Kişilər qadınlarda nəyi sevir? – 13 ÖZƏLLİK

Kişilər qadınlarda nəyi sevir? – 13 ÖZƏLLİKKişilərin diqqətini çəkən bəzi şeylər çox açıqdır, hər kəs tərəfindən bilinir, amma bəziləri qapalı saxlanılır, fərqinə varmaq isə çox çətindir. Bunları kəşf etməyə hazırsınızmı? Əgər kişini daha yaxşı anlamaq istəyirsinizsə, bu yazı tam sizə görədir. Ailem.az kişilərin qadınlarda sevdiyi 13 nəsnəni təqdim edir.

Saçlar

Unutmayın ki, kişilər bir qızı gördüklərində gözləri o qızın üzünə kilidlənir və bu zaman onun xoş bir qadın olub-olmadığına qərar verirlər. Bəs kişi arxadan görsə, necə? Bəzi kişilər bir qadını arxadan görərkən belə, onun xoş biri olub-olmadığına qərar verə bildiklərini deyilər. Necə? Təbii ki, xanımın saçlarından. Bir xanımın saçları onun özünü ifadə etmə tərzi və özünə necə dəyər verdiyinin göstəricisidir. Hər zaman saçlarına baxım etməli, onların parıldadığına əmin olmalısınız. Saçlarınız hər zaman ipək kimi təmiz və xoş olmalıdır.

Özünə güvənən duruş

Əgər bir qadın başını dik tutursa, qələbəlikdə belə, fərq edilir və bu mesajı verir: "Mən özümə güvənən xanımam, cazibədar olduğumun fərqindəyəm. Mən sənin tanış olmaq istədiyin və xoşlandığın bir qadınam".

Yaxın çevrə

Boş zamanlarınızı keçirdiyiniz dostların üzərinizdə əslində böyük təsiri var. Əgər bir kişinin bir qızdan xoşu gəlsə belə, o qızın kobud, səsli-küylü və mız-mız rəfiqələri varsa, qətiyyən onunla tanış olmayacaq. Tam əksi, əgər çox yaxşı ətrafı varsa, o kişi mütləq gəlib tanış olacaq. Bu, kişilərin ən çox diqqətini çəkən özəlliklərdən biridir.

Dodaqlar

Öpüşməyin insanı rahatlatdığını və stressi yox etdiyini hər kəs bilir. Son zamanlarda aparılan araşdırmalar göstərir ki, insanlar ömürlərinin təxminən 3 saatını öpüşərək keçirirlər. Kişilərin gözünə sataşan ilk yerlərdən biri də dodaqlardır. Dodaqlarınız hər zaman parıltılı və cazibədar olmalıdır.

Möhtəşəm rəqs

Əgər bir qadın rəqs edə bilirsə, kişilərə bu mesajı verir: "Bədənimə güvənim sonsuzdur. Möhtəşəm zaman necə keçirilir bilirəm" Belə qızın fərqinə varmamaq mümkünsüzdür. Ancaq təkəbbürlü olmayın, hər zaman içdən, səmimi davranın!

Yanınızdan ayırmadığınız əşyalar

Əl çantanız və içində daşıdığınız əşyalar şəxsiyyətinizlə bağlı çox ipucu verir. İçərisinə çoxlu makiyaj ləvazimatı qoyduğunuz çanta baxımlı olduğunuz mesajını verir. Telefon qapağı da fərqli və rəngarəng olmalıdır. Çanta daşımayan qadın heç vaxt kişilər tərəfindən xoş qarşılanmır. Yanında kiçik diş pastası və dezodorant daşıyan biri hər şeyə hazırdır mesajını verir.

Təbii ki, gülüş

Bir kişi hər zaman gözəl gülüşü uzaqdan da görər. Amma o gülüşün səmimi olmasına, dişlərinizin hər zaman ağ və təmiz olmasına diqqət edin.

Hündürdaban

Hər zaman hündürdaban geyinmək məcburiyyətində deyilsiniz, amma unutmayın ki, əgər elə ayaqqabı geyinmisinizsə, o gün bütün gözlər sizin üzərinizdə olacaq. Dikdaban ayaqqabı qadının nə qədər cazibədar və güclü biri olduğunun simvoludur. Həftədə iki gün geyinməlisiniz.

Yeriş

Necə yeriməniz sizinlə bağlı çox mesaj verir. Stil sahibi və böyük bir məqsədiniz varmış kimi yeriməlisiniz. Hər zaman podiumda yeriyirmiş kimi gəzin. Unutmayın ki, kişi kimi addımlar atan xanım heç kimin diqqətini çəkməz. Əksinə, bu hal kişiləri itələyir.

Davranış

Heç şübhəsiz ki, bir kişinin qadında önəm verdiyi özəlliklərdən biri də onun davranışıdır. Bir qadın şahzadələr kimi gözəl və xoş ola bilər, amma pis davranışı, xasiyyəti varsa, kişilər ildırım sürətilə ondan uzaqlaşar. O halda davranışınızı xoş və səmimi qurmalısınız.

Özünüzə xas dəb

Geyimləriniz bütünlüklə sizə xas olmalıdır. Kişilərin özünə xas və qəribə, maraqlı geyinən qadınlardan xoşları gəlir.

Mükəmməl bədən xətləri

Kişilərin özünə güvənən qadınlardan xoşları gəlir. Geyimlərinizlə özünüzə güvəndiyinizi isbat edin. Dar şalvar və dəri pencəklər hər zaman kişilərin diqqətini çəkir. Bədəninizi geyimlərlə açığa çıxarmaqdan qorxmayın.

Gözəl ayaqlar

Kişilər sizin ayaqlarınızı da görmək istəyərlər. Pedikür etməyi unutmayın, barmaqlarınızın xoş görünməsinə çalışın, çünki kişilərin gözü mütləq ayaq dırnaqlarınıza sataşacaq. Heç kim çatlamış göbələkli ayaq görməkdən xoşlanmaz.

Maraqlı     Baxılıb: 3038   Tarix: 05 yanvar 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

turlar.az

toy makiyajlari geyim necə seçməli donlar 2026 yeni dogulmus korpeye lazim olan esyalar üzə qulluq dirnaqlara qulluq qaydalari içkilər kosmetika şebnem tovuzlu englishdilində qulaq maska novruza aid aybawi