Kişilərdə xaya və toxum ciyəsi venalarının genişlənməsi

Kişilərdə xaya və toxum ciyəsi venalarının genişlənməsiKişilərdə xaya və toxum ciyəsi venalarının genişlənməsi

Varikosele daha çox gənc insanlarda rast gəlinir. Varikosele bir çox hallarda narahatçılıq yaratmır və təsadüfi baxış zamanı tapılır. Buna baxmayaraq, varikosele cinsi əlaqə zamanl ağrılar, cinsi fəaliyyətin və reproduktiv funksiyaların azalması kimi ciddi narahatçılıqlar törədir.

Varikosele xaya və toxum ciyəsi venalarının genişlənməsinə deyilir (latın sözü olan varix-venoz düyün və kele – şişkinlik deməkdir) və əsasən soltərəfli olur. Varikosele cərrahi yolla aradan qaldırılır və şikayətlərin uğurla aradan qalxmasını təmin edir

Səbəblər

Varikosele onunla izah edilir ki, venalarda qanın geriyə hərəkətinə mane olan klapanlarda bu və ya digər səbəbdən çatmazlıq olur.
- Digər bir səbəb kimi xayalıq və kiçik çanaq venalarında təzyiqin yüksək olması göstərilir. Müxtəlif səbəblər üzündən venaların daralması baş verə bilir ki, bu da onların daxilində təzyiqin artmasına gətirib çıxarır.
- Bu səbəblərindən biri vena divarlarının və klapanlarının anadangəlmə zəifliyidir. Adətən belə insanların nəslində bu tipli patologiyalara (ətraf venalarının varikoz genişlənməsi, yastıdabanlıq, ürək klapanlarının qüsurları və s.) genetik meylilik qeyd olunur.
- Varikoselenin əsas səbəblərindən biri də vena testicularis-in gedişində olan anatomik xüsusiyyətlədir. Varikoselenin sol tərəfdə çox rast gəlinməsi səbəbi məhz vena testicularis-in sağ və sol tərəfdə fərqli gedişi ilə əlaqəlidir. Belə ki vena testicularis sol tərəfdə bir başa böyrək venasına və bu da təzyiqin artmasına səbəb olur. Sağ tərəfdə isə vena testicularis bir başa aşağı boş venaya açılır. Bundan əlavə xroniki qəbzlik, ishal, ağırlıq qaldırma kimi hallar da varikoselenin inkişafına səbəb ola bilər.
- Amma "simptomatik varikosele" adlanan hallarda mövcuddur ki, bu zaman peritonarxası sahənin şişlərindən, məsələn, böyrək şişlərindən şübhələnmək olar. Bu nöqteyi-nəzərdən varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur.

Təsnifatı

Varikoselenin aşağıdakı dərəcələri təsnif edilir:
- Subklinik varikosele venaların yalnız ultrasəs müayinəsi ilə təyin edilə biləcək səviyyədə genişlənməsidir
- I dərəcəli varikosele zamanı toxum ciyəsi venaları yalnız qarını gərginləşdirən zaman üzə çıxır
- II dərəcəli varikosele zamanı ayaqüstə duran zamanı toxum ciyəsi venaları əllənir, amma görünmür
- III dərəcəli varikosele zamanı toxum ciyəsi venaları istənilən vəziyyətdə üzüm salxımı kimi aydın görünür

Şikayətlər

Bir çox hallarda varikosele heç bir narahatçılıq törətmir. Amma venaların nəzərəçarpacaq dərəcədə genişlənməsi (məsələn, III dərəcəli varikosele) hallarında xəstələrdə prosesə cəlb olunmuş sahədə küt və ya dartıcı ağrılar, eləcə də ağırlıq hissi qeyd olunur.

Varikosele xayaların qan təchizatını pozur və endokrin sistemdə hormonal dəyişikliklər əmələ gətirir. Bununla yanaşı, varikosele xayaların inkişafını məhdudlaşdıra bilər. Belə hallarda xaya inkişafdan qalmış olur və hətta yeniyetmələrdə əks tərəfdəki xayanın da inkişafdan qalması mümkündür.

Varikosele spermanın yaranması prosesində pozğunluğa və beləliklə sonsuzluğa gətirib çıxara bilər. Tədqiqatlar müəyyən edib ki, qərb ölkələrində sonsuzluğa düçar olmuş kişilərin 25-40%-də varikoselenin olması üzə çıxır.

Aparılan tədqiatlar zamanı varikoselesi olan kişilərdə xayaların ölçülərinin sağlamlarla müqayisədə kiçik olması müəyyən edilmişdir. Xayaların ölçülərinin kiçik olması spermanın say azlığı ilə düz mütənasib olmsı da tədqiatlar əsasında təsdiq edilmişdir. Varikosele zamanı eyakulatda spermanın sayı az olur, onların çox az hissəsi normal morfologiyaya malik olur və əksəriyyəti çox zəif hərəkət edir (OAT sindromu). Amma, OAT sindromu yalnız varikosele üzündən deyil, digər səbəblərdən də qaynaqlana bilər.

Varikoselenin zamanında müalicə edilməsi xaya həcminin normallaşması və sperma sayi və keyfiyyətinin artması ilə nəticələnir. Amma müalicənin hamiləlik faizini artırmasını aparılan tədqiatlar təsdiq edə bilmir.

Varikoseleni necə təyin etməli – diaqnoz

Xaya və toxum ciyəsi venaları həddən ziyadə genişlənmiş olarsa asanlıqla görünür və əllənir. Varikolsele diaqnozunun qoyulmasında ultrasəs müayinəsinin də əhəmiyyətli rolu var. Ultrasəs müayinəsi zamanı xayanın vəziyyəti və ölçüsü təyin edilə bilər. Bununla yanaşı, Doppler vasitəsilə Valsava sınağı etməklə xaya və toxum ciyəsi venalarında axın və axın sürəti, eləcə də venalarda reflüksun (geriyə axının) olub olmaması daha dəqiq təyin edilə bilər.

Digər diaqnostik tədbir skrotal hərarətin ölçülməsidir. Varikosele zamanı xayalıq üzərində hərarət yüksəlmiş olur. Fleboqrafiyanın (venaların təsvirinin alınması) aparılması da diaqnostik vasitələrdən biri ola billər.

Vacib!!! "simptomatik varikosele" inkar edilməlidir. Varkoselenin sağ tərəfdə rast gəlinməsi, eləcə də kiçik yaşlı uşaqlarda və ya yaşlı insanlarda qeyd olunması hallarında diqqətli olmaq tələb olunur. Bu hallarda əlavə olaraq periton arxası sahənin və böyrəklərin ultrasəs müayinəsini aparmaq differensial diaqnostik əhəmiyyətə malik olardı.

Sağlamlıq     Baxılıb: 11448   Tarix: 31 dekabr 2014
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bəzi şeylər var ki, cinsi əlaqə zamanı gərək onları edəsən - SƏBƏB

Gündəlik qayğılar, problemlər, əsəb, stress, yorğunluq, gərgin iş rejimi, sağlam  qidalanmamaq, normal yuxu rejiminin olmaması bir çox xəstəlikləri tətikləyir. Kişilərdə isə həm də cinsi zəifliyə gətirib çıxara bilir. Cins

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Cinsi fəallığı, intim həvəsi artıran vasitələr – AFRODİZİAKLAR HAQQINDA BİLMƏDİKLƏRİMİZ

Afrodiziak intim istək, eşq həzzi deməkdir. Bu söz qədim yunanların sevgi ilahəsi olan Afrodita adından götürülüb. Bəs, hələ qədim zamanlardan bu günə qədər insanların böyük maraq göstərdiyi afrodiziak vasitələr nə üçündür

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qarazirə hər dərdin çarəsi olan bitki

Ölümdən başqa hər dərdin çarəsi sayılan çörək otu toxumu və qara zirə son 10 ildə daha çox məşhur olmuşdur. Məşhurluğun səbəbi isə hər kəsin real şəkildə faydalana bilməsidir. Çprkotu toxumu və yağını kimlər istifadə ed

turlar.az

yay geyimləri 2026 hamiləlik sade makiyaj sekilleri genc aile balıq yağı qara qarağat uşaq yeməyi kosmetika novruz hakista sanama kökəlmək üçün novruz bayramina aid hakista vicdan