Kirayədə qalmaq adamı tez qocaldır? - İlginc araşdırma
Kirayədə qalan insanların orqanizmi daha tez qocalır.
Böyük Britaniya və Avstraliyadan olan alimlər aparılan araşdırmalardan sonra belə qənaətə gəlib.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, onların tədqiqatlarının nəticələri "BMJ" elmi jurnalında dərc olunub.
Tədqiqatda 1 420 nəfər iştirak edib - onların arasında həm kirayədə qalanlar, həm də artıq öz mənzillərini almış şəxslər var.
Mütəxəssislər insanların sağlamlıq vəziyyətlərini, öz evlərində, yoxsa kirayədə qalmalarını, borclarının olub-olmaması, kirayə haqqının nə qədər olması, dövlət dəstəyi alıb-almamaları ilə bağlı suallar veriblər.
Alimlər qeyd ediblər ki, kirayənin yaratdığı stresə görə mülkləri icarəyə götürən insanlar öz evlərinə sahib olanlardan daha tez qocalır. Onlar, həmçinin işsizlərdən iki dəfə, siqaret çəkənlərdən 50% daha sürətli qocalırlar.
Kirayəçilər kirayə pulunu ödəyə bilmədikdə, yaxud əlverişsiz evdə yaşadıqda bioloji qocalma daha da sürətlənib.
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?
Çimərlikdə günvurmadan qorunmaq üçün ən təhlükəsiz saatlar