Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişaf etməyə davam etdiyini göstərib.
Milli.Az xəbər verir ki, nevrologiya üzrə türkiyəli mütəxəssis Dr. Oğuzhan Onultan bildirib ki, fiziki inkişafın başa çatması beyin inkişafının da tamamlanması demək deyil. Onun sözlərinə görə, xüsusilə planlaşdırma, məntiqi qərarvermə, diqqət, emosiyaların tənzimlənməsi və sosial davranışlara cavabdeh olan prefrontal korteks daha gec yetkinləşir.
Mütəxəssis qeyd edib ki, kişilərdə boy artımı və cinsi inkişaf adətən 18-20 yaşlarında başa çatsa da, beynin yüksək idrak funksiyalarına cavabdeh hissələrinin inkişafı daha uzun müddət davam edir. Bu səbəbdən bəzi gənc kişilərdə riskli davranışlara və impulsiv qərarlara meyl daha çox müşahidə oluna bilər.
Bununla yanaşı, araşdırmada vurğulanır ki, 32 yaş qəti hədd deyil. Beyin inkişafı fərddən-fərdə dəyişir və genetik xüsusiyyətlər, təhsil, həyat təcrübəsi və ətraf mühit kimi amillər bu prosesə əhəmiyyətli təsir göstərir.
Dr. Onultan əlavə edib ki, beynin inkişafı 32 yaşdan sonra da tam dayanmır. Neyroplastiklik sayəsində beyin öyrənmə, yeni təcrübələr, fiziki aktivlik və zehni məşqlər vasitəsilə həyat boyu yeni sinir əlaqələri yaratmağa davam edir.
Bu nəticələr kişilərin davranış xüsusiyyətlərini daha yaxşı anlamağa kömək etsə də, fərdlərin psixoloji və ya sosial yetkinliyini yalnız yaşa əsasən qiymətləndirmək düzgün deyil.
Müəllif: Nərmin Mahmudova(Milli.Az müxbir)

Xəbərlər     Baxılıb: 1673   Tarix: 29 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

qadin sayti kosmetik vasiteler sade makiyaj sekilleri xina haqqinda melumat boyuk qadin dosleri tehsile aid atalar sözləri şalvar modelləri kosmetika sekis qaynanaya aid haxışda sağlamlığa aid atalar sözləri ariqlamaq