Kişi "pullarımı mənimlə dəfn edin" dedi, arvadı isə...
Bir nəfər kişi ömrü boyu çalışıb və pul toplayıb. O, qədər xəsis və pulu çox sevən olub ki, bütün pulunu özü ilə o biri dünyaya aparmaq istəyib. Ölüm qabağı vəsiyyət edən kişi arvadına " İstəyirəm ki, mən öləndə pullarımı bir qutuya qoyub mənimlə dəfn edəsən. Mən bütün pullarımı özümlə axirət dünyasına aparmaq istəyirəm"- deyib.
Qadın həyat yoldaşının vəsiyyətinə əməl edəcəyinə and içib. Vaxt gəlib çatıb və kişi ölüb. Qadın rəfiqəsi ilə xəsis kişinin tabutunun başında dayanıb. Mərasim qurtarıb. Tabut qəbrə qoyulanda qadın "Bir dəqiqə gözləyin" deyərək, kiçik bir qutunu kişinin yanına qoyub.
"Ümid edirəm ki, bütün pulları bu qutuya qoyacaq qədər ağlını itirməmisən", - rəfiqəsi deyib.
"Ona söz vermişəm. Mən nümunəvi xristianam və yalan danışa bilmərəm. Ona söz vermişəm ki, bütün pulları qəbrə qoyacağam".
"Demək istəyirsən ki, bütün pulları qəpiyinə qədər onun qəbrinə qoydun?"
"Əlbəttə, — qadın cavab verib. – Bütün pulları bankda öz hesabıma qoydum, ərimə isə çek yazdım. Ona lazım olanda, ordan nəğdləşdirər".
f Paylaş