qan qrupu olan insanlar koronavirus infeksiyası ilə yoluxmağa daha həssasdır. Bu vəziyyətdə qan qrupu bədənin patogenə reaksiyasını təyin edən bir genetik markerdir.
"Koronavirusun ağır gedişatının digər bir səbəbi somatik patologiyanın olmasıdır: şəkərli diabet, piylənmə və sair - həm də genetik bir xəstəlikdir" , - deyə ekspert əlavə etdi.
Aytən Məftun









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər
Maşında ürəkbulanma niyə yaranır? - Səbəb
4 saatdan çox yol gedirsinizsə, bu təhlükə sizi gözləyir - Ölə bilərsiniz
Pis yuxu insan beynini qocaldır?
İkinci dəfə ata oldu
Dünyanın ən gözəl qızının indiki halı — FOTOLAR
Cavan qalmağın sirri süfrənizdədir - Səhiyyə Nazirliyinin ekspertindən açıqlama